Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


Avropanın tammetrajlı ən yaxşı bədii filmi



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə269/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   265   266   267   268   269   270   271   272   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Avropanın tammetrajlı ən yaxşı bədii filmi 
adına layiq görüldü. 
Rejissor 
Vaqif Mustafayevin 
filmləri 2001 - 2002-ci illərdə Moskvada 
keçirilən Avrasiya teleforumunda bir neçə yüksək mükafata layiq görüldü. 
1990-cı illərdə respublikanın şəhər və qəsəbələrində kommunist 
təbliğatına xidmət edən heykəl və abidələrin əksəriyyəti sökülərək yerində yeni 
abidələr ucaldıldı. Dağüstü parkda 
Şəhidlər Xiyabanı 
salındı. Bu müqəddəs 
məkanda 1990-cı il yanvar ayımn 20-də Azərbaycanın azadlığı, müstəqilliyi və 
ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızla yanaşı, hələ 1918-ci 
ilin martında S.Şaumyanm başçılığı ilə daşnak - bolşevik silahlı birləşmələrinin 
Bakıda həyata keçirdiyi soyqırım nəticəsində qətlə yetirilmiş minlərlə 
azərbaycanlı, 1918-ci ilin sentyabrında Bakını daşnak və eser - menşevik 
diktaturasının zülmündən azad edərkən şəhid olmuş Azərbaycan və türk əsgər və 
zabitləri, Qarabağın azad edilməsi uğrunda döyüşlərdə həlak 
368 


olmuş şəhidlər də dəfn olunmuşdur. Cümhuriyyətin müdafiə naziri S.Meh- 
mandarovun və iki dəfə Sovet İttifaqı Qəhrəmanı H.Aslanovun məzarları da 
Şəhidlər Xiyabanmdadır. 1998-ci ildə Şəhidlər Xiyabanında Xatirə kompleksi 
tikilmiş və hündürlüyü 21 m. olan Əbədi məşəl abidəsi ucaldılmışdır. Həmin 
abidənin müəllifləri məşhur heykəltaraş Ömər Eldarov və memar Elbəy 
Qasımzadədir. Paytaxt şəhərimiz Bakıda Azərbaycanın görkəmli şəxsiyyətləri 
Şah İsmayıl Xətainin, Hüseyn Cavidin, Yusif Məmmədəliyevin, Cəfər 
Cabbarhmn və başqalarının heykəlləri ucaldılmışdır. 
Müstəqillik qazanıldıqdan sonra Azərbaycan Respublikasımn idman 
həyatında da böyük nailiyyətlər əldə edilmişdir. 1996-cı ildə Azərbaycan 
idmançıları ABŞ-ın Atlanta şəhərində keçirilən XXVI Yay Olimpiya 
oyunlarında ilk dəfə müstəqil respublikamızı təmsil etdilər. 1997-ci ildə İlham 
Əliyev Milli Olimpiya Komitəsinin sədri seçildi. 2000-ci ilin payızında Bakıda 
Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verildi. 2000-ci ildə Sidneydə 
keçirilən XXVII Yay Olimpiya oyunlarında Azərbaycan idmançıları iki qızıl və 
bir bürünc medal qazandılar. 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin