prezident təqaüdü təsis edilmişdi. 1991-ci ildə
latın qrafikalı Azərbaycan əlifbasının tətbiqinə başlansa da, yeni qrafikaya keçid prosesi çox
ləng gedirdi. 2001-ci il 18 iyun tarixli prezident fərmanı verildikdən sonra yeni
əlifbaya keçid qəti şəkildə başa çatdırıldı. Həmin fərmana görə avqustun 1-i
Respublikamızda
Azərbaycan əlifbası və
Azərbaycan dili günü elan
edilmişdir.
1990-cı illərin ortalarında Azərbaycanda elm sahəsində də bir sıra
mühüm dəyişikliklər edildi. 1997-ci ildə
müstəqil Azərbaycan elminin əsas istiqamətləri müəyyən edildi. Milli Elmlər Akademiyası elm və
mədəniyyətimizin inkişafında əvvəlki mövqeyini bərpa etməyə başladı.
Azərbaycan elminin
biologiya, geologiya, neft - kimya, fizika, riyaziyyat sahələri üzrə indiyə qədər formalaşmış
elmi məktəblər daha da inkişaf etdirildi.
Prezident Heydər Əliyev tarixçi alimlər qarşısında yeni fundamental
Azərbaycan tarixinin yazılması kimi çox mühüm vəzifə qoymuşdu. Nəticədə
AMEA-nm Tarix İnstitutu tərəfindən 1998 - 2002-ci illərdə 7 cildlik
Azərbaycan tarixi kitabı hazırlanaraq nəşr etdirildi. 2002-ci ildə AMEA-nm
Naxçıvan bölməsi yaradıldı.
Müstəqillik uğrunda mübarizə dövrünün görkəmli şairləri
Bəxtiyar Vahabzadə, Xəlil Rza və
Məmməd Araz yeni əsərləri ilə ədəbiyyatımızı daha
da zənginləşdirdilər. Detektiv roman ustası
Çingiz Abdullayevin əsərləri artıq
bütün dünyada məşhurlaşmağa başlamışdı.
Azərbaycanfilm kinostudiyası 1994-cü ildən dövlət büdcəsindən
maliyyələşməyə başladı və həmin il
Dövlət Film Fondu yaradıldı. Azərbaycan
kinosu dünya ekranlarında geniş şəkildə təmsil olunmağa başladı. 1995-ci ildə
beynəlxalq "Nant" kinofestifalmda 10 Azərbaycan bədii filmi nümayiş etdirildi.
Ayaz Salayevim "Yarasa” filmi 1996-cı ildə Fransada keçirilən beynəlxalq
festifalda