Borçalı torpağında yaşayan azərbaycanlılara Gürcüstan
hökumətinin münasibətinin yaxşılaşmasında mühüm rol oynadı.
1997-
ci ildə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova respubli-
kalan arasında qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan
GUAM adlı təşkilat yaradıldı.
Azərbaycan Respublikasının xarici siyasət xəttində
Türkiyə ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələ 1993-cü ilin yayından başladı. Bizə
bu dost və qardaş ölkə Ermənistanı təcavüzkar bir dövlət kimi tanıyaraq Dağlıq
Qarabağ məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycamn
düzgün mövqeyini nəzərə alaraq ədalətli şəkildə həll edilməyincə, Ermənistanla
heç bir əlaqə saxlamayacağmı açıq şəkildə bütün dünyaya bəyan etmişdir.
Türkiyə Respublikası bölgədə və dünyada
Azərbaycanın ən etibarlı siyasi müttəfiqi və
bərabərhüquqlu iqtisadi tərəfdaşı kimi çıxış edir.
2001-ci il iyulun 23-də Xəzər dənizinin İran İslam Respublikası
tərəfindən hələ də mübahisəli sayılan sularında Azərbaycan gəmilərinə
İran təyyarələrinin hücum cəhdini qəti etirazla qarşılayan
Ankara hökuməti açıq
şəkildə bütün dünyaya bildirdi ki,
hansı dövlət Azərbaycana qarşı müdaxilə və ya qəsd etmək niyyətinə düşsə, qarşısında Türkiyəni görəcəkdir. Avropanın qabaqcıl və nüfuzlu dövlətləri ilə sabit və bərabərhüquqlu
əməkdaşlıq münasibətləri quran Azərbaycan Respublikası
Avro - Atlantika məkanına inteqrasiya proseslərində də fəal iştirak etməyə başladı. 1994-cü il
mayın 4-də Azərbaycan NATO-nun Avropada və dünyada sülhün və əmin -
amanlığm bərqərar olunmasına xidmət edən
"Sülh Naminə Tərəfdaşlıq Proqramına" qoşuldu. Bundan sonra NATO ilə sıx əməkdaşlıq yolu tutan
Azərbaycan Respublikasının hərbi qüvvələri bu təşkilatın