buraxılış imtahanlarının mərkəzləşmiş
qaydada keçirilməsinə başlanılmışdır. Azərbaycanda təhsil islahatlarının
genişləndirilməsi və bütün təhsil sisteminin dünya standartlarına
uyğunlaşdırılması kimi çox mühüm vəzifəni həyata keçirtmək üçün 2009-cu ilin
iyun ayında Milli Məclis tərəfindən
“Təhsil haqqında” yeni qanun qəbul
olunmuşdur.
Azərbaycanın orta ümumtəhsil məktəblərində yüksək bilik əldə edən
məktəblilərimiz 1998-ci ildən 2011-ci ilədək dünya fənn olimpiadalarında və
beynəlxalq səviyyəli müxtəlif bilik yarışlannda 18 qızıl, 38 gümüş və 71 bürünc
medala layiq görülmüşdür.
Azərbaycan Respublikası Avropada vahid ali təhsil məkanının
yaradılmasını nəzərdə tutan və 1999-cu ildə başlayan
Boloniya prosesinə 2005-ci ildə qoşulmuşdur. Azərbaycanın bu prosesə qoşulması ölkəmizdə vahid
Avropa standartlarına cavab verən ali təhsil sisteminin formalaşdırılmasmı tələb
edir. 2009-cu il mayın 22-də qəbul edilən “2009 - 2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”na uyğun
olaraq ölkəmizin ali təhsil sisteminin Boloniya prosesinin prinsiplərinə uyğun
şəkildə yenidən qurulması üçün ardıcıl addımlar atılmışdır.
Azərbaycan dövləti gənclərimizin xarici ölkələrin ən qabaqcıl
univesitetlərində ali təhsil almasına xüsusi diqqət yetirir. 2007-ci il aprelin 16-da
bu mühüm məsələ ilə bağlı qəbul edilmiş
Dövlət Proqramına uyğun olaraq
yüzlərlə gəncin xaricdə dövlət hesabına təhsil almasına Dövlət Neft Fondu
tərəfindən hər il 10 - 15 milyon manat pul aynimışdır. Bu proqram çərçivəsində
indiyədək minlərlə Azərbaycan gənci
ABŞ-a, Avropa və
Asiyanın ən inkişaf
etmiş ölkələrinə ali təhsil almaq üçün göndərilmişdir.
Görkəmli dövlət xadimi
Heydər Əliyevin “Azərbaycan xalqının milli
sərvəti” adlandırdığı