Xarici ölkələrdə yaşayan Azərbaycanlılarla İş
üzrə Dövlət Komitəsi yaradıldı.
2001-ci ildə Azərbaycan Respublikası
Xəzər dənizinin milli sektorlara bölünməsi və
Xəzərin hüquqi statusu ilə bağlı
Rusiya Federasiyası və
Qazaxıstan Respublikası ilə çox mühüm əhəmiyyətli sazişlər
imzaladı.
SSRİ dağılandan sonra
Amerika Birləşmiş Ştatları dünyada yeganə
super dövlətə çevrilərək beynəlxalq münasibətlər sistemində əsas söz sahibi
kimi çıxış etməyə başladı. Bu fövqəldövlətin Qafqaz bölgəsində yeritdiyi
siyasətdə zəngin enerji ehtiyatlarına malik olub, çox mühüm strateji əhəmiyyətli
Xəzər hövzəsində yerləşən Azərbaycan Respublikası aparıcı yer tuturdu. Öz
müstəqilliyini qoruyub saxlamağa çalışan, imperiyapərəst qüvvələrin və iri
dövlətlərin hərbi - siyasi təzyiqlərini zərərsizləşdirmək üçün "Açıq qapı"
siyasəti yeridən Azərbaycan Respublikası da
ABŞ-la münasibətlərə xüsusi
əhəmiyyət verirdi. Respublikamız öz xarici siyasətində
ABŞ və onun
müttəfiqlərinin Cənubi Qafqazdakı maraqlanm nəzərə almağa çalışırdı.
ABŞ - Azərbaycan münasibətlərinin strateji əməkdaşlıq səviyyəsinə qalxmasında
Xəzər dənizinin enerji ehtiyatlarının mənimsənilməsi və nəql olunmasında ABŞ
şirkətlərinin geniş şəkildə iştirak etməsi mühüm rol oynayırdı. ABŞ prezidenti
Bili Klintonun dəvəti ilə 1997-ci il iyunun 27-dən avqustun 7-dək prezident
Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri bu iki ölkə arasında münasibətlərin
inkişafına təkan verdi. Səfər zamanı imzalanmış "ABŞ - Azərbaycan
münasibətləri haqqında birgə bəyanat"da iki ölkə arasındakı münasibətlərin
əsas prinsipləri və istiqamətləri müəyyən olunmuşdu.
2001-ci il sentyabrın 11-də