“Xalq cəbhəsi”. 2010. 26 fevral №36. S xocalıya ədalət!!! Tbmm sədri



Yüklə 35.96 Kb.
PDF просмотр
tarix06.09.2017
ölçüsü35.96 Kb.

“Xalq cəbhəsi”.-2010.-26 fevral.- .-№36.-S.3.

Xocalıya ədalət!!!

TBMM sədri: "Xocalı faciəsini dünya ictimaiyyəti tanımalıdır"

Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Mədəniyyət Mərkəzinin binasında "Xocalıya

Ədalət"  kampaniyası  çərçivəsində  İslam  Konfransı  Gənclər  Forumunun  (İKGF)  təşəbbüsü  ilə  Türkiyədə  nəşr

etdirilən "Qarabağ: suallar və faktlar" kitabının təqdimat mərasimi keçirilib. 

Bu barədə APA-ya İKGF-nin Media Departamentindən bildirilib. Məlumata görə, Ermənistan-Azərbaycan

Dağlıq  Qarabağ  probleminin  tarixi,  geosiyasi,  hüquqi  və  mədəni  aspektlərini  özündə  əks  etdirən  kitabı

Azərbaycanın tanınmış alimləri və ekspertləri yazılıb.

Ankarada "Xocalıya Ədalət" 

İKGF-  nin  Türkiyə  deputatlarıyla  birgə  təşkil  etdiyi  bu  tədbirdə  TBMM-in  sədri  Mehmet  Əli  Şahin

danışıb.  Mehmet  Əi  Şahin  çıxışında  Xocalı  faciəsinin  dünyada  tanınmasının  vacibliyini  xüsusilə  vurğulayıb.  O,

İKGF  Mədəniyyətlərarası  Dialoq  üzrə  Baş  Koordinatoru  Leyla  Əliyevanın  təşəbbüsüylə  irəli  sürülən  "Xocalıya

ədalət"  beynəlxalq  kampaniyanın  fəaliyyətini  yüksək  qiymətləndirərək,  Xocalı  qırğınının  dünya  ictimaiyyətinə

çatdırılması  üçün  xarici  ölkələrdə  Türkiyə  və  Azərbaycan  icmalarının  birgə  səylərinin  gücləndirilməsinin

vacibliyini diqqətə çatdırıb.

"Qarabağ:  suallar  və  faktlar"  kitabının  təqdimat  mərasimində  Türkiyə  parlamentinin  deputatları  Cünyed

Yüksəl,  Azərbaycan-Türkiyə  Parlamentlərarası  Dostluq  Qrupunun  sədri  Mustafa  Kabakçı,  qondarma  erməni

soyqırımı  üzrə  tarixçi  professor  Yusif  Halacoğlu,  Azərbaycanın  Türkiyədəki  səfiri  Zakir  Həşimov  çıxış  ediblər.

Türkiyəli  deputatlar  öz  çıxışlarında  kitabın ölkə  ictimaiyyətinin  Qarabağ münaqişəsi  haqqında  ətraflı və  obyektiv

məlumat ala biləcəklərinə ümid etdiklərini bildiriblər. 

Tədbirin  sonunda  mart  ayının  2-sinə  qədər  davam  edəcək  kampaniyanın  1  illik  fəaliyyətini  əks  etdirən

"Xocalıya ədalət" fotosərgisinin açılışı olub. Tədbir Türkiyənin aparıcı KİV-ləri işıqlandırıb.

Qeyd edək ki, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə

irəli sürülən "Xocalıya  Ədalət"  kampaniyasına 2009-cu ilin fevralında start verilib və hazırda  30-dan artıq ölkədə

yüzlərlə  könüllünun  iştirakı  ilə  uğurla  davam  etdirilməkdədir.  Kampaniyanın  məqsədi  beynəlxalq  ictimaiyyətin

Xocalı  faciəsi  ilə  bağlı  məlumatlandırılması,  faciəyə  beynəlxalq  aləmdə  mənəvi-siyasi  qiymət  verilməsi  və

beynəlxalq

 səviyyədə

 anılmasını

 təmin


 etməkdir.

 Kampaniyanın

 beynəlxalq

 əlaqələdirilməsi

www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

Londonda "Xocalıya Ədalət" 

"Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə

London  şəhərində,  Temza  çayında  üzən  "Silver  Sturgeon"  gəmisində  Böyük  Britaniyanın  ictimai-siyasi

xadimlərinin,  parlamentar  və  diplomatların  iştirakı  ilə  Xocalı  qətliamının  18-ci  ildönümünə  həsr  edilmiş  tədbir

keçirilib.  İKT  Gənclər  Forumundan  APA-ya  verilən  məlumata  görə,  innovativ  xarakter  daşıyan  tədbir  zamanı

Temza çayı üzərində Xocalı faciəsi zamanı həlak olmuş 613 nəfərin adları yazılmış şarlar havaya buraxılıb və eyni

sayda qərənfillər çaya atılıb. 

Tədbir  zamanı amerikalı  rep  musiqiçisi  Toni  Blekmen  və  Azərbaycanın  tanınmış  rep  qrupu  "Dəyirman"

tərəfindən  ifa  edilmiş  "Xocalıya  Ədalət"  adlı  rep  üslubundakı  mahnının  təqdimatı  keçirilib.  Sonda  iştirakçılar

Böyük  Britaniyanın  baş  nazirinə  ünvanlanmış  petisiyaya  imza  atıblar.  Petisiya  Xocalı  qətliamını  insanlığa  qarşı

cinayət kimi tanımağa və günahkarların hüquqi məsuliyyətə cəlb edilməsi üçün səyləri gücləndirməyə çağırır. 

Böyük  Britaniya  baş  nazirinin  katibliyi  petisiyanı  aldığını  rəsmən  təsdiqləyib.  Bu  ilin  sonuna  qədər

Britaniya  vətəndaşlarından  kampaniyanın  saytı  (www.  justiceforkhojaly.  org)  vasitəsilə  100  minə  qədər  imza

toplanması planlaşdırılır. Tədbir zamanı Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsini əks etdirən fotoşəkillərdən

ibarət rəsm sərgisi də nümayiş etdirilib.

"Xocalı soyqırımı - əsrin yaddaşında" 

Mirzə  Fətəli  Axundov  adına  Milli  Kitabxanada  "Xocalı soyqırımı -  əsrin  faciəsi"  adlı  sərginin  açılışı  və

"Xocalı  soyqırımı  rabitəçilərin  yaddaşında"  kitabının  təqdimat  mərasimi  keçirilib.  Tədbiri  Milli  Kitabxananın

direktoru Kərim Tahirov açaraq o ağrılı günləri bir daha yada salıb və bu faciənin Azərbaycan xalqının yaddaşından

silinməyəcəyini deyib.

Mədəniyyət  və  turizm  nazirinin  müavini  Sevda  Məmmədəliyeva,  rabitə  və  informasiya  texnologiyaları  nazirinin

müavini  İltimas  Məmmədov  da  xüsusi  amansızlıqla  törədilmiş  qanlı  cinayət  əməlindən  danışıblar.  Sonra  tədbir

iştirakçıları "Xocalı soyqırımı - əsrin faciəsi" adlı sərgi və təqdimatı keçirilən kitabla tanış olublar. Sərgidə Xocalı

faciəsinə  həsr  olunmuş  200-dən  çox  müxtəlif  dillərdə  çap  olunmuş  kitab,  jurnal,  qəzet  materialları  nümayiş

etdirilib.



"Hərbi cinayətlər cəzalandırılmalıdır"

Azərbaycan  prezidenti  yanında  Strateji  Araşdırmalar  Mərkəzində  "Xocalı  soyqırımı:  siyasi,  hüquqi  və

psixoloji  aspektlər"  mövzusunda  dəyirmi  masa  keçirilib.  APA-nın  xəbərinə  görə,  tədbirdə  əsas  məruzəçilər  Litva


parlamentinin  İqtisadiyyat  komitəsi  sədrinin  müşaviri,  tarixçi-etnoqraf  İmantas  Melyantas  və  "Lazdiyay  ulduzu"

qəzetinin redaktoru Riçaydas Lapaytis olub. 

Riçardis Lapaytis deyib ki, Azərbaycana səfəri təsadüfən Xocalı faciəsinin ildönümünə təsadüf edib. O, 6

dəfə Dağlıq Qarabağda olduğunu, komandirlər və əsgərlərlə söhbət apardığını söyləyib: "İnsanlar kömək gözləyirdi,

Avropa  isə  bunlara  göz  yumurdu.  Jurnalistin  vəzifəsi  insanlıq  əleyhinə  cinayətləri  qeydə  almaqdır.  Həmin  vaxt

erməni diasporası yaxşı işləyirdi və hamı ermənilərin çəkdiyi əzablardan danışırdı. Biz jurnalistlər faktları toplamaq

üçün əlimizdən gələni etdik. Çünki faktlar yox olmur. Hərbi cinayətlər cəzalandırılmalıdır". 

İmantas  Melyantas  isə  Litva  ictimaiyyətinin  uzun  müddət  erməni  təbliğatının  təsiri  altında  qaldığını  və

tədricən bu təsəvvürləri dəyişməyin mümkün olduğunu vurğulayıb: "1989-cu ildə mən özüm də erməni təbliğatının

əsiri  idim.  Bu  təbliğat  qədər  güclü  idi  ki,  deyilənlərin  doğru  olub-olmadığını  heç  düşünmürdük.  Vaxt  keçdikcə

aydınlaşdı  ki,  belə  deyil.  Mən  məsələni  öyrəndim  və  uzun  müddət  Litvada  beyinlərə  yeridilənlərə  zidd  mənzərə

ortaya  çıxdı".  İmantas  Melyantas  son  iki  ildə  faktoloji  materialların  ictimaiyyətə  təqdim  edilməsindən  sonra  bu

məsələyə baxışların dəyişdiyini vurğulayıb.

Niderlandda imzatoplamanın nəticələri açıqlanacaq

"Xocalıya  ədalət"  beynəlxalq  informasiya  kampaniyasının  Niderland  Komitəsi  Xocalı  faciəsinin  18-ci

ildönümüylə  bağlı  tədbirlər  planını  təsdiqləyib.  Anım  mərasimləri  2008-ci  ildə  Haaqada  Azərbaycan-Türkiyə

Cəmiyyətinin  Xocalı  şəhidlərinin  xatirəsinə  ucaldılmış  abidənin  qarşısına  xatirə  çələngi  qoymaqla  başlayacaq.

Həmin  gün  Amsterdam  Açıq  Universitetində  Xocalı  soyqırımına  həsr  olunmuş  konfrans  keçiriləcək.  Konfransı

"Xocalıya  ədalət"  beynəlxalq  kampaniyasının  Niderland  Komitəsi  və  "Anadolulu  tələbələr"  qeyri-hökumət

təşkilatının  dəstəyilə  baş  tutacaq.  Konfransda  Azərbaycanın  Niderland  Krallığındakı  səfiri  Fuad  İsgəndərovun,

Almaniyada yaşayan yazıçı Orxan Arazın, Türkiyədən gəlmiş məşhur şair Yavuz Bülənd Bakilərin çıxışları nəzərdə

tutulur.  Daha  sonra  Amsterdam  Universitetinin  müəlliməsi,  pianoçu  Sara  Krombaxın  ifasında  Azərbaycan

mahnılarından  ibarət  matəm  konserti  keçiriləcək.  Tədbirlər  çərçivəsində  "Xocalıya  ədalət  tələb  edirik"

fotosərgisinin təşkili, "Xocalıya ədalət" klipinin təqdimatı da planlaşdırılır.  Konfransın sonunda "Xocalıya ədalət"

kampaniyasının  Niderland  Komitəsinin  sədri,  Kral  Ordeni  cəngavəri  Qert  van  Dam  kampaniyaya  dəstək

çərçivəsində  imzatoplama  kampaniyasının  nəticələrini  açıqlayacaq.  Xatırladaq  ki,  ötən  il  dekabrın  10-da  -

Beynəlxalq  İnsan  Haqları  Günü  başlayan  kampaniya  çərçivəsində  3  mindən  artıq  imza  toplanıb.  Tədbir  ehsan

mərasimilə başa çatacaq.

Xocalı soyqırımı Fransada anılır

Fransada  Xocalı  faciəsinin  18-ci  ildönümü  ilə  bağlı  tədbirlərin  keçirilməsi  məqsədi  ilə  bu  ölkədə  səfərdə  olan

Azərbaycan nümayəndə  heyəti  diaspor  təmsilçiləri  ilə  görüşüblər.  Bu  barədə  APA  -ya Azərbaycanlıların və  digər

Türkdilli  Xalqların  Əməkdaşlıq  Mərkəzindən  (ATXƏM)  bildirilib.  Məlumata  görə,  ATXƏM  Strasburq

"Azərbaycan  Evi"  ilə  birgə  Xocalı  faciəsinin  18-ci  ildönümü  ilə  bağlı  fevralın  24-28-  də  Paris  və  Strasburq

şəhərlərində silsilə tədbirlər həyata keçirir. 

Fevralın 24-də Azərbaycan nümayəndə heyəti Azərbaycanın Fransadakı səfirliyində səfir Elçin Əmirbəyov

və  Fransadakı diaspor  nümayəndələriylə  görüşüblər.  Görüşdə  Fransadakı diaspor  təşkilatlarıyla  birgə  əməkdaşlıq

məsələləri müzakirə olunub. Qərara alınıb ki, Azərbaycanın ümummilli məsələlərinin həll olunması və Azərbaycan

həqiqətlərinin  daha  mütəşəkkil  təbliğ  olunması üçün  birgə  əməkdaşlıq  səylərini  gücləndirmək  vacibdir.  Görüşdə

Azərbaycan  nümayəndə  heyəti  Azərbaycan  və  Qarabağla  bağlı  40-a  yaxın  (ingilis  və  fransız  dilində)  kitab  və

bukletləri səfirliyə təqdim ediblər. 

Dünən  isə  Azərbaycan  nümayəndə  heyətinin  üzvləri  Strasburqda  ITIRI-  Yazılı  və  Sinxron  tərcümə  və

Beynəlxalq  Əlaqələr  İnstitutunda  "Azərbaycan  Respublikasının  Diaspora  siyasəti,  icrası  və  Azərbaycan

Diasporasının əsas məsələləri (Qarabağ)" konfransına qatılıblar.

Litva parlamentində Xocalı soyqırımıyla bağlı tədbir keçirilib

Fevralın  24-də  Litva  Seymində  səfirliyimizin  təşəbbüsü  və  Demokratik  Siyasət  İnstitutunun  dəstəyilə

Xocalı soyqırımıyla bağlı tədbir keçirilib.

Demokratik Siyasət İnstitutunun rəhbəri, Seymin üzvü Mantas Adomenas çıxışında Xocalı soyqırımı

ilə  bağlı  Litva  ictimaiyyətində  az  məlumat  olduğunu,  Vilnüsdə  Azərbaycan  səfirliyinin  açılmasından  sonra  bu

sahədə  xeyli  iş  görüldüyünü  deyib.  O,  dinc  azərbaycanlılara  qarşı  törədilən  Xocalı  soyqırımını  Serebrennitsa

qətliamı ilə eyniləşdirərək, etnik təmizləmə siyasətini pisləyib.

Litva  Seymində  Azərbaycanla  dostluq  qrupunun  rəhbəri  Egidiyus  Vareikis  Ruandada,  Syerra-Leonedə

törədilən qətliamların Xocalı soyqırımı ilə eyni olduğunu bildirib, buna baxmayaraq, beynəlxalq müstəvidə Xocalı

qətliamına hüquqi qiymət verilməsinin gecikdiyinə diqqəti yönəldib.

Litvanın  nüfuzlu  qurumlarından  olan  Soyqırım  İnstitutunun  sabiq  direktoru,  deputat  Dalia  Kuodite

çıxışında,  Litva  xalqının  da  uzun  illər  genosidə  məruz  qaldığı  üçün  azərbaycanlıların  faciəsini  yaxşı  başa

düşdüklərini bildirərək, dünyanın istənilən yerində insanlığa qarşı törədilən vəhşiliklərə biganə qalmamağa çağırıb.

Tədbirdə  "Salnamə"  studiyasında  hazırlanan  "Dua"  filmi  də  nümayiş  olunub.  Heydər  Əliyev  Fondunun

hazırladığı  "Qarabağ  həqiqətləri"  toplusu,  müxtəlif  əyani  vəsaitlər,  həmçinin  səfirlik  tərəfindən  Litva  və  ingilis

dillərində xüsusi hazırlanmış çap nümunələri sərgilənib.

"İrəli" Avropanın 9 şəhərində aksiyalar keçirəcək


Dünən Tiflisin Şota Rustaveli adına Milli Dram Teatrında Azərbaycan Dövlət Simfonik Orkestri Xocalıya

həsr  olunan  xatirə  konserti  keçirilib.  İspaniya,  Türkiyə,  Ukrayna  və  İraqın bu  ölkədəki  səfirlərinin,  habelə  dövlət

rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan və gürcü bəstəkarlarının əsərləri ifa edilib. Konsertdə Azərbaycanın

Gürcüstandakı Səfiri Namiq Əliyev çıxış edib. Xatirə konsertində Gürcüstan prezidentinin anası Giuli Alasaniya da

iştirak edib.

Xocalı  soyqırımının  ildönümü  münasibətilə  "İrəli"  İctimai  Birliyinin  dəstəyilə  Avropanın  9  şəhərində

aksiyalar  və  tədbirlər  keçiriləcək.  Tədbirlər  Hollandiya,  Böyük  Britaniya,  Fransa,  Almaniya,  Ukrayna,  Latviya,

Litva və Estoniyada təşkil olunur. "İrəli" İctimai Birliyi hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. 




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə