Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


Leytenant Şmidt adına Maşınqayırma zavodu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə234/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   230   231   232   233   234   235   236   237   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Leytenant Şmidt adına Maşınqayırma zavodu 
tamamilə yenidən 
qurulmuşdu. Müharibədən sonrakı dövrdə Azərbaycan sənayesinin inkişaf 
xüsusiyyətlərindən biri də 
kimya, energetika, qara və əlvan metallurgiya 
kimi qeyri- neft sənaye sahələrinin 
inkişafına xüsusi diqqət yetirilməsi hesab 
edilir. Bakıdan 30 km. aralıda 
Sumqayıt kimi yeni sənaye mərkəzi 
yaranmışdı. 
1945-ci ildə Sumqayıtda Kimya zavodu, 1946 - 1948-ci ildə 
Boru Prokat 
zavodunun 
birinci növbəsi, 1953-cü ildə 
Sintetik Kauçuk zavodu 
işə 
başlamışdı. 1955-ci ildə Azərbaycanda əlvan metallurgiyanın ilk müəssisəsi 
sayılan 
Sumqayıt Alüminium zavodunun 
birinci növbəsi işə salınmışdı. 
332 


1966-
cı ildə Gəncədə Alüminium zavodunun işə düşməsi Azərbaycanda əlvan 
metallurgiyanın inkişafında mühüm rol oynadı. 
1954-cü ildə Cənubi Qafqazda ən böyük olan Mingəçevir su - elektrik 
stansiyasının işə düşməsi Azərbaycanın xəritəsində Mingəçevir kimi yeni bir 
sənaye mərkəzinin yaranmasına səbəb oldu. 1954-cü ildə Bakıda, 1968-ci ildə 
Əli-Bayramlıda yeni və güclü elektrik stansiyalarının işə düşməsi nəticəsində 
Azərbaycan SSR-də elektrik enerjisi istehsalı 1970-ci ildə 12 milyard kilovatt 
saata çatmışdı ki, bu da 1945-ci ildəkindən 7 dəfədən də çox idi. 
Müharibədən sonrakı dövrdə yaranmış yeni sənaye mərkəzlərindən biri 
də Daşkəsən oldu. Bu bölgədə çox zəngin dəmir filizi yataqlarını istismar etmək 
məqsədilə 1948 - 1954-cü illərdə Daşkəsən filizsaflaşdırma kombinatı tikilərək 
istifadəyə verilmişdi. Azərbaycanın kənd rayonlarında çoxlu iş yerlərinə ehtiyac 
olduğu halda, Moskvanın plam əsasında Daşkəsənin filizi ilə işləyən 
Metallurgiya zavodu Azərbaycanda deyil, Gürcüstanın Rustavi şəhərində 
tikilmişdi. Bu qiymətli sərvətimiz xüsusi kanatlarla Gürcüstana daşınırdı. 
1951-ci ildə SSRİ miqyasında ən nəhəng müəssisələrdən biri olan 
Qaradağ sement zavodu işə salınmışdı. 
1945 - 1960-cı illərdə respublika sənayesində struktur dəyişikliklərinin 
dərinləşməsi şəraitində yeni sənaye sahələri (məsələn cihazqayırma və s.) 
yaranıb inkişaf edirdi. 1958-ci ildə Bakıda poladəritmə, Mingəçevirdə kabel 
zavodları, 1959-cu ildə Bakı şin zavodu, 1960-cı ildə Bakı soyuducular zavodu 
istifadəyə verilmişdi. 
1962-ci ildə Bakı - Krasnovodsk gəmi bərəsi işə başlamış, 1967-ci ildə 
isə Yevlax - Bərdə - Ağdam dəmir yolu xətti çəkilmişdi. 
1956-cı il fevralın 14-də Azərbaycan Televiziyası fəaliyyətə başlamış, 
1967-ci ildə isə Bakı Metropoliteninin ilk 6 stansiyası işə düşmüşdü. 
1947-ci ildə əsas ərzaq məhsullannm bölüşdürülməsi üzrə kartoçka 
sistemi ləğv edilmişdi. 
Müharibədən sonrakı dövrdə Azərbaycan iqtisadiyyatında kənd 
təsərrüfatının inkişafı sənayeyə nisbətən ləng gedirdi. Kənd təsərrüfatı daha çox 
ekstensiv yolla (əkin sahələrinin artmlması yolu ilə) inkişaf etdirilirdi. Bu zaman 
bütün istehsal planları və əkin növləri Moskvada müəyyənləşdirilirdi. Kənd 
təsərrüfatı məhsullannm istehsalı zamanı mərkəzin maraqları əsas götürülürdü. 
60-cı illərin ortalarında mərkəzin pambıq əkinlərinin genişləndirilməsi 
tələbinə əməl olunmasa da, respublikamızda meyvə, tərəvəz, üzüm və çay 
istehsalı xeyli çoxalmışdı. Maldarlıq kənd təsərrüfatımn ən geri qalan sahəsi idi. 
Respublikada taxılçılıq və heyvandarlıq sahələrində cüzi artıma nail olunsa da, 
kəndlilərin şəxsi təsərrüfatlarının zəifliyi şəraitində Azərbaycan əhalisinin əsas 
ərzaq məhsulları ilə təmin olunmasında ciddi problemlər yaşanırdı. Bu sahədə 
Azərbaycanın mərkəzdən asılılığı getdikcə güclənirdi. 
333 


1958-ci ildə Maşın - Traktor Stansiyaları (MTS) ləğv edilərək onların bütün 
texnika və avadanlıqları kolxozlara verilmişdi. 1959-cu ildə sovet hökuməti, 
nəhayət ki, kolxozçu kəndliləri də ölkənin vətəndaşı hesab edərək onlara pasport 
yerilməsi haqqında qərar qəbul etdi. Həmin ildən kolxozçulara təqaüd də 
verilməsinə başlandı. 
Bu dövrdə sosialyönlü binaların və yaşayış evlərinin tikintisi 
genişləndirilmişdi. Bakı şəhərində və onun ətrafında "Musabəyov", "8-ci 
kilometr" adlanan yeni yaşayış massivləri salınmışdı. 1950-ci illərdə Hökumət 
evi, Respublika stadionu, Respublika kitabxanası, Bakı Hava limanı, Dövlət 
sirki və Akademik Dram Teatrının binaları tikilib istifadəyə verilmişdi. 
1945 - 1960-cı illərdə mədəni inkişaf 
Bu dövrdə bütövlükdə təhsil sahəsində bir sıra yeniliklər baş vermişdi. 
1945-ci ildə orta məktəblərdə buraxılış imtahanları tətbiq edilmiş və məktəbi əla 
qiymətlərlə bitirənlərə qızıl və gümüş medallann verilməsinə başlanmışdı. 
Azərbaycan SSR-də 1949-cu ildən icbari 7 illik, 1959-cu ildən icbari 8 illik, 
1966-cı ildən isə icbari 10 illik təhsilə keçilmişdi. 
Respublikamızda ali təhsil şəbəkəsi do genişlənmişdi. 1945-ci ildə 
Bakıda Teatr İnstitutu, 1948-ci ildə Xarici Dillər Pedaqoji İnstitutu, 1950-ci ildə 
Politexnik İnstitutu, 1952-ci ildə Rus dili və Ədəbiyyatı İnstitutu kimi yeni ali 
təhsil ocaqları fəaliyyətə başlamışdı. 
1945 - 1960-cı illərdə Azərbaycan elminin müxtəlif sahələrində böyük 
uğurlar qazanılmışdı. Qürurla söyləyə bilərik ki, bu dövrdə görkəmli 
Azərbaycan alimləri tərəfindən yeni elmi məktəblər yaradılmışdı. Bu elmi 
məktəblərə neft - kimya sahəsində Y.Məmmədəliyev, astronomiyada N.İbra- 
himov, riyaziyyatda Z.Xəlilov və Ə.Hüseynov, aqronomiyada İ.Mustafayev və 
H.Əliyev, genetikada F.Məlikov, dilçilikdə Ə.Dəmirçizadə və M.Şirəliyev, 
ədəbiyyatşünaslıqda M.Dadaşzadə, tarixdə Z.Bünyadov kimi tanınmış alimlər 
başçılıq edirdilər. 
Müharibədən sonrakı dövr Azərbaycan ədəbiyyatında şair Səməd 
Vurğunun yaradıcılığı xüsusi yer tutur. Ədəbiyyatımızın inkişafında mühüm rol 
oynamış şairlər S.Rüstəm, R.Rza, B.Vahabzadə, yazıçılar M.S.Ordubadi, 
M.İbrahimov, İ.Əfəndiyev, S.Rəhman çətin sosializm realizmi çərçivəsində də 
öz bədii yaradıcılıqlarında vətənpərvərlik ideyalanm tərənnüm edirdilər. 
Ötən əsrin 50 - 60-cı illəri sözün əsl mənasında Azərbaycan 
incəsənətinin çiçəklənməsi dövrü hesab olunur. Azərbaycamn görkəmli 
bəstəkarı Fikrət Əmirovun yaratdığı "Sevil" operası. Qara Qarayevin "Yeddi 
gözəl" və "İldınmiı yollarla" baletləri ilə milli musiqimiz xeyli zənginləşmişdi. 
F.Əmirovun yaratdığı yeni simfonik muğam janrı respublikamn musiqi 
həyatında böyük hadisə kimi qarşılandı. Bəstəkarın "Şur" simfonik muğamının 
ardınca məşhur dirijor Niyazi "Rast", Süleyman Ələsgərov isə "Bayatı Şiraz" 
simfonik muğamlanm yazdılar. Böyük müğənnimiz Rəşid Behbudov bütün 
Sovet İttifaqında tanınırdı. Xalq musiqisinin gözəl ifaçıları olan Xan 
334 


Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova və başqaları böyük şöhrət 
qazanmışdılar. 1945 - 1960-cı illərdə 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin