göstərişinə qarşı çıxması vəziyyəti daha da mürəkkəbləşdirmişdi.
1964-
cü ildə Moskvanın təzyiqləri altında Şimali Azərbaycanın guya
Rusiyaya könüllü birləşməsi respublikamızda təntənə ilə qeyd olundu. Tarixin
bu şəkildə saxtalaşdırılmasma qarşı çıxan tarixçi alimlərimiz Ziya Bün- yadov,
Mahmud İsmayılov, Süleyman Əliyarov tənqid və təqiblərə məruz qaldılar.
1962-ci ildə Xudu Məmmədov, Oqtay Rəfili, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı
kimi bir qrup vətənpərvər ziyalılar və vəzifəli şəxslər tərəfindən gizli şəkildə
yaradılmış "Milli Azərbaycan Qərargahı" respublikada
rəhbər vəzifələrə
azərbaycanlı kadrların təyin edilməsinə və Azərbaycanın büdcəsinin Moskvada
deyil, Bakıda müəyyənləşdirilməsinə nail olmaq uğrunda mübarizə aparırdı.
60-cı illərin ortalarında Kommunist Partiyasının respublika həyatının
bütün
sahələrinə ciddi nəzarətinin gücləndiyi bir şəraitdə ayrı- ayrı dövlət xadimləri və
ziyalılarımız milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və
dirçəldilməsinə diqqət yetirməyə başlamışdılar. Bu sahədə 1966 - 1967-ci
illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi
vəzifəsində
işləyən
Şıxəli Qurbanovun
və onun həmfikirlərinin
böyük xidməti
olmuşdur. Onların səyi ilə
1967-ci ildə respublikamızda ilk dəfə olaraq
Şərqdə yeni ilin gəlişinin rəmzi olan Novruz bayramı "Bahar bayramı" adı
ilə rəsmən qeyd olunmuşdu.
SSRİ-nin rəhbəri L.İ.Brejnevin bütövlükdə respublika iqtisadiyyatının,
xüsusilə kənd təsərrüfatının inkişaf sürətindən narazı qalması 1969-cu ilin iyul
ayında Vəli Axundovun Azərbaycan KP MK-nm birinci katibi vəzifəsindən
azad edilməsi ilə nəticələndi. Sovet İttifaqı KP
MK-nm tövsiyəsi ilə həmin
vəzifəyə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri
Dostları ilə paylaş: