Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə231/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   227   228   229   230   231   232   233   234   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Heydər 
Əliyev 
seçildi. 
1948 - 1953-cü illərdə Azərbaycanlıların 
Ermənistan SSR adlanan tarixi torpaqlarımızdan deportasiyası 
Müharibə bitən kimi SSRİ-nin rəhbəri İ.Stalin və sovet dövlətində 
böyük vəzifə tutan A.Mikoyanm təşəbbüsü ilə Ermənistan SSR Türkiyə və 
Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. Ermənistan rəhbərliyi 
1945-ci ildə İ.Stalinə müraciət edərək Dağlıq Qarabağ "əhalisinin arzusunu" və 
bu bölgənin Ermənistanın tərkibində daha əlverişli şəraitdə inkişaf edəcəyini 
nəzərə alıb, DQMV-nin Azərbaycanın tərkibindən çıxanl- ması və Ermənistana 
verilməsi məsələsinə baxılmasını xahiş etmişdi. Ermənistan rəhbəri 
Q.Arutinovun Mərkəzə ünvanladığı məktub 1945-ci il noyabrın 8-də məxfi 
qriflə Azərbaycanın rəhbəri M.C.Bağırova göndərilmişdi. M.C.Bağırov 10 
dekabr 1945-ci ildə Moskvaya göndərdiyi cavab məktubunda Ermənistanın 
Dağlıq Qarabağa olan iddialannm tamamilə əsassızlığı. Yuxarı Qarabağın 
qədimdən Azərbaycan torpağı olması çox sanballı dəlillərlə sübuta yetirilmişdi. 
M.C.Bağırov 
Ermənistanın təklifi ilə bağlı Şuşanı çıxmaqla, DQMV 
ərazisinin Ermənistana verilməsinə bu şərtlə razılıq verirdi ki
Ermənistanın tamamilə azərbaycanlılar yaşayan və 3
330 


rayonunu əhatə edən Zəngəzur bölgəsi bütövlükdə Azərbaycana 
qaytarılsın. 
M.C.Bağırov müdafiədən hücum taktikasına keçərək Dağlıq 
Qarabağın əvəzində müxtəlif vaxtlarda Ermənistana, Gürcüstana, hətta 
Rusiyaya (məsələn Dərbənd) güzəştə gedilmiş Azərbaycan torpaqlarının 
qaytarılmasını qətiyyətlə tələb etmişdi. M.C.Bağırovun bu cavabı təbii ki, nə 
mərkəzi, nə də Ermənistanı qane etməsə də, məsələ gündəlikdən çıxarılmış və 
sənədlər arxivə göndərilmişdi. Bu dövrdə Stalinin Türkiyədən də müəyyən 
ərazilər qoparmaq planı da baş tutmamışdı. Azərbaycan torpaqları hesabına 
Ermənistan ərazisinin genişləndirmək cəhdi uğursuz alındıqdan sonra SSRİ 
rəhbərliyi yeni və dəhşətli bir planı həyata keçirtməyə başladı. 1946-cı il 
oktyabrın 19- da xarici ölkələrdə yaşayan ermənilərin Ermənistana 
köçürülməsinə icazə verilməsi haqqında fərman imzalandı. Bu fərmanı icra 
etmək üçün ilk növbədə Ermənistanda azərbaycanlıların yaşadıqları torpaqlar 
boşaldılmalı idi. Yəni azərbaycanlılar ata - baba torpaqlanndan çıxarılmalı və 
onların yaşadıqları ərazilərdə köçkün ermənilər yerləşdirilməli idi. Sovet 
rəhbərliyinin bu addımını xaricdə fəaliyyət göstərən Daşnaksütun partiyası və 
Ermənistanın Qriqoryan kilsəsi də alqışlamışdı. Bütün bunların nəticəsində 
azərbaycanlıların Ermənistan SSR ərazisindəki dədə - baba torpaqlarından 
qovulmasının - deportasiya edilməsinin növbəti mərhələsi başladı. İlk növbədə 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin