Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə228/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   224   225   226   227   228   229   230   231   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

bəraətvermə prosesi 
başlamışdı. Bunun nəticəsində 100 
minlərlə azərbaycanlının üzərindən qurama "xalq düşməni" adı götürülmüş və 
1956-cı ilin ortalarından yüzlərlə partiya, dövlət, ədəbiyyat və incəsənət 
xadiminə bəraət verilmişdi. Bəraət alanların içərisində 
Hüseyn Cavid, Əhməd 
Cavad, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli 
kimi vətənpərvər şair və 
yazıçılarımız da var idi. Yüzlərlə kitab, 0 cümlədən "Kitabi Dədə Qorqud" 
dastanı, A.A.Bakıxanovun, akademik Heydər Hüseynovun əsərləri üzərindən 
qadağalar götürülmüşdü. Ancaq 1920 - 1930-cu illərdə Sovet rejiminə qarşı 
istiqlal mübarizəsi apardığına görə həbs olunmuş siyasi məhbuslar və xaricə 
getməyə məcbur olmuş siyasi mühacirlər bəraətvermə prosesindən kənarda 
qalmışdı. Türkçülük ideologiyasını və türk xalqlarının birliyi ideyasını yayan 
yüzlərlə əsər üzərindən isə qadağa götürülmədi. 
SSRİ rəhbərliyi yeni şəraitdə müttəfiq respublikaların qanunverici və 
digər dövlət orqanlarının hüquqlarını müəyyən qədər genişləndirməyə 
başlamışdı. 1956-cı ilin mayında 
məhkəmə quruculuğu, mülki və cinayət mə-
328 


cəllələrinm qabulu 
müttəfiq respublikaların səlahiyyətinə verilmişdi. İmam 
Mustafayev yaranmış əlverişli imkanlardan Azərbaycanın xeyrinə istifada 
edərək respublikamızın sənaye və kənd təsərrüfatını inkişaf etdirmək üçün çox 
mühüm addımlar atmışdı. Yeni sənaye müəssisələrinin açılması ilə rayonlardan 
və kəndlərdən gənclərin işləmək üçün Bakıya axını xeyli güclənmişdi. Nəticədə 
"beynəlmiləl" 
şəhər olan 
Bakıda azərbaycanlıların say üstünlüyü 
təmin 
olunmuşdu. Kənd təsərrüfatının, xüsusilə əhalini əsas ərzaq məhsulları ilə təmin 
edən sahələrinə diqqət artırılmışdı. Azərbaycan dilinin rəsmi dövlət sənədlərində 
və kargüzarlıqda işlədilməməsi respublika rəhbərliyini çox ciddi şəkildə 
düşündürməyə başlamışdı. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin