Ə.İbrahimov, Ali Sovetin Rəyasət Heyətinin Sədri təyin edilən Q.Xəlilov kimi
vicdanlı və dürüst şəxslərin dövlət və hökumət orqanlarında vəzifəyə gətirilməsi
bütövlükdə hakimiyyətin nüfuzunun artmasına səbəb oldu. Sovet dövlətinin əsl
xalq hakimiyyəti olmasına inanan Heydər Əliyev fəhlə, kəndli və ziyalıların
nümayəndələri ilə bütün görüşlərində onları dinləmək bacanğı ilə hamını heyrətə
gətirirdi.
Əhalinin getdikcə artan tələbatının ödənilməsində ciddi problemlərin
olduğu bir şəraitdə
mənzillərin, minik avtomobillərinin və digər az tapılan
malların bölüşdürülməsində ədalət prinsipinə ciddi əməl olunması
sadə
adamlarda dövlətə inamı artırmışdı. 70-ci illərin əvvəllərindən Respublikanın
həyatının müxtəlif sahələrini yüksək ixtisaslı kadrlarla təmin etmək üçün
SSRİ>nin Moskva, Leninqrad və digər şəhərlərinin ali məktəblərinə
müsabiqədən kənar qaydada təhsil almaq üçün hər il min nəfər azərbaycanlı gənc
göndərilirdi.
Heydər Əliyev
SSRİ tərkibində Azərbaycanın bir müttəfiq respublika
kimi hüquqlarının pozulmasına yönələn bütün cəhdlərin qarşısını alırdı. 1977-ci
il SSRİ Konstitusiyası hazırlanarkən Ermənistan rəhbərliyinin qaldırdığı Dağlıq
Qarabağın statusuna yenidən baxılması məsələsi onun SSRİ rəhbərliyi
qarşısında nümayiş etdirdiyi barışmaz və qəti mövqe nəticəsində gündəlikdən
çıxarılmışdı. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların
yaşadığı kənd və rayonlann acınacaqlı sosial - iqtisadi vəziyyəti ilə yerində tanış
olan H.Əliyev xüsusilə,
Dostları ilə paylaş: