Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə224/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   220   221   222   223   224   225   226   227   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

ana dilində 
keçirilməli idi. (maddə 13) 
Saziş bağlanandan sonra Tehran hökuməti Cənubi Azərbaycandakı milli 
azadlıq hərəkatını qan içərisində boğmaq üçün hazırlıqlara başladı. 1946-cı ilin 
oktyabr ayında Tehran hökuməti Cənubi Azərbaycanla sərhəd bölgələrinə 20 
min nəfərdən ibarət hərbi qüvvə cəmləşdirdi və bu istiqamətdə əlavə qüvvələrin 
gətirilməsinə başlandı. İran hökumətinin başçısı Qəvam əs - Səltənə qayda - 
qanun yaratmaq və guya seçkilərə nəzarəti təmin etmək bəhanəsilə 1946-cı il 
dekabr ayının 4-də böyük ordu hissələri ilə Cənubi Azərbaycana hücuma 
başladı. İranın Baş Hərbi Qərargahı Cənubi Azərbaycanı tamamilə işğal etmək 
üçün xüsusi əməliyyat planı hazırlamış və bu planın həyata keçirilməsinə 40 
mindən çox hərbi qüvvə cəlb etmişdi. İran ordusu tank, top, minaatanlarla və 
təyyarələrlə silahlanmışdı. Qüvvələrin qeyri -bərabər olmasına baxmayaraq, 
1946-cı il dekabrın 7 - 8-də Azərbaycan Xalq Qoşunları və fədai dəstələri 
Zəncan - Miyanə cəbhəsində 
və 
Marağa yaxınlığında 
İran ordusunun 
hücumunun qarşısını almışdılar. Ancaq sayca çox olub, silah - sursat və hərbi 
texnika baxımından da Azərbaycan Milli Ordusundan qat - qat üstün olan İran 
ordusu sürətlə irəliləyərək dekabrın 14-də Təbrizi ələ keçirdi. Artıq dekabrın 
20-də İran ordusu Cənubi Azərbaycanı tamamilə nəzarət altına ala bildi. 
Cənubi 
Azərbaycanda fövqəladə vəziyyət elan 
edildi, komendant saatı qoyularaq tam 
işğal rejimi yaradıldı. Bundan sonra düşmən 
Cənubi Azərbaycanda xalqa 
divan tutmağa 
başladı. Öz qəddarlığı ilə ad çıxarmış fars polkovniki Zəngənə 
Təbrizin hərbi qubernatoru təyin edilmişdi. Vaxtilə onun böyük amansızlıqla 
demokratlann körpə uşaqlarını təndirə ataraq lavaş bişirtdirməsi heç kimin 
yadından çıxmamışdı. Onun əmri ilə Təbrizdə həbs olunanları yerləşdirmək 
üçün həbsxanalarda boş yer tapılmırdı. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin