Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə220/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   216   217   218   219   220   221   222   223   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Azərbaycan Xalq Konqresi 
çağrıldı. Konqres özünü 
Müəssislər 
Məclisi 
elan edərək ümumi seçkilər yolu ilə Azərbaycan Milli Məclisinin təşkili 
və Milli Hökumətin yaradılması tələblərini irəli sürdü. 1945-ci il noyabrın 
27-dən dekabrın 1-dək Cənubi Azərbaycanın hər yerində seçkilər keçirildi və 
nəticədə 
Milli Məclis 
formalaşdırıldı. Dekabrın 12-də 
(21 Azər günü) 
çağrılmış 
Milli Məclis tərəfindən S.C.Pişəvərinin başçılığı ilə 
Milli Hökumət 
təşkil 
edildi. Milli Hökumət on nazirlikdən. Ali Məhkəmə və Baş Prokurorluqdan 
ibarət idi. Bütün Cənubi Azərbaycana nəzarət edən Milli Hökumət 
muxtar 
statuslu 
hakimiyyət orqanı idi. Birinci mərhələdə İranın təkibindən ayrılaraq 
müstəqil dövlət yaratmaq məqsədi qarşıya qoyulmadığından Baş nazir 
S.C.Pişəvəri hökumətin tərkibində xarici işlər naziri vəzifəsini nəzərdə 
tutmamışdı. Ancaq milli - azadlıq hərəkatının gələcəkdə dərinləşməsi prosesində 
Cənubi Azərbaycanın İrandan ayrılaraq müstəqil dövlətə çevrilməsi 
və 
yaxud Sovet Azərbaycanı ilə birləşdirilməsi 
perspektivi Moskvada SSRİ 
(İ.Stalin ) və Bakıda Azərbaycan rəhbərliyində (M.C.Bağırov) 1945-ci ildə artıq 
müzakirə mövzusuna çevrilmişdi. Moskva Cənubi Azərbaycana Monqolustan 
Xalq Respublikası nümunəsində idarəetmə forması təklif edirdi. Seyid Cəfər 
Pişə vərinin hazırladığı 
"Azərbaycan Xalqının Tələbləri" 
adlı sənəddə isə 
inqilabi hərəkatın son məqsədi haqqında belə yazılmışdı: "Biz İrandan tamamilə 
aynlıb demokratik əsasda öz müstəqil dövlətimizi - 
Azərbaycan Milli 
Demokratik Respublikasını 
qurmalıyıq". Sonrakı mərhələdə hər iki - 
Cənubi 
və 
Şimali Azərbaycanın birləşməsi 
məsələsi Seyid Cəfər Pişəvəri və 
M.C.Bağırov arasında aparılan müzakirələrdə dəfələrlə vurğulanmışdı. İran 
Tudə (Xalq) Partiyasının liderlərindən biri, sovet cəsusu olan erməni əsilli 
Ərdəşir Avanesyan (Artaşes) milli hökumət haqqında yazırdı: "Azərbaycandakı 
hərəkat M.C.Bağırovun və S.C.Pişəvərinin şəxsi planları və diktəsi əsasında baş 
vermişdir. Bağırov istəyirdi ki, beş milyonluq Cənubi Azərbaycanla üç 
milyonluq Şimali Azərbaycanı birləşdirib, onu Ukraynaya qarşı qoysun və özü 
ağalıq etsin. Mən əvvəldən bu hərəkata qarşı çıxdığım üçün onlar mənim başımı 
yemək istəyirdilər. Ancaq buna nail ola bilmədilər". 
Cənubi Azərbaycandakı proseslərin 1945-ci ilin sonları - 1946-cı ilin 
əvvəllərindən müstəqillik istiqamətinə yönəlməsi İranın bundan bərk qorxu 
keçirən siyasi dairələrində də aydın surətdə dərk edilirdi. 
1945-ci il dekabrın 12-də təşkil edilmiş 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin