birinci dərəcəli və ümdə vəzifələrdən biri də Cənubi Azərbaycanda yeni və demokratik idarə orqanla- rınm yaradılması idi. 1946-cı il yanvar ayının 8-də
Milli Məclis vilayət, mahal və bölük əncümənlərinə (şuralara) və bələdiyyələrə seçkilər haqqında qanun qəbul etdi. Bu qanuna görə 20 yaşma çatmış bütün vətəndaşlar seçkilərdə iştirak
edə, 25 - 70 yaşlı vətəndaşlar isə əncümənlərə nümayəndə seçilə bilərdilər.
Qanunda
qadınlara da kişilərlə bərabər seçki hüququ verilməsi nəzərdə
tutulmuşdu. 1946-cı il yanvar ayının 14-dən 18-nə qədər Cənubi Azərbaycanın
213 şəhər və qəsəbəsində
bələdiyyə əncümənlərinə 6 min nəfərə yaxın üzv
seçildi. 1946-cı il fevral aymadək Cənubi Azərbaycanda 10 vilayət, 21 mahal və
151 bölük əncüməninə seçkilər başa çatdmldı. Ümumilikdə 1946-cı ildə bütün
əncümənlərə xalq tərəfindən 39 min nəfər nümayəndə seçilmişdi.
Bu qədər vətəndaşın seçkili orqanlarda təmsil olunaraq dövlətin idarəsində iştirak etməsi Şərq ölkələri üçün ilk hadisə idi. 1946-cı il fevral ayının 16-da Milli Məclis tərəfindən qəbul edilən və
Cənubi Azərbaycanda torpaq islahatının keçirilməsini nəzərdə tutan iki
qanun qəbul edildi. Bu qanunlara görə
dövlət (xalisə) torpaqları və
sular kəndlilər arasında heç bir əvəzi ödənmədən bölünməli, Azərbaycanın
azadlığına və Milli Hökumətə qarşı mübarizə aparanların əkin yerləri, otlaqları,
su və bağları müsadirə edilərək kəndlilərə verilməli idi. Milli Hökumətin
rəhbərliyi altında keçirilən torpaq islahatının ilkin mərhələsində 260 min hektar
əkinə yararlı torpaq sahəsi kəndlilər arasında bölüşdürülmüşdü. Milli
Hökumətin fəaliyyəti dövründə
ümumilikdə 500 min hektar torpaq sahəsi kəndlilərin ixtiyarına verilmişdi.
Sovet rəhbərliyinin razılığı əsasında qısa vaxt ərzində Bakı ilə Təbriz
arasında