Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


§ 43. Azərbaycan SSR1945 - 1960-cı illərdə



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə226/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   222   223   224   225   226   227   228   229   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


§ 43. Azərbaycan SSR1945 - 1960-cı illərdə 
Respublikada totalitar sivasi rejimin daha da eüchnməsL
SSRİ-nin 
rəhbəri İ.Stalin müharibədə böyük qurbanlar bahasına qazanılmış böyük 
qələbədən özünün diktatura tipli avtoritar hakimiyyətini daha da möhmək- 
ləndirmək üçün istifadə etməyə başladı. Şəxsiyyətə pərəstişin daha da 
gücləndiyi bir şəraitdə "dahi rəhbər" obrazı yaradılan Stalinin şəxsiyyəti artıq 
böyük bir bütə çevrilmişdi. Sovet hökuməti müharibənin dəhşətlərini yaşamış 
və böyük qurbanlar vermiş SSRİ xalqlarının qayğısına qalmaq və onun çox ağır 
sosial-iqtisadi problemlərini həll etmək əvəzinə, bütün ölkədə cəza tədbirlərini 
daha da gücləndirmişdi. 
Azərbaycanın Stalinə şəxsi sədaqəti ilə seçilən rəhbəri M.C.Bağırov 
respublikanı yenə köhnə və sərt metodlarla idarə edir və bu zaman 
azərbaycanlılara nifrətlə yanaşan və qəti düşmən münasibət bəsləyən qeyri - 
azərbaycanlı kadrlara daha çox arxalanırdı. 
Xalqımızın ən qabaqcıl nümayəndələrindən biri olub, "Türkiyənin 
326 


cəsusu" adlandırılan akademik Məmməd Arif Dadaşzadə, yazıçı Mirzə 
İbrahimov, Mikayıl Vəliyev, filosof Heydər Hüseynov, şair Səməd Vurğun, 
bəstəkar Üzeyir Hacıbəyov və başqaları təqib və təzyiqlərə məruz qalırdılar. 
Azərbaycan alimləri mövcud rejimin ideologiyasından azacıq kənara 
çıxan istənilən fikrinə görə dərhal həbs və sürgün edilir, repressiyalara məruz 
qalır, onların əsərləri isə qadağan olunurdu. Akademik Heydər Hüseynov 
1949-cu ildə çap edilmiş əsərində Şimali Qafqazda Şeyx Şamil hərəkatım 
düzgün olaraq çarizmin müstəmləkə siyasətinə qarşı azadlıq mübarizəsi kimi 
qiymətləndirdiyinə görə təqiblərə məruz qalmış, bu əsərə görə ona verilmiş 
"Stalin mükafatı" geri alınmışdı. M.C.Bağırov Şeyx Şamili heç bir əsas 
göstərmədən "ingilis cəsusu" adlandırmış və akademik H.Hüseynovu çox 
gülməli şəkildə Şamilin ardıcılı olmaqda təqsirləndirmişdi. H.Hüseynov bütün 
bu haqsızlıqlara dözməyərək intihar etmişdi. 
Hakim ideologiyanın tarix elmi üzərində təzyiqi daha da güclənmişdi. 
Azərbaycan xalqının soykökü məsələsi qəsdən təhrif olunur. Şimali 
Azərbaycanın Rusiyaya könüllü birləşməsi haqqında qeyri - elmi və uydurma 
fikirlər irəli sürülür, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi tamamilə 
saxtalaşdırılırdı. Azərbaycan türklərinin ana abidəsi olan "Kitabi Dədə Qor- 
qud"a mürtəce xan - bəy eposu damğası vurulmuşdu. Abbasqulu ağa 
Bakıxanov, Mirzə Kazım bəy kimi görkəmli alimlərimiz istismarçı zümrələri 
müdafiə etməkdə günahlandınlırdılar. 
Mövcud quruluşa nifrətlə yanaşan bir qrup vətənpərvər gənc tərəfindən 
1947-ci ildə yaradılmış "İldırım" təşkilatı Azərbaycanın sovet rejiminin 
əsarətindən xilas edilməsini özünün əsas vəzifəsi kimi irəli sürmüşdü. Həmin 
təşkilatın 8 nəfər fəal üzvü dərhal həbs edilərək Sibirə sürgünə göndərilmişdi. 
Konstitusiyada əhaliyə sözdə verilmiş "demokratik" hüquqların çoxu 
demək olar ki, təmin edilmirdi. "Xalq hakimiyyəti" orqanlanna seçkilər formal 
şəkildə və ciddi inzibati nəzarət altında keçirilirdi. 
1950 - 1960-cı illərdə respublikada ictimai - siyasi həyat 
Sovet dövlətinin başçısı t.V.Stalin 1953-cü il martın 5-də vəfat etdi. 
1953-cü ilin sentyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi 
Komitəsinin birinci katibi vəzifəsinə gətirilmiş N.S.Xruşşov SSRİ-yə rəhbərlik 
etməyə başladı. N.S.Xruşşov Stalinin şəxsiyyətinə pərəstişi kəskin şəkildə 
tənqid etməklə, özünə siyasi nüfuz qazanmağa çalışır. Sovet dövlətinin, 
Kommmunist Partiyasının və sosializm quruculuğunun bütün günah və 
qüsurlarını şəxsiyyətə pərəstişin nəticəsi kimi göstərərək mövcud quruluşu 
təmizə çıxarmağa çalışırdı. 
SSRİ-də siyasi rəhbərliyin dəyişməsi dərhal Azərbaycan SSR-də də 
özünü göstərdi. Azərbaycanın rəhbəri M.C.Bağırov vəzifədən uzaqlaşdırı- laraq 
həbs olundu. O, 1956-cı ildə SSRİ Ali Məhkəməsinin qəran ilə repressiya 
dövründə törətdiyi cinayətlərə görə ən yaxın əlaltıları ilə birlikdə ölüm 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin