Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə229/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   225   226   227   228   229   230   231   232   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Azərbaycan dilinin statusu 
məsələsi, hətta 
Mirzə 
İbrahimovun 
rəhbərlik etdiyi Azərbaycan SSR Ali Sovetinin sessiyasında 
xüsusi müzakirəyə çıxanlmış və nəticədə 
Azərbaycanın qüvvədə olan 1937-ci 
il Konstitusiyasına Respublikanın dövlət dilinin Aızərbaycan dili olması 
haqqında maddə əlavə edilmişdi. 
Bu addım Moskvam bərk qorxutmuş və 
SSRİ-nin rəhbəri N.Xruşşov bu "yeniliyi" Azərbaycanda millətçilik təmayülü 
kimi qiymətləndirmişdi. Nəticədə M.İbrahimov Azərbaycan Ali Soveti Rəyasət 
Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılmış, yeni maddə Konstitusiyadan 
çıxanlaraq rəsmi sənədləşdirmə və kargüzarlıq işlərinin ana dilimizdə apaniması 
prosesi dayandırılmışdı. Azərbaycanda milli oyanışın başlaması Moskvada rus 
şovinistləri tərəfindən kəskin etirazla qarşılanmış və mərkəzdən respublikaya 
xüsusi yoxlama komissiyası göndərilmişdi. Bu komissiyanın yalan üzərində 
qurulmuş "dəlilləri" əsasında 1959-cu ildə İmam Mustafayev 
millətçilikdə 
günahlandırılmış və respublika rəhbərliyindən uzaqlaşdırılmışdı. Moskvanın 
tövsiyəsi ilə 
Vəli Axundov 
Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə 
gətirilmişdi. Vəli Axundov (1916 - 1986) Bakıda anadan olmuşdu. Tibb elmi 
sahəsində Azərbaycan SSR EA-nm akademiki idi. Respublikaya rəhbər təyin 
edilənədək dövlət və hökumət orqanlarında yüksək vəzifələr tutmuşdu. Özünün 
ziyalılığı və xarakterinin mülayimliyi ilə seçilən Vəli Axundovun respublikaya 
rəhbərliyi (1959 - 1969) SSRİ miqyasında 60-cı illərdə çox mürəkkəb ictimai - 
siyasi proseslərin getdiyi dövrə təsadüf etmişdi. N.Xruşşo- vun uğursuz 
islahatları, xüsusilə təsərrüfat orqanlarına partiya nəzarətinin zəiflədilməsi 
sahəsindəki addımları Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyi daxilində 
kəskin narazılıqla qarşılanmışdı. 1964-cü ildə həmin narazı qüvvələr Xruşşovu 
hakimiyyətdən salaraq 
L.İ.Brejnevi 
Sovet dövlətinin başçısı vəzifəsinə 
gətirmişdilər. Sovet İttifaqı Kommunist Partiyasının avtoritar idarəetmə rejimini 
daha da gücləndirdiyi və mülayimləşmə dövründə respublikalara verilən bir çox 
səlahiyyətlərin geri alındığı bir şəraitdə Vəli Axundov respublikada Moskvanın 
qoyduğu tələblərə cavab verən siyasət yeritmək iqtidarında deyildi. 
V.Axundovun "müstəmləkə bitkisi" sayılan və qul əməyi kimi ağır zəhmət tələb 
edən, əhalinin sağlamlığına və təbiətə böyük ziyan vuran 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin