AZƏrbaycan milli elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu



Yüklə 299,73 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix01.04.2017
ölçüsü299,73 Kb.
#13185
  1   2   3   4   5   6   7   8   9   ...   15
13185

AZƏRBAYCAN  MILLI  ELMLƏR  AKADEMIYASI 
A.A.BAKIXANOV  adına  TARİX  İNSTİTUTU
NAZİM MƏMMƏDOV
AZƏRBAY CANIN 
XANKƏNDİ  ŞƏHƏRİNİN 
TARİXİ
Jmı
BAKI-2011

i
 
5

ju  
s  t
Elmi redaktoru:  Yaqub Mahmudov,
Əməkdar elm xadimi, 
AMEA-nın müxbir üzvü
Rəyçilər: 
Q.Ə.Hacıyev, t.e.d.
V.S.Həsənov, t.e.d.
Məmmədov Nazim 
M52  Azərbaycanm  Xankəndi  şəhərinin  tarixi.  Bakı,  «Təhsil», 
2011,224 səh.
Motıoqrafiyada  Azərbaycanm  qədim  yaşayış  məskəni 
olan  Xankəndi  şəhərinin  yaranma  tarixi,  ərazisi,  təbii-coğ- 
rafı  xüsusiyyətləri,  əhalisinin  sayı,  etnik  v ə  milli  tərkibi, 
miqrasiya  prosesi,  şəhərdə  ermənilərin  sayının  süni  yolla 
artınlması  və  azərbaycanlıların  sıxışdırılması  m əsələləri 
təhlil edilmiş, şəhərin işğalı və bunun törətdiyi ağır nəticələr 
tədqiq  edilmişdir.  Tarixi  m ənbələrə  əsaslanaraq  Xankəndi 
şəhərinin siyasi,  ictimai-iqtisadi  və m ədəni həyatı  işıqlandı- 
rılmış,  digər  şəhərlərlə  müqayisələr  aparılaraq  onun  üstün 
və  sürətli  inkişafınm səbəbləri aydmlaşdırılmışdır.
AZƏRBAYCAN XANKƏNDİ ŞƏHƏRİNİN TARİXİ 
ÖN  SÖZ
XX  yüzilliyin  sonlarında  SSRİ-nin  və  dünya  sosializm  sisteminin  dağıl- 
masmdan  sonra  beynəlxalq  münasibətlər  yeni  səciyyə  aldı.  Vahid  zəminli 
dünya birliyi bərpa olunaraq dövlətlərarası münasibətlərdə əməkdaşlıq, həm- 
rəylik  və  birgə  fəaliyyət  üstünlük  təşkil  etdi.  Həmin  vaxtdan  fövqəldövlət 
kimi ABŞ-m rolu artdı və dünyada demokratiyanın qorunub inkişaf etdirilmə- 
sinin ən güclü qrantı rolunu oynamağa başladı. BMT, NATO, ATƏT, Avropa 
İttifaqı və  digər beynəlxalq təşkilatlar dünyada təhlükəsizlik və  əməkdaşlıq 
mühiti  yaradaraq,  beynəlmiləlləşmənin,  inteqrasiya prosesinin  geniş  miqyas 
alması, dünya birliyi və əməkdaşlığının möhkəmləndirilməsində çox mühüm 
addımlar atılmasına şərait yaratdı. XX əsrin sonlannda dünyada baş verən siyasi 
proseslər Azərbaycandan da yan ötmədi.  Beləki, bəhs etdiyimiz dövrdə milli 
tariximiz  üçün  ən  önəmli  hadisə  olan  dövlət  müstəqilliyimiz yenidən bərpa 
olundu.  Ümummilli  liderimiz  H.Ə.Əliyev  çıxışlanndan  birində  həmin dövrü 
belə xarakterizə etmişdi:  «1991 -ci il oktyabrm  18-də «müstəqillik haqqmda» 
Konstitusiya Aktının qəbul edilməsi ilə XX əsr Azərbaycan tarixinin dördüncü 
mərhələsi başlandı.  Biz o vaxtdan azad,  sərbəst yaşayınq, müstəqil dövlətik. 
Xalqımız öz taleyinin, torpaqlanmn, öz ölkəsinin sahibidir.  Müstəqilliyimizin 
qorunması  onun  əldə  edilməsindən  qat-qat  çətin  idi.  Müstəqil  dövlət taleyin 
xalqımıza  bəxş  etdiyi  töhfə  kimi  xalqımızın  əvəzsiz  milli  sərvəti  olmaqla 
bərabər, onun rəhbərlərindən tutmuş hər bir vətəndaşı qarşısmda böyük  məsu- 
liyyət qoyurdu. Yeni tarixi inkişaf mərhələsində Azərbaycan Respublikasının 
qarşısında  dövlət  müstəqilliyinin  möhkəmləndirilməsi,  demokratik,  hüquqi, 
dünyəvi  dövlət  qurulması,  respublikanın ərazi bütövlüyünün bərpası,  Dağlıq 
Qarabağ probleminin milli maraqlara uyğun həlli, ölkə əhalisinin təhlükəsizli- 
yinin və rifahımn təmin edilməsi kimi mühüm tarixi vəzifələr dururdu. Bütün 
bunlar  ardıcıl,  məqsədyönlü,  düşünülmüş  daxili  və  xarici  siyasətin  həyata 
keçirilməsini və bu məqsədlə ölkənin intellektual və  sosial-iqtisadi potensia- 
lmdan, ictimai-siyasi qüwələrindən səmərəli istifadə olunmasını tələb edir».
Belə  bir  şəraitdə  maraqlı  dövlətlərin  Azərbaycanda  mənafelərinin  toq- 
quşması, həmçinin Ermənistanm Azərbaycana əsassız ərazi iddiaları ilə çıxış 
etməsi  səbəbindən  xalqımız  məeburi  şəkildə  «Qarabağ  savaşı»na  qatıldı. 
Ermənistan  tərəfindən  başlanan  bu  işğalçılıq  müharibəsi  xalqımızı  faciəyə 
düçar etdi.  Xalqımız müharibədə 20 mindən çox övladmı itirdi.  Ərazilərimi- 
zin 20 faizi işğal edildi.  1  milyondan artıq soydaşlarımız öz vətənində qaçqın

həyatını  yaşadı.  Hələ  bu  azmış  kimi  erməni  təbliğat  maşmı  bütün  dünyam 
«gəzərək»  Qarabağın  bütövlükdə  Ermənistana  aid  olması  ermənilərin  say 
etibarilə  bölgədə  üstünlüyə  malik  olması,  sonrakı  dövrlərdə  Dağlıq  Qara- 
bağın Ermənistandan alınıb Azərbaycana «bağışlanması»,  Dağlıq Qarabağın 
sosial iqtisadi inkişafınm sırf Ermənistandan asılıhğı, bölgədə yaşayan ermə- 
nilərin Azərbaycan rəhbərliyi tərəfmdən «sıxışdırılması» və sair cəfəng, boş, 
heç bir əsası olmayan ideyalar yaymağa başladılar.
Təəssüf hissi ilə qeyd etməliyik ki,  DQMV-nin onun mərkəzi Xankəndi 
şəhərinin  iqtisadi,  siyasi  və  mədəni  həyatına  həsr  olunmuş  elmi-tədqiqat 
əsərlərini  nəzərdən keçirərkən  məlum  olur ki,  həmin  tədqiqat  əsərlərinin, 
demək olar ki, əksəriyyəti erməni müəlliflərinə «qismət» olmuşdur. DQMV-nin 
sosializm quruculuğu dövrünü tədqiq edən erməni alimləri -  Q.B.Abramyan, 
Q.A.İonesyan, Q.Koçaryan, Q.Seyriyan, S.Avakyan, Ş.M.Mkrtçyan və digər- 
ləri  Azərbaycan  SSR-in  DQMV-nin  tarixini  tamamilə  təhrif  etmiş,  öz 
əsərlərində  «Böyük Ermənistan»  xülyasım  əsaslandırmağa çalışmışlar.  Yu- 
xanda adı  gedən  erməni müəlliflərimn  əsərlərini  nəzərdən keçirərkən  mə- 
lum olur ki, həmin tədqiqat işlərindəki tədqiq olunan məsələlər saxta erməni 
riyakarlığı  mövqeyindən  yanaşılmışdır.  Erməni  tədqiqatçı-alimlərinin 
əsərlərində  Dağlıq  Qarabağda  və  Xankəndi  şəhərində  iqtisadi  və  mədəni 
inkişaf inkar  edilmir,  lakin  bu  inkişafda Azərbaycan  hökumətinin,  bölgədə 
yaşayan əliqabarlı, zəhmətkeş azərbaycanlıların adı çəkilmir, əksinə, inkişa- 
fın başlıca amili kimi Ermənistanm və ermənilərin rolu yüksəklərə qaldmlır. 
Sosializm  quruculuğu  dövrünə  həsr  edilmiş  erməni  müəlliflərinin  tədqiqat 
işləri  birtərəfli,  obyektivlikdən  kənar  aparılmışdır.  Məsələn,  S.Avakyanm 
1962-ci  ildə  «Dağlıq  Qarabağda  mətbuat»  mövzusunda  yazdığı  namizədlik 
elmi-tədqiqat işində, Vilayətin ayrı-ayn rayonlannda, o cümlədən Xankəndi 
şəhərində nəşr olunan qəzetlər haqqında geniş məlumat verilir,  lakin qədim 
tarixə malik Şuşada nəşr olunmuş qəzetlərin adı belə çəkilmir. Dağlıq Qara- 
bağda sosializm quruculuğu dövrünün tədqiqatçılarından sayılan  Q.A.İones- 
yan isə bir daha hadisələrə riyakar mövqedən yanaşaraq öz dissertasiyasında 
qabaqcıl  kolxoz  və  kolxozçulann  sırasında heç  bir  azərbaycanlılar  yaşayan 
kənd və azərbaycanlı adı çəkməmişdir.
Bəzi erməni tarixçiləri isə öz «tədqiqatlarında», Dağlıq Qarabağm tarixinə 
dair  yazdıqları  əsərlərində,  DQMV-nin  Xankəndi  şəhərinin  tarixinə  Azər- 
baycan  tarixi  kimi  yox,  Ermənistan  tarixinin  bir  hissəsi  kimi  yanaşmışlar. 
Belə tarixçilərə misal olaraq A.Akopyanı, İ.Ağayanı, Q.Qolayanı və başqalarmı 
göstərmək olar.  Onlar faktları təhrif etmiş, Azərbaycanm tarixi həqiqətlərini 
saxtalaşdırmışdılar.  Bu tarixçilər Dağlıq  Qarabağda və  Azərbaycanm  digər
ərazilərində  azərbaycanlılara qarşı qırğmlar törədən Dro, Nijde və Androni- 
kin  çirkin  əməllərini  ört-basdır  edir  və  ya  admı  belə  çəkmir,  Nuru  Paşa, 
Zeynalov,  S.Sultanovun adlannı isə cəfəng uydurmalarla vurğulamışlar.
Təəssüflər olsun ki,  Azərbaycanm Dağlıq Qarabağ bölgəsinin,  o  cümlə- 
dən Xankəndi şəhərinin tarixini təkcə  erməni tarixçi və dilçiləri deyil, hətta 
şairləri, publisistləri, musiqiçiləri,  artistləri -  bir sözlə, bütün erməni millət- 
çiləri Qarabağı Azərbaycandan qoparmaq məqsədilə tarixi faktlan öz arzula- 
nna uyğun təhrif edərək bütövlükdə Dağlıq Qarabağı, o cümlədən Xankəndi 
şəhərini ta qədimdən Ermənistan ərazisi kimi «təhlil» etmişdir.
A.Akopyan,  Q.Karkaryan,  M.Saginyan,  S.Yeremyan,  A.Arakelyan, 
A.Ter-Qvendyan  və  digərləri  Azərbaycanm  qədim  tarixini  saxtalaşdıraraq 
Kürdən  cənubdakı  ərazilərimizin  tarixən  Ermənistana  məxsus  olması  kon- 
sepsiyasını irəli sürmüş və Ermənistan ərazisini üç böyük dəniz (Qara dəniz, 
Xəzər dənizi  və  Aralıq dənizi)  arasında təsvir etmişdilər.  Təsadüfi  deyildir 
ki, erməni millətçiləri Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərkən 
məhz yuxarıda adı gedən saxta konsepsiyadan «qidalanmışlar».
Y.Barseqon,  S.Bors,  S.Avanesyan, N.Şahnazaryan və digərləri öz tədqi- 
qatlarmda Dağlıq Qarabağm və həm də Xankəndi şəhərinin iqtisadi və siyasi 
məsələlərinin «təhlili»nə can ataraq erməni millətçilərinə, erməni partiyalan- 
na və onların Vilayətdəki şovinist mövqeli hərəkətlərinə bəraət qazandırmaq 
mövqeyindən yanaşmışlar.  Onlarm tədqiqatlannda bütövlükdə Dağlıq Qara- 
bağm,  o  cümlədən  Xankəndi  şəhərinin  iqtisadi,  siyasi  və  mədəni  həyatma 
dair tarixi faktlann və hadisələrin saxtalaşdırılması aydın müşahidə edilmiş- 
dir. Beləliklə, keçən əsrin 80-ci illərinə qədər Azərbaycanm Dağlıq Qarabağ 
tarixini  tədqiq  edən  erməni  tarixçiləri  bütövlükdə  DQMV-nin,  o  cümlədən 
onun  mərkəzi  Xankəndi  şəhərinin  ərazisinin  tarixən  Ermənistan  ərazisi 
olması və  burada qədimdən yalnız  ermənilərin yaşaması  kimi  saxta əsərlər 
yazmışlar ki, bütün bunlann da heç bir elmi əsası yoxdur.
XX yüzilliyin 80-ci illərinin ortalanndan «yenidənqurma» və «aşkarlığın» 
yaratdığı imkanlardan istifadə edən erməni millətçiləri daha böyük bir qüwə 
ilə  Azərbaycana  qarşı  qərəzli  təbliğata  başladılar.  Z.Balayan,  P.Qazaryan, 
S.Xanzadyan, B.Ulubabayan, S.Kaputikyan və başqalannm Azərbaycan tari- 
xini  saxtalaşdıran,  azərbaycanlıları təhqir edən  qızışdırıcı  «əsərləri»  erməni 
millətçiliyinin  daha  da  dərinləşməsində,  milli  münaqişənin  alovlanmasında 
müstəsna rol oynadı.  Z.Balayanm «Ocaq»,  «İki od arasında»,  «Qəza» kitab- 
lan  «əzabkeş  xalqa»  daha  emosional  təsir  göstərmiş,  tətil  və  nümayişlər 
dalğasım genişləndirmişdir.  1989-cu il iyunun 2-də SSRİ Xalq Deputatlanmn 
II qurultayında akademik B.Hambarsumyanm,  B.Dadamyanm,  Q.Voskanya-

nın,  1987-ci ilə Parisdə akademik A.Ağambekyanın çıxışlan açıq-aşkar antiazər- 
baycan  xarakteri  daşımış,  Azərbaycan  xalqına  qarşı  böhtanlar  deyilmişdir. 
Onlar, bütövlükdə Dağlıq Qarabağın, o cümlədən Xankəndi şəhərinin tarixən 
Ermənistana məxsus olmasını,  1923-cü ildən Ermənistandan alınıb Azərbay- 
cana  «bağışlanması»,  bölgədə  yaşayan  ermənilərin  Azərbaycan  rəhbərliyi 
tərəfındən  sıxışdırılması,  Vilayətin  sosial-iqtisadi  cəhətdən  Ermənistanla 
bağlılığı və sair cəfəng uydurmalar yazmışdılar. Bütün bunlar isə əsassız ya- 
landır və xalqımızın ünvanına deyilmiş böhtan kimi qiymətləndirilməlidir.
Erməni  tədqiqatçılarının  mənfur  niyyətlərinə  çatmaq  məqsədilə  uzun 
müddət apardıqları antiazərbaycan təbliğatı öz nəticəsini verdi.  Amerika Bir- 
ləşmiş  Ştatları,  Fransa,  Rusiya kimi  böyük  dövlətlərdə  ermənilərin  sərsəm 
«Böyük Ermənistan» yaratmaq ideyasını dəstəklədilər. Həmin ölkələrin tarix- 
şünaslığında Dağlıq Qarabağda gedən proseslər müxtəlif səviyyələrdə,  bəzi 
hallarda isə ziddiyyətli işıqlandırılmışdır. Çverik Eminin  1987-ci ildə 5 dildə 
50  min  nüsxə  ilə  nəşr  olunan  «Ədəbiyyat  yolçusu»nda,  V.Stupişinin  «Ru- 
siyanın  Zaqafqaziyada  mənafeləri»ndə,  R.Medvedyevin  1988-ci  ildə  nəşr 
olunmuş  «Zaqafqaziyada  milli  konflikt  və  aşkarlıq  siyasətində  böhran» 
əsərində,  Q.Starovoytovanın  1982-1990-cı  illərdə  «Moskovskiye  novesti» 
qəzetində «Əzab çəkmiş ermənilər», «Genosid», «Kütləvi qırğın»,  «Ermənilə- 
rin hüququ»,  «Erməni  əhalisinin  öz  müqəddəratmı  həll  etmək  hüququ»  və 
digər məqalələrində,  leninqradlı  şair M.Dudinin  1988-ci  ildə  nəşr  olunmuş 
«Ermənistana  3  məktub»  əsərlərində,  İ.Belyayevin  «Dialoq» jumalının  6-cı 
nömrəsində nəşr olunmuş  «İslam  ayrı-seçkiliyi»,  «Müsəlman  ekstremizmi», 
«İslam  təməlçiliyi»  və  sair məqalələrində,  L.Belsiyanm  1989-cu  ildə  nəşr 
olunmuş  «Ərazi  təsərrüfat hesabı  və  münasibətlər»  əsərində,  A.Saxarovun 
1990-1991-ci illərdə «Znamya» jumalınm müxtəlif nömrələrindəki məqalə- 
lərində və digər erməni millətçilərinin əsərlərində Azərbaycanm bütövlükdə 
Dağlıq  Qarabağ  bölgəsinin,  o  cümlədən  Xankəndi  şəhərinin  tarixi  təhrif 
olunmuş formada təhlil edilmişdir. Ümumilikdə isə yuxandakı «əsərlər»i təhlil 
edib belə bir nəticə çıxarmaq olar: guya ermənilər Dağlıq Qarabağ ərazisin- 
də,  o  cümlədən Xankəndi  şəhərində  daha qədimdən yaşadıqlarma və  daha 
«mədəni  xalq»  olduqlarına  görə  bölgədə  əsas  üstünlük  onlara  verilməli, 
ermənilərin  çoxluğunu nəzərə alıb Dağlıq Qarabağı  Azərbaycandan  çıxarıb 
Ermənistana birləşdirməli, ermənilər sıxışdırıldıqlarma, Vilayətin iqtisadi və 
mədəni inkişaf səviyyəsi geri qaldığı üçün onlar mənsub  olduqları respubli- 
kanm  tərkibində  qalmaq  istəmirlər;  1915-ci  ildə  azərbaycanlılar tərəfındən 
qırğına məruz qaldıqlanna görə Dağlıq Qarabağda yaşayan ermənilərin təh- 
lükəsizliyini təmin etmək üçün yalnız bir yol var -  Ermənistana birləşmək və s.
Erməni  millətçiləri  təxminən  yuxarıdakı  mülahizələr  əsasmda  «Böyiik 
Ermənistan» yaratmaq üçün bütün dünyada antiazərbaycan təbliğatı aparır və 
ictimai rəy formalaşdırırdılar.
İ.Q.Çavaçavadzenin,  N.N.Şavrovun,  A.A.Qreçkonun,  K.X.Kuşnareva, 
V.P.Smimovun, V.L.Veliçkonun,  S.Liddelin, V.Qurko-Kryajinin, C.Makkarti 
və K.Makkaritinin, Y.A.Pompoyevin və digər tədqiqatçılarm əsərləri erməni 
millətçilərinin müxtəlif dövrlərdə  azərbaycanlılara olan münasibətləri,  onun 
müxtəlif cəhətlərinin qismən də olsa açıqlanması ilə bərabər, həm də erməni -  
Azərbaycan münaqişəsinin meydana gəlməsi, «Böyük Ermənistan» ideyasınm 
doğurduğu ağır nəticələrin öyrənilməsi baxımmdan əhəmiyyətlidir.
Eyni zamanda tədqiq olunan dövrdə Xankəndində,  kitab,  kitabça və  sta- 
tistik idarənin  göstəricilərinə  aid nəşr olunmuş  sənədlərdə  Xankəndi  şəhə- 
rinin iqtisadi-siyasi və mədəni quruculuğuna dair materiallarm izahı, təəssüf 
ki, erməni müəlliflərimn məkrli, riyakar niyyətlərinə uyğun şəkildə verilmişdir. 
Bütövlükdə  erməni  müəlliflərinin  yazdığı  əsərlər birtərəfli,  obyektivlikdən 
kənar,  saxtakarlıqla təqdim olunmuşdur. Tarixi şəxsiyyət M.K.Atatürk demiş- 
dir:  «Tarixi yazmaq,  tarixi yaratmaq qədər mühümdür.  Əgər yazan yaradana 
sadiq  qalmazsa,  yazılan  tarix  insanları  çaşdırmaq  mahiyyəti  alır».  Erməni 
müəlliflərinin yazdığı  «əsərlər» yalnız çaşdırma,  yanıltma xarakteri  daşıyır. 
Acmacaqlı hal ondan ibarətdir ki, müasir erməni millətçiləri -  Aqambekyan, 
Hambarsumyan,  İkityan,  Balayan,  Kaptukiyan  və  başqalarmm  DQMV-nin,
o  cümlədən  onun  mərkəzi  Xankəndi  şəhərinin tarixinə  dair  böhtan,  yalan, 
fitnəkarlıqla  dolu  «əsərləri»nin  əksəriyyəti  1920—1970-ci  illəri  tədqiq edən 
erməni müəlliflərinm «əsərlərinə»  əsaslanmışlar.  Apanlan tədqiqatlar nəti- 
cəsində məlum olur ki, Azərbaycanm arxivlərində, kitabxanalannda saxlanı- 
lan,  həmin  erməni  müəlliflərinin  fitnəkarlıqla  yazılan  əsərlərinin  böyük 
qismi müxtəlif yollarla Azərbaycandan Ermənistana aparılmışdır.
Ümummilli  liderimiz  H.Ə.Əliyev  ermənilərin  tariximizi  saxtalaşdırması 
məsələsinə öz münasibətini belə ifadə etmişdir: «Məkrli və qəddar düşmən- 
lərimizin məqsədyönlü şəkildə  apardıqlan  soyqırımı  və  deportasiya siyasəti 
lap  əwəldən  genişmiqyaslı,  düşünülmüş,  informasiya mübadiləsi  ilə  müşa- 
yiət  olunmuşdur.  Bu  məqsədlə  onlar  öz  arsenallarında  olan  üsul  və  vasi- 
tələrdən istifadə etmişlər.  Nəticədə, Azərbaycanm və bütün Qafqazın tarixi 
saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycan- 
lılara  qarşı  kəskin mənəvi  təcavüz  kompaniyası  aparılmışdır.  Qafqazda baş 
verən hadisələr şüurlu surətdə təhrif olunmuş, Qərb və Rusiya ictimaiyyətinin 
nəzərində «yazıq, məzlum, əzabkeş erməni xalqı» obrazı formalaşdırılmışdır. 
Xalqımızm zəngin mədəniyyət abidələri, musiqisi və digər maddi-mədəniy-

yət nümunələri  ermənilər tərəfındən mənimsənilib və  bu  günün  özündə  də 
özününküləşdirməyə cəhdlər göstərilir. Dünyanın müxtəlif ölkələrində yaşa- 
yan və mütəşəkkil fəaliyyət göstərən, erməni icması, böyük dünya dövlətlə- 
rinin siyasi fəaliyyətlərinə təsir göstərə bilən erməni lobbisi  onilliklər boyu 
planlı  şəkildə  iş  aparırlar».  Ona  görə  də,  faktlara,  materiallara  əsaslanaraq 
Dağlıq  Qarabağ  tarixini  obyektiv  tədqiq  etmək  günümüzün  ən  vacib  və 
önəmli məsələlərindən biridir. Görkəmli dünya siyasətçisi H.Ə.Əliyev 2000-ci 
ildə  xalqa  müraciətində  tariximizin  obyektiv  tədqiqinə  münasibətini  belə 
ifadə etmişdir: «Ömrümüzdən ötüb keçmişə çevrilən hər bir gün tarixə məx- 
susdur. Əlbəttə, iki yüz əsrin qovuşuğunda min illərin tarixi faktlarını, inkişaf 
salnaməsini araşdırmaq günün vacib məsələsidir. Azərbaycan xalqının bizim 
eranın iki min ili ərzində keçib gəldiyi yol, zəngin, mərdanə bir qəhrəmanlıq 
tarixidir.  XX əsrin tarixi gerçəkliyi,  bəşəri  dəyərləri  barədə  danışmaq  həm 
asandır,  həm  də  çətin.  Asandır ona görə  ki,  ötən  yüz  il  bizə  vaxt  etibarilə 
digər əsrlərdən yaxmdır. Bu əsrin, demək olar, hər ili, hər günü nəinki tarix- 
çilər, alimlər tərəfindən qələmə alınmış, eyni zamanda onun bir çox əhəmiy- 
yətli  hadisələri  bizim  nəsillərin  gözləri  qarşısmda  baş  vermişdir.  Bu  əsrin 
xidmətləri daha geniş, daha böyükdür. Təəssüflər olsun ki, bu gün də ən yaxın 
tariximizi təhrif edən, saxtalaşdıran (erməni tarixçiləri nəzərdə tutulur M.N.) 
müxtəlif siyasi  qüvvələr,  meyillər var.  Bu  dözülməz  haldır.  Tarixçilərimiz 
faktlara və materiallara əsaslanaraq, tariximizi olduğu kimi qəbul etməli, dərk 
etməli və qiymətləndirməlidirlər.
Bu gün ümummilli liderimizin yuxandakı dəyərli  fıkirlərinin  reallaşması 
üçün  əlverişli  şərait  mövcuddur.  Belə  ki,  görkəmli  Azərbaycan  alimləri 
R.Mehdiyevin,  Y.Mahmudovun,  T.Vəliyevin,  N.Vəlixanlının,  C.Quliyevin, 
T.Mustafazadənin,  Z.Səmədzadənin,  S.Məmmədovun,  T.Köçərlinin,  Ə.Ab- 
dullayevin, Q.Hacıyevin, K.Şükürovun, İ.Bağırovanm, F.İbrahimlinin, C.Bəh- 
ramovun,  O.Əfəndiyevin,  O.Sultanovun,  İ.Məmmədovun,  V.Əliyevin  və 
digərlərinin  yazdığı  qiymətli  tədqiqat  əsərləri  və  onlann  birbaşa  rəhbərliyi 
altmda  gənc  alimlər ordusunun  hazırlanması  Dağlıq  Qarabağ  həqiqətlərinin 
tədqiqi  üçün  böyük  əhəmiyyət  kəsb  edir.  Eyni  zamanda  gənc  və  istedadlı 
Prezidentimiz İ.H.Əliyevin «Azərbaycan tarixi üçün həlledici və önəmli hadi- 
sələr bu günümüzə və gələcəyimizə lazım olduğu üçün düzgün, obyektiv araş- 
dırılmalıdır»  müdrik  devizi  və  tarixçilərimizin  xarici  ədəbiyyatdan  istifadə 
üçün şərait yaratması, yazılmış əsərlərin dövlət vəsaiti hesabına nəşr olunması 
və  digər önəmli  tədbirlər,  elmi  tədqiqat  işlərinə  marağı  artırmışdır.  Xüsusi 
olaraq,  müdrik  siyasətçi Heydər Əliyevin  «Azərbaycanın  şəhərlərinin  tarixi 
öyrənilməlidir» hikmətindən sonra Respublikamızda şəhərlərin tarixinə maraq
daha ciddi xarakter aldı.  Həmin vaxtdan Azərbaycanm şəhərlərinin  tarixinin 
tədqiqində müəyyən uğurlar qazanılmışdır. Tarixçi alimlərimizdən Q.Hacıye- 
vin «Bərdə şəhərinin tarixi (e.ə.III əsr -  b.e.XVIII əsri, tarixi arxeoloji tədqi- 
qat)».  Bakı,  2004;  Q.İsmayılovanın  «XIX  əsr  XX  əsrin  əwəllərində  Şuşa 
şəhərinin tarixi (1800—1917-ci illər)». Bakı,  1987-ci il;  S.Aşurbəylinin «Bakı 
şəhərinin  tarixi».  Bakı,  1998;  Q.Əhmədovun  «Orta  əsr  Beyləqan  şəhəri». 
Bakı,  1979;  «Qədim Beyləqan».  Bakı,  1997;  S.Onullahinin «XTII-XVTTT əsr- 
lərdə Təbriz şəhərinin tarixi». Bakı,  1982; R.Məmmədovun «Naxçıvan şəhə- 
rinin tarixi oçerki». Bakı,  1977; F.Əliyevin «XVIII əsrin ikinci yansmda Şimali 
Azərbaycan  şəhəri».  Bakı,  1976;  Ş.Fərzəlibəylinin  «Qubanm  tarixi».  Bakı, 
2001;  V.Əliyevin  «Qədim  Naxçıvan».  Bakı,  1979;  İ.Əliyev,  F.Qədirovun 
«Qəbələ». Bakı,  1985 və digərlərinin əsərləri Azərbaycan şəhərlərinin öyrənil- 
məsi baxımmdan əhəmiyyət kəsb edir.  Dağlıq Qarabağm tarixinə  dair yazıl- 
mış ümumiləşdirici elmi-tədqiqat əsərlərində Xankəndi  şəhərinin tarixinə az 
da  olsa,  toxunulmuşdur.  Belə  ki,  N.Məmmədovun  «Azərbaycan  Dağlıq 
Qarabağ Muxtar Vilayətinin siyasi, iqtisadi və mədəni inkişafı (XX yüzilliyin 
20-30-cu illər)»; N.Əlizadənin «Azərbaycan Respublikasınm Dağlıq Qarabağ 
Muxtar  Vilayətində  kitabxana  işinin  tarixi  (1923-1988)».  Bakı,  2001;
H.Məmmədovanm  «Dağlıq Qarabağda erməni  separatizminə  qarşı  mübarizə 
(1918-1920)».  Bakı, 2001; A.İsmayılovanın «Dağlıq Qarabağ toponimlərinin 
tədqiqi».  Bakı,  1995;  N.Əsədovun  «Azərbaycamn  Qarabağ  bölgəsi  Rusiya 
İmperiyasmm  köçürmə  siyasətində».  Bakı,  2010;  Q.Mustafayevin  «Qarabağ 
və Gəncə xanlıqlan əhalisinin tarixi-demokratik tədqiqi». Bakı, 2008 və digər 
elmi-tədqiqat əsərlərində Xankəndinin iqtisadi-siyasi və mədəni həyatı, az da 
olsa işıqlandınlmışdır. Monoqrafiya yazılarkən həmin elmi-tədqiqat əsərlərin- 
dən bəhrələnmişik. Çox təəssüflər olsun ki, Azərbaycamn Xankəndi şəhərinin 
tarixi aynca bir tədqiqat obyekti kimi təhlil edilməmişdir. Doğrudur, XX yüz- 
illiyin  70-ci  illərindən  sonra problemlə  bağlı  bir  sıra məqalələr yazılmış  və 
Dağlıq  Qarabağın tarixinə  dair yazılmış  ümumiləşdirici  əsərlərdə  Xankəndi 
şəhərinin tarixi ayn-ayn aspektlərdən təhlil edilmişdir:
N.R.Məmmədovun «Azərbaycan  SSR Dağlıq Qarabağ bölgəsinin  şəhər 
və rayonlarınm tarixi (XX əsrin 20-90-cı illəri)» adlı monoqrafıyasmda Dağ- 
lıq Qarabağ bölgəsinin şəhər və rayonlarının tarixi kompleks şəkildə tədqiq 
edilmişdir.  Həmçinin  Ermənistan  silahlı  birləşmələri  tərəfindən  torpaqları- 
mızm 20 faizinin işğalı, yeraltı və yerüstü təbii sərvətlərimizin qəddarcasına 
talan edilməsi, bölgənin şəhər və rayonlannın təbii landşaftına, ekologiyasma, 
florasma  və  faunasına,  iqliminə  vurulan  ağır zərər  işıqlandırılmışdır.  Lakin 
cəmi  210  səhifəlik  monoqrafıyada  bölgənin  3  şəhərinin  (Şuşa,  Xocalı,

Xankəndi) və 4 rayonunun (Əsgəran,  Hadrad, Xocavənd və  Ağdərə)  bütöv 
tarixini təhlil etmək sözsüz ki, qeyri-mümkündür.
İ.Alaverdiyanm  «M.Qorki  adına  Xankəndi  Dövlət  erməni  dram  teatrı» 
(B.1982) adlı monoqrafıyasında Xankəndi Dram Teatrınm yaranması və inki- 
şafmdan,  teatrın  aktyorlarından,  göstərilən  tamaşalardan,  teatr  truppasma 
göstərilən dövlət yardımmdan bəhs  olunmuşdur.  Monoqrafıyanın  «erməni» 
dram teatrı adlandınlması məkrli niyyət sahiblərinin növbəti  hücum taktikası 
idi. Eyni zamanda əsəri nəzərdən keçirərkən məlum olur ki, Xankəndi Dram 
Teatrının truppasmda bir nəfər də olsun azərbaycanlı yox idi.
N.Quliyevin  68  səhifəlik  «Dostluq  və  qardaşlıq  səhnəsi»  (B.1979)  adlı 
monoqrafiyası da, Xankəndi Dram Teatrına həsr olunub. Monoqrafıyada teat- 
rm  yaranandan  1979-cu  ilədək  fəaliyyəti  işıqlandırılıb.  Tamaşaların  sayı, 
tamaşaçıların sayı, aktyorlarm və rəhbərlərin adları,  şəkilləri öz əksini tapıb. 
Çox təəssüflər olsun ki, burada bir nəfər də  olsun  milliyyətcə  azərbaycanlı 
adma rast gəlmədik.
Siyasi  elmlər namizədi Aydın  Mirzəzadənin  «525-ci  qəzet»in  16  fevral 
2010-cu il tarixli sayında, «Xankəndi-Azərbaycanm mirvari şəhəri» adlı mə- 
qaləsində Xankəndinin əsasının qoyulması, əhalinin milli tərkibi barədə mə- 
lumat verilmişdir.
N.R.Məmmədovun AMEA-nınMilli Azərbaycan Tarixi Muzeyinin 2010-cu 
il tarixli jumalında «Azərbaycanın Xankəndi  şəhərinin  tarixi»  adlı  məqalə- 
sində  Xankəndinin  iqtisadi-siyasi  və  mədəni  həyatı  qısa  şərh  edilmişdir. 
Müəllif məqalədə Xankəndi şəhərinin inkişafının digər şəhərlərlə müqayisə- 
də üstün və sürətlə inkişaf etdiyini işıqlandırmışdır.  Eyni  zamanda N.Məm- 
mədovun  «Xankəndi-Azərbaycamn qədim yaşayış məskənidir»,  «Azərbay- 
canın Xankəndi şəhəri XVIII-XIX yüzilliklərdə», «Qarabağın parçalanması, 
Xankəndinin  erməniləşdirilməsi və  Vilayət mərkəzinə  çevrilməsi  prosesi», 
«Mərkəzin  sənayeləşdirmə  siyasətinin  Xankəndi  şəhərində  həyata  keçiril- 
məsi  (XX əsrin 20-30-cu illəri)»  adlı məqalələrində  şəhərin  Azərbaycanm 
qədim yaşayış  məskəni olması,  ermənilərin Xankəndinə  köçürülməsi  məq- 
sədləri və ağır nəticələri, Xankəndinin adının dəyişdirilməsi («erməniləşdi- 
rilməsi»),  dövlətimizin ayırdığı xüsusi vəsait hesabına  Xankəndi  şəhərində 
yeni  sənaye müəssisələrinin yaradılması və bunun  şəhərdə  yaşayan  erməni 
əhalisinin güzəranma təsiri, şəhərdə yaşayan azərbaycanlılara ögey münasi- 
bət və digər önəmli məsələlərə aydınlıq gətirmişdir.
«Kommunist qəzeti»nin xüsusi müxbiri Fazil  Sadıqov  «Beş  qardaş»  adlı 
məqaləsində (1948-ci il 24 iyul, J'Tsl45(7843)-də)  1923—1948-ci illərdə Xan- 
kəndində görülən abadlıq işlərindən, mədəni inkişafdan, yeni yaradılmış sənaye
müəssisələrinm inkişafından bəhs edilmişdir. «Kommunist qəzeti»nin 13 iyul 
1948-ci il  117  (7814)  saymda Xankəndi  şəhər Deputatları  Sovetinin İcraiyyə 
Komitəsinin sədri V.Stepaniyanm «Çiçəklənən DQMV-i  (Stepanakert)» adlı 
məqaləsi  sırf Xankəndi  şəhərinə,  onun  əvvəlcə  «Xankəndi»  adlandırılması, 
sonradan Stepan Şamuyanm adına uyğun olaraq «Stepanakert» adlandırılması 
prosesinə,  şəhərin  inkişafına  dövlət qayğısı,  hətta  dövlət  başçısı  M.C.Bağı- 
rovun şəhərin inkişafım daimi diqqət mərkəzində saxlaması, sənayenin, mədə- 
niyyətin, elmin inkişafı üçün həyata keçirilən tədbirlər, Xankəndində elektrik- 
ləşmə  işinin  uğurla  həyata  keçirilməsi,  Xankəndi  Dram  Teatrı,  Yazıçılar 
İttifaqı və onun tərkibinin sırf ermənilərdən ibarət olması işıqlandırılmışdır.
Samuel A.Uimis «Ermənistan terrorçu «xristian» ölkəsinin gizlinləri» adlı 
əsərində Qarabağın, o cümlədən Xankəndinin Azərbaycanm qədim tarixə ma- 
lik ərazisi olduğu tədqiq edilir. Əsərdə göstərilir ki, «Qarabağın tarixi» kökləri 
antik dövrə gedib çıxır. Bu, Azərbaycanın tarixi əyalətlərindən biridir. Qarabağ, 
Azərbaycanm vacib,  siyasi, mədəni və mənəvi mərkəzidir...  Bədnam «Qara- 
bağ problemi» ermənilər tərəfindən saxta iddialar əsasında yaradılmışdır.
«Şərq  qapısı»  qəzetinin  23  aprel  1975-ci  il  nömrəsində  Vilayət  Partiya 
Komitəsinin birinci katibi B.S.Geverkovun «Mükafat yeni zirvələrə çağırır», 
Xankəndi  elektrotexnika  zavodunun  direktoru  A.Seyryamn  «Zərbəçi  əmək 
növbəsində»,  Sosialist Əməyi Qəhrəmanı  S.Adamyanm «Tərəqqi pillələri», 
Ş.Mirzəyanm  «Dağlarda  tikinti»,  S.Qapayanm  «Xankəndi  dünən,  bu  gün, 
sabah»  adlı məqalələri 60-70-ci illərdə  şəhərin  inkişafmdan,  abadlaşmasın- 
dan,  nəhəng  sənaye  müəssisələrinin  tikintisindən,  şəhər  əhalisinin  məişət 
şəraitinin  yaxşılaşdınlması  üçün  Azərbaycan  hökumətinin  həyata  keçirdiyi 
tədbirlərdən bəhs olunmuşdur.
Niyaz  Hacıyevin  «Dağlıq  Qarabağm  tarixindən  sənədlər»  (Bakı,  2005) 
adlı monoqrafıyasında 1923-cü ildə Xankəndinin adının dəyişdirilməsi,  1950- 
1970-ci illərdə əhalinin milli tərkibi,  1940-1960-cı illərdə Xankəndində baş 
verən siyasi proseslər,  1970—1987-ci illərdə  dövlətimizin dərin qayğısı nəti- 
cəsində şəhərin iqtisadi, sosial və mədəni inkişafı,  1988—1990-cı illərdə azər- 
baycanlılara  qarşı  erməni  terrorçularınm  həyata  keçirdiyi  qanlı  cinayətlər, 
həmin  illərdə  Xankəndində  baş  verən  siyasi  proseslər  -   azərbaycanlılarm 
kütləvi şəkildə şəhərdən çıxarılması, evlərin talan edilməsi, yandırılması, bu- 
rada yaşayan azərbaycanlılann ağır işgəncələrə məruz qalması və sair proseslər 
təhlil  edilmişdir.  Lakin  əsər,  bütöv  DQMV-nin  tarixinə  həsr  edildiyindən, 
Xankəndi  şəhərinin bütöv tarixini əhatə edə bilməzdi.  Vaxtilə Dağlıq Qara- 
bağ Vilayət Komsomol Komitəsinin katibi işləyən  S.Sayadovun «Xankəndi
35 ildə» adlı məqaləsində (Azərbaycan gəncləri 5 iyul 1958-ci il N°80(5959))

Xankəndi gənclərinin tikinti, quraşdırma,  abadlıq işlərində fəal  iştirakından, 
DQMV -  Birləşmiş Xəstəxanasının baş həkimi V.Dadamyanm «Zəhmətkeş- 
lərin cansağlığı üçün» məqaləsində («Kommunist qəzeti»,  7 iyul  1953-cü il) 
Xankəndində  səhiyyə  işlərinin  uğurla  həyata  keçirilməsindən,  səhiyyə 
müəssisələrinin hər cür avadanlıqla təchiz olunmasmdan,  ali və  orta ixtisas 
təhsilli həkimlərlə təmin olunmasmdan geniş bəhs olunmuşdur.
Xankəndinin  tarixinə  həsr  olunmuş  əhəmiyyətli  məqalələrdən  biri  də 
«Kommunist  qəzetinin»  13  yanvar  1979-cu  il  tarixli  11 -ci  (17050)  sayında 
«Ağdam-Xankəndi dəmiryolu xətti açıldı» adlı məqalədir.  Məqalədə Ümum- 
milli liderimiz H.Ə.Əliyevin dərin məzmunlu nitqi öz əksini tapmışdır. Orada 
DQMV-də  qazanılan  nailiyyətlərdən,  Xankəndi  şəhərinin  tərəqqisindən, 
onun simasmın dəyişməsindən,  nəqliyyat,  tikinti,  quraşdırma,  abadlıq,  işlə- 
rindən,  bütövlükdə  Xankəndinin  inkişafının  başlıca  səbəbinin  Azərbaycan 
rəhbərliyinin qayğısımn nəticəsi kimi qiymətləndirilməsi geniş şərh edilmişdir.
Mirzə Camal Cavanşirin yazdığı «Qarabağ tarixi» kitabında Xankəndinin 
əsasınm  İbrahimxəlil  xan tərəfındən  qoyulması,  Mehdiqulu xan  tərəfmdən 
abadlaşdınlması, sonda isə Pəricahan bəyim tərəfindən kəndin əwəlki görü- 
nüşünün qorunub saxlanması cəhdləri ən nəhayət, Xankəndinin rus qoşunlan 
tərəfındən istilası və əraziyə ermənilərin köçürülməsi kimi önəmli məsələlər öz 
əksini tapmışdır. «Qarabağ tarixi» əsəri Xankəndi şəhərinin XVIII-XIX yüz- 
illiklərini öyrənmək üçün əhəmiyyətli bir mənbədir.
«Azərbaycan toponimlərinin ensiklopedik lüğəti»ndə Xankəndinin yaranma 
tarixi,  Xankəndi  oykoniminin  mənası,  Xankəndinin  admın  erməniləşdiril- 
məsi (Stepanakert adlandmlması) və sonradan yenidən öz tarixi adınm (Xan- 
kəndi adının) bərpası, Azərbaycamn müxtəlif ərazilərində mövcud «Xankəndi» 
adları haqqmda məlumat verilmişdir.
Q.Qeybullayevin  «Qarabağ»  (etnik və  siyasi  tarixinə  dair)  (Bakı,  1990) 
adlı monoqrafiyasında Qarabağın etnik və  siyasi tarixi  tədqiq edilməklə ya- 
naşı, Xankəndi yaşayış məskənin yaranması və inkişafı,  ermənilərin sayınm 
artırılması məqsədləri və Xankəndinin adının «erməniləşdirilməsi» məsələ- 
ləri işıqlandınlıb. Əsərdə maraqlı faktların olmasına baxmayaraq, bütün Xan- 
kəndinin tarixini  əhatə  etmir.  Azərbaycan  Sovet Ensiklopediyasının  IX  cil- 
dində  (səh.  34-35-də)  Xankəndinin  vilayət  mərkəzinə  çevrilməsi,  şəhərin 
təbii-coğrafi mövqeyi, iqlimi, sənayesi, mədəniyyəti, Xankəndi Dram Teatrı, 
Xankəndi kurqanlan, Xankəndi Pedaqoji İnstitutu, Xankəndi rayonu və onun 
inkişafı haqqında qısaca xülasə verilmişdir.
Bütün bunlarla yanaşı, Dağlıq Qarabağın tarixinə dair yazılmış ümumləş- 
dirilmiş əsərlərdə Xankəndi şəhərinin iqtisadi və mədəni həyatı işıqlandırıl-
mışdır.  Belə  ki,  Ş.Mkrtçyanm  «Dağlıq  Qarabağ  Muxtar  Vilayəti»  əsərində 
(səh.  13-18), Q.Balayan, M.Qasparyan, B.Geverkov, N.Volodin, C.Quliyev tərəfin- 
dən yazılmış «Qardaşlıq ailəsində» (B.,  1973) adlı əsərində (səh. 73-76), B.Ge- 
verkovun «Vahid ailədə» (B.,  1978) monoqrafiyasmda, Y.Davidyan və M.Qri- 
qoryamn «Doqquzuncu beşillikdə Dağlıq Qarabağın inkişafı» və digər əsərlər- 
də Xankəndi şəhərinin sosial-iqtisadi və mədəni inkişafı işıqlandırılmışdır.
Dağlıq Qarabağın inkişafı üçün Azərbaycan hökuməti tərəfindən verilmiş 
rəsmi  sənədlər,  Azərbaycana  30  ildən  artıq rəhbərlik  etmiş  və  həmişə  Xan- 
kəndinin  inkişafmı  diqqətində  saxlayan  Ümummilli  liderimiz  H.Ə.Əliyevin 
nitq  və  çıxışlan,  Prezident  İlham  Əliyevin  Ermənistan-Azərbaycan  Dağlıq 
Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində apancı xarici 
dövlətlərin başçılan ilə görüşlərdəki dərin məzmunlu nitqləri və nüfuzlu Bey- 
nəlxalq Təşkilatlardakı əhəmiyyətli çıxışlan, rəsmi dövlət xadimləri ilə ikitərəfli 
və çoxtərəfli görüşlərdə problemlə əlaqədar çıxış və bəyanatları, Azərbaycanın 
görkəmli tarixçi alimlərinin (R.Mehdiyev, Y.Mahmudov, Z.Səmədzadə, N.Və- 
lixanlı, F.İbrahimli, T.Köçərli, C.Quliyev və başqalan) yazdığı əsərlər mono- 
qrafiyanm elmi bazasım təşkil edir. Ümummilli liderimiz H.Ə.Əliyevin çıxışla- 
nndan  birindəki  Xankəndi  şəhəri  haqqında  fikirlərini  xatırlamaqla  bir  daha 
yuxanda deyilənlərin şahidi olanq. Həmin çıxışda göstərilmişdir ki: «Xankəndi 
əzəli  Azərbaycanm  torpağıdır.  Orada  qədimdən  azərbaycanlılar  yaşamışlar. 
1820-ci  illərdən  ermənilər  Xankəndinə  gəlmişlər.  XX  əsrin  əwəllərində 
burada ermənilərin sayı çox az idi. Lakin əsrin sonlannda Xankəndi şəhərində 
ermənilərin sayı faiz etibarilə yetmiş faizi keçmişdi. Heç kəs unutmamalıdır ki, 
1990-cı ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi şəhərində 
qədimdən  yaşayan  azərbaycanlılann  evlərinin  hamısı  yandınlmışdır.  Həmin 
vaxt Xankəndində yaşayan  14 min azərbaycanlı öz doğma dədə-baba yurdla- 
nndan kütləvi şəkildə,  acınacaqlı halda qovuldular.  Onlara məxsus evlər, ma- 
şmlar,  əmlak  yandınldı.  Şəhərdə  yaşayan  bütün  azərbaycanlılara  qarşı  qanlı 
cinayətlər  törədildi...»  Əlbəttə,  dünya  siyasətçisinin  yuxandakı  dərin  məz- 
munlu çıxışı Xankəndi şəhərinin tarixinin tədqiqi üçün bir məramnamə idi.
Xankəndi  şəhəri  haqqmda  diqqəti  cəlb  edən  əsərlərdən  biri  də  erməni 
mənşəli  Ohanes  Apresiyanın  1928-ci  ildə  yazdığı  «İnsanlar  belədir,  1918-
1922-ci illər Azərbaycan hadisələri bir erməninin xatirəsində» əsəridir. Apre- 
siyan həmin əsərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı 
gerçəkliklərini işıqlandırmışdır.  Həmin əsərdən bir hissəni olduğu kimi diq- 
qətinizə çatdınrıq:  «Ara bir az sakitləşən kimi Şuşanı yenə gördüm.  Şəhərin 
türk məhəllələrində  daş-kəsək yığınmdan başqa bir  şey  qalmamışdı.  Bütün 
evlər yandmlmış, onlann sahibləri isə öldürülmüşdü. Eyni hal Xankəndindəki

türk  məhəlləsinin  də  başına  gətirilmişdir...  Buradakı  acınacaqlı  vəziyyəti 
işıqlandırmaqda çətinlik çəkirəm... Müsəlmanlar süngülər və baltalarla qətlə 
yetirilmişlər... Bakıda ermənilər ingilislərin yardımı ilə bu böyük neft şəhə- 
rini ələ keçirdilər və şəhərin türk əhalisindən 25.000 nəfərini  qırdılar».  Nə 
qədər acı olsa da, Qarabağ həqiqətlərinin tədqiqi baxımından yuxarıda adıge- 
dən əsərin böyük əhəmiyyəti vardır.
Beləliklə,  Xankəndi  şəhərinin  tarixinə  dair  yazılmış  əsərləri  nəzərdən 
keçirərkən məlum olur ki, bu əsərlər Xankəndi şəhərinin tarixini bütövlükdə 
əhatə  etmir.  Yeri  gəldikcə,  yuxarıda  adıgedən  əsərlərə  istinad  edilmişdir. 
Ümumilikdə Xankəndi şəhərinin tarixi, tarixşünaslığımızda bu günədək həl- 
lini  tapmamış  problem  olaraq  qalmaqdadır.  Bu  baxımdan  təqdim  olan  mo- 
noqrafıya,  Xankəndi  şəhərinin  tarixinə  həsr  edilmiş  ilk  kompleks  tədqiqat 
kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, müasir dünyada bir neçə qlobal problem vardır ki, bu prob- 
lemlərin əksəriyyəti Azərbaycandan da yan keçməmişdir. Tədqiqatlardan mə- 
lum olur ki, XX yüzillikdən bizə miras qalmış bu problemlərin əksəriyyətinin 
törədiciləri Ermənistanın Azərbaycana təcavüzü,  torpaqlarımızın  20  faizinin 
işğalı  ilə bağlıdır.  Baxmayaraq ki,  dünya siyasətçisi  H.Ə.Əliyevin  məqsəd- 
yönlü xarici siyasəti nəticəsində cəbhədə atəşkəsə nail olunmuşdur,  bu gün 
cəbhədə itkilər,  girovgötürmə və digər neqativ hallar hələdə davam  etmək- 
dədir. Müharibə nəticəsində şəhərlərimiz, kəndlərimiz,  mədəniyyət və təh- 
sil ocaqlarımız, dini ibadətgahlanmız dağıdılmış, sərvətlərimiz qarət edilmiş- 
dir.  Bu  müharibədə  ən  ağır  itkimiz  isə  insan  itkisi,  mənəvi  itkidir.  İyirmi 
mindən  çox  insamn  həlak  olması  xalqımızın  genefonduna  vurulan  ən  ağır 
zərbədir.  Minlərlə  azərbayeanlı  əsirlikdə  qeyri-insani  münasibətlə  üzləşir, 
təhqir və işgəncələrə məruz qalır. Ermənilər «torpağı viran qoymaq» taktika- 
sından istifadə edirlər. İşğal olunmuş ərazilərdə hər şey talan edilir, dağıdılır, 
yandırılmışdır. Müharibədə 20 min azərbaycanlı şəhid olmuş,  100 min nəfər 
yaralanmış, 5 min nəfər əlilə çevrilmişdi. Qaçqm və köçkünlərin sayı milyon 
nəfəri  ötmüşdü.  Erməni  işğalçıları  tərəfindən  4861  nəfər  azərbaycanlı,  o 
cümlədən 314 qadm,  58 uşaq, 255 qoca əsir və girov götürülmüşdü.  Erməni 
faşistləri əsir və girovların həqiqi saymı beynəlxalq humanitar təşkilatlardan 
gizlədir, onlarla qeyri-insani rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldır- 
lar.  Erməni  işğalçıları «Beynəlxalq Humanitar Hüquq»un heç  bir prinsipinə 
əməl etməmiş, döyüş meydanlannda həlak olanlann (təəssüflər olsun ki, bun- 
larm çoxu yerli dinc əhali -  qoca, qadın, uşaqlar idi) meyitlərini belə təhqir 
etməkdən çəkinməmişlər.  Təkcə öldürülmüş əsir Fərhad Atakişiyevin meyiti 
üzərində ekspertlər 72 işgəncə əlaməti aşkar etmişdilər.  Onun əlləri, ayaqlan
sındırılmış,  qulaqları kəsilmiş,  gözləri çıxanlmış,  dımaqları kökündən qopa- 
rılmış, burun, qulaq dəliklərinə və qamına məftil keçirilmişdi. Əsirlərə Azər- 
baycanm milli  bayramları  günü daha  ağır  işgəncələr verilirdi,  erməni  qəbri 
üstə əsir götürülmüş azərbaycanlı başının kəsilməsi ənənəyə çevrilmişdi.
Bu  gün  bəşəriyyət  onu  hədələyən  daha  təhlükəli  terrordan  -   erməni 
terrorizmindən xəbərsiz deyil. Çünki müasir erməni terror qrupları ilə onların
XIX əsrdəki,  XX əsrin əvvəlindəki məsləkdaşlarınm məqsədləri,  hədəfləri, 
istifadə  etdikləri  taktika  və  təbliğat  metodları,  demək  olar  ki,  eynidir.  Bu 
yolla özlərinin çirkin məqsədlərinə nail olmaq -  «Böyük Ermənistan» dövləti 
yaratmaq üçün onlar çoxsaylı tenor təşkilatlarına malikdirlər.
Yalnız 2001-ci il sentyabnn  11 -də ABŞ-m Nyu-York şəhərində törədilən 
dəhşətli tenor aktlan dünyanı silkələdi. ABŞ başda olmaqla digər böyük dövlət- 
lər terrorun necə də böyük və dəhşətli bir problem olduğunu dərk etdilər, onunla 
mübarizəyə başladılar. Ermənilərin çoxlu sayda terrorçu təşkilatlan var və onlar 
türk dünyasına,  xüsusilə Türkiyəyə və Azərbaycana qarşı dəhşətli cinayətlər 
törətmişlər  və  törətməkdə  israrlıdırlar.  Təkcə  1989-1994-cü  illərdə  erməni 
terrorçu təşkilatları tərəfındən Azərbaycana qarşı  12 terror aktı törədilmişdir.
Azərbaycanm  Ermənistan  tərəfindən  işğal  edilmiş  və  separatçı  «Dağlıq 
Qarabağ  Respublikası»nm nəzarətində  olan əraziləri beynəlxalq terrorizmin 
təlim düşərgələrinə və müxtəlif növ kimyəvi qırğm silahlarmm sınaq meyda- 
nına,  habelə nüvə tullantılannm basdırıldığı zonaya çevrilmişdi.  Laçın rayo- 
nunun Zabux  kəndində  «Kürd konqresi»,  Xocavəndin  Qırmızı Bazar ərazi- 
sində  suriyalılann  «Xalq  Azadlıq  Cəbhəsi»,  Zəngilan  rayonunun  Mineivan 
qəsəbəsində  liviyalılarm «Hizbullah» və  livanlılarm «Həmas» kimi  terrorçu 
qrupları yerləşdirilmişdi. «ASALA» erməni tenorçu təşkilatının radikal qanadı 
üçün Şuşanın Xəlfəli, Xocavəndin Kiş,  Əsgəranm Xankəndi yaşayış məntə- 
qəsində təlim düşərgələri təşkil edilmişdi.  1996-cı il mayın 26-da Azərbayca- 
nın işğal  olunmuş  ərazilərinə əfqan ərəbləri -  «Ə1-Qaidə»çilər gətirilmişdi. 
Burada  nüvə  tenorizmi  (Ağdaban,  Xanabad,  Həsənriz,  Kropatkin),  bioloji 
terrorizm  (İstisu,  Kiş,  Aşağı Veysəlli), kimyəvi terrorizm  (Vejnəli,  Havıslı) 
və kompyuter tenorizmi (Şuşa, Xankəndi) üzrə qruplar fəaliyyət göstərirdi.
Dağlıq  Qarabağ  ərazisində  yerləşdirilmiş  «S.-300»  və  «Tayfun»  raket- 
lərini Rusiya,  Çin və Ermənistan alimləri modemləşdirmişdilər.  Ermənistan 
nüvə silahı hazırlamağa çalışırdı. Ermənilərin nüvə texnologiyası məsələləri 
ilə məşğul olan «Vartanoil», «Razdanmaş»,  «Jak-Mak Metaliz» və b.  şirkət- 
lərinin,  «Lizinq»  Biznes  Mərkəzinin  İran,  Rusiya,  Fransa,  İraq,  Pakistan, 
Səudiyyə Ərəbistanı və b. ölkələrdə filialları fəaliyyət göstərirdi. Dağlıq Qa- 
rabağda təşkil  edilmiş nüvə tədqiqatı  laboratoriya və mərkəzlərində  Suriya,

Səudiyyə  Ərəbistanı,  Pakistan,  İran,  Ermənistan  alimləri  və  Əfqanıstandan 
olan  Ərəb  mütəxəssisləri  elmi  axtanşlannı  davam  etdirirdilər.  Bölgədə 
erməni və rus alimlərinin birgə sınaq təcrübələri keçirilmişdi.  2000-ci  il de- 
kabrın 14-də qəbul edilmiş, Ermenistanın nüvə proqramının 4-cü maddəsində 
işğal olunmuş Azərbaycan əraziləri -  Kəlbəcərin Başlıbel,  Şuşanın  Göytala 
və  Laçının  Mixidərə,  Malxələf,  Aşağı  Fərəcan  yaşayış  məntəqələri  Ermə- 
nistanın nüvə zonalarına aid olunmuşdu.
İşğal  olunmuş  Azərbaycan  ərazilərindən  işğalçı  ordunun  dərhal,  tama- 
milə və qeyri-şərtsiz çıxanlması tələbi BMT Təhlükəsizlik şurasının  1993-cü 
il 30 aprel 822, 29 iyul 853,  14 oktyabr 874 və  11  noyabr 884 saylı qətnamə- 
lərində öz əksini tapsa da, Ermənistan müxtəlif bəhanələrlə onları yerinə ye- 
tirməkdən imtina edir.  Əslində, münaqişə tərəflərindən birinə  -   Ermənistana 
doğma, o birinə -  Azərbaycana yad münasibət bəsləndiyindən bu qətnamələrin 
heç birində, Ermənistan təcavüzkar elan olunmurdu.  Bunlardan  yalnız birin- 
də Ermənistanın adı çəkilir və ondan tələb edilirdi ki,  Dağlıq Qarabağa təsir 
göstərsin. ABŞ, Rusiya və başqa dövlətlərin parlamentlərində  özünə  doğma 
münasibət görən Ermənistan təcavüzkar əməllərini azğınlıqla davam etdirirdi.
Dünya siyasətçisi H.Ə.Əliyev çıxışlanndan birində göstərmişdir: «XX əsr- 
də  Ermənistanın  Azərbaycana  təcavüzü  nəticəsində  2  milyon  azərbaycanlı 
bilavasitə soyqınmı siyasətinin nəticələrini öz üzərində hiss etmişdi. Depor- 
tasiya prosesi etnik zəmində soyqınmı, insanlann kütləvi qətli, yaşayış mən- 
təqələrinin dağıdılması, milli mədəniyyət abidələrimizin məhvi ilə müşayiət 
olunmuşdur».
Apanlan böyük təşkilatçılıq işi, respublikada həyata keçirilən  demokratik 
ruhlu siyasi və iqtisadi islahatlann səmərəli nəticələri Azərbaycanı AŞ-a daha 
da yaxmlaşdırdı.  2001-ci  il yanvann 25-də Azərbaycan Respublikası  Avropa 
şurasına tam hüquqlu üzv qəbul olundu. Millət vəkili İlham Əliyevin başçılıq 
etdiyi Azərbaycan parlamentinin AŞ-da nümayəndə heyəti bu təşkilatda səmə- 
rəli fəaliyyət göstərməyə başladı.  Öz işgüzarlığı  ilə Avropa  Şurasında böyük 
nüfuz qazanmış İlham Əliyev iki ildən sonra -  2003-cü il  yanvann  27-də bu 
təşkilatın Parlament Assambleyası sədrinin müavini və büro üzvü seçildi. Belə 
bir diqqətə  səbəb həm də Beynəbcalq Venesiya Komissiyasmın  sədri  Puetro 
Aqounin qeyd etdiyi kimi, «Azərbaycanda apanlan islahatlann Avropada razı- 
lıqla qarşılanması olmuşdu». Bu təşkilatda Azərbaycan nümayəndə  heyətinin 
əsas  məqsədi  Ermənistanın  təcavüzkar kimi  tamnmasma  nail  olmaq  və  onu 
işğal  etdiyi  əraziləri  qaytarmağa məcbur etmək  idi.  2001-ci  il  aprelin  24-də 
Azərbaycan nümayəndə heyəti AŞ tribunasından Ermənistanm  azərbaycanlı- 
lara qarşı soyqmmı siyasəti yeritdiyini, işğal olunmuş Azərbaycan ərazilərində,
o cümlədən Dağlıq Qarabağda narkotik maddələr istehsal və ixrac etdiyini, bu 
vasitə ilə əldə olunan vəsaitlə ordu saxladığını, terrorçu dəstələr yaradıb, onlara 
təlim verdiyini əsaslandmlmış şəkildə bütün dünyaya bəyan etdi.  May ayında 
AŞ Nazirlər Komitəsinin 108-ci sessiyası konsensusla Azərbaycanm təşəbbüsü 
ilə Avropa dövlətlərinin,  o cümlədən Azərbaycamn ərazi bütövlüyünü təsdiq 
edən xüsusi  kommunike  qəbul  etdi.  İyun ayında Aş  Parlament Assambleyası 
sessiyasmda İlham Əliyev Ermənistanm Azərbaycanm işğal  olunmuş  ərazilə- 
rində tarix və mədəniyyət abidələrini dağıtmasını, təbiətin amansızcasına kor- 
lanmasma  şərait  yaradılmasım  faktlarla  ifşa  etdi.  AŞ  Nazirlər  Komutəsinə 
müraciət  edildi  ki,  Ermənistamn  Aş  prinsiplərinə  zidd  olaraq  Azərbaycanm 
ərazi  biitövlüyünü  tanımamasma  münasibət  bildirilsin.  Bu  müraciət  43  ölkə 
nümayəndəsinin  iştirakı  ilə  müzakirə  edildi.  Nazirlər  Komitəsinin  bununla 
bağlı  qərannda  qeyd  olunurdu:  «...Xalqlarm  öz  müqəddəratım  təyin  etmək 
hüququna... dövlətlərin ərazi bütövlüyünə dair normalara uyğun olaraq hörmət 
edilməlidir.  ...Torpaq əldə  etmək məqsədilə  gücdən istifadə  qəbuledilməzdir 
və ondan irəli gələn heç bir nəticə qanuni tanına bilməz.
AŞ parlament Assambleyasının 2001-ci il 25 sentyabr tarixli iclasmda İlham 
Əliyev erməni tenorizmini, Ermənistanın Azərbaycana qarşı keçirdiyi terror və 
soyqmmı  siyasətində  terrorçu  «ASALA»  təşkilatmın  fəal  iştirak  etdiyini, 
törədilmiş  32  terror  aktı  nəticəsində  2000  adam  öldürüldüyünü,  on  minlərlə 
adamın  yaralandığım  bildirdi.  Tenoru  dəstəkləyən  Ermənistan  dövlətini  ifşa 
etdi.  İlyanm ərzində Avropa Şurası Parlament Assambleyasında Ermənistamn 
terrorçu  dövlət  adlandmldığı  12  sənəd  qəbul  olundu.  2002-ci  il  sentyabrın 
26-da  AŞ  PA-nın  sessiyasmda müzakirə  edilən  Azərbaycan  haqqında məru- 
zədə,  ilk dəfə bu təşkilatın çox vacib  sənədində açıq-aydm bildirilir ki, Azər- 
baycamn torpaqlan işğal olunubdur. Ermənistan Azərbaycana qarşı təcavüz edib- 
dir və bu işğal nəticəsində Azərbaycanm bir milyondan artıq qaçqını vardır.
Bu  gün  ümumbəşəri  problemlər  sırasmda  mühüm  yerlərdən  birini  də, 
ekoloji problemlər tutur. Ekoloji sistemlərin qorunub saxlanması bəşəriyyətin 
qarşısmda  kəskinliyi  ilə  durur.  Təbiətdə  ekoloji  sistemlər  nə  qədər  qədim 
sayılırsa, bir o qədər çox qiymətlidir.  Bağ və üzüm plantasiyaları quruyursa, 
yenisini əkib-becərmək olar, lakin meşə massivi məhv edilirsə, onu təbiət ye- 
nidən yaratmayacaq, yaratsa da bu təbii meşə olmayacaq. Təəssüflər olsun ki, 
işğal  olunmuş Azərbaycan ərazisində  dövlət-təbiət abidələri  (təbii meşələr) 
mühafizə  olunmamaqla sahibsiz qalmış,  hətta həmin ərazilərdə  məskunlaş- 
mış  ermənilər,  böyük  əhəmiyyətə  malik bu  abidələrin  əksəriyyətini  məhv 
etmişlər. Azərbaycanm işğal olunmuş ərazilərində 152 belə ağac növü 14 min 
hektar qiymətli meşə  sahələri,  5  ədəd geoloji obyekt qalmışdır.  Mənbələrin

Yüklə 299,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin