AZƏrbaycan milli elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


IV FƏSİL XANKƏNDİ ŞƏHƏRİNDƏ SƏNAYENİN



Yüklə 299,73 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix01.04.2017
ölçüsü299,73 Kb.
#13185
1   2   3   4   5   6   7   8   9   ...   15

IV FƏSİL
XANKƏNDİ ŞƏHƏRİNDƏ SƏNAYENİN 
BƏRPA VƏ İNKİŞAFI 
(XX YÜZİLLİYİN 40-60-cı İLLƏRİ)
Böyük Vətən müharibəsi SSRİ-nin qələbəsi ilə başa çatdı. Qələbənin əldə 
edilməsində bütün Azərbaycan xalqınm, o cümlədən DQMV-nin əhalisinin bö- 
yük xidmətləri olmuşdur. Belə ki, Azərbaycanm bütün şəhər əhalisi kimi Xan- 
kəndi əhalisi də son qələbəyə qədər bu müharibədə fəal iştirak etdi.  1941-ci il 
iyunun  22-də  Xankəndi  şəhərinin  əhalisi  mitinq  keçirərək,  təcavüzkarlann 
iyrənc hərəkətlərini pislənmiş və yüzlərlə Xankəndli könüllü olaraq cəbhəyə 
getmək  üçün  Hərbi  Komissarlığa  müraciət  etmişdilər.  Müharibə  dövründə 
Xankəndi şəhərində hərbi xəstəxanä yaradılmışdı. Xankəndi əhalisi müharibə 
fonduna pul köçürmüş, müharibə gedən ərazilərin əhalisini hamiliyə götürmüş- 
dülər [1, s.153, i.143, v.174]. Müharibə dövründə arxa cəbhədə olduğu kimi ön 
cəbhədə də onlarla Xankəndli cəbhəyə getmiş,  igidlik nümayiş etdirmişdilər. 
Ümumiyyətlə, Alman faşizmi üzərində qələbə əldə edilməsinin ən başlıca sə- 
bəbi ölkənin və xalqm bütün gücünün səfərbər edilməsində idi. Həmçinin ölkə 
rəhbərliyi inzibati idarəçiİik metodlannı daha da möhkəmləndirib, iqtisadiyyatı 
qısa bir zamanda hərbin tələbləri əsasmda yenidən qura bildi və xalqlann iqti- 
sadi, hərbi, mənəvi qüwələrini birləşdirdi. Azərbaycan xalqı İkinci Dünya mü- 
haribəsində SSRİ-nin qalib çıxmasma öz layiqli töhfəsini vermiş, adı XX əsrdə 
qəsbkarlığa  və  mürtəce  qüwələrə  qarşı  mütərəqqi  qüwələrin  tarixi  salna- 
məsinə qızıl hərflərlə əbədi həkk olunmuşdur. Azərbaycan xalqı müharibənin 
ağır yükünü öz çiyinlərində daşımış və faşizm üzərində tarixi qələbə qazanıl- 
masında mühüm rol  oynamışdır.  Ümummilli liderimiz H.Ə.Əliyev çıxışlann- 
dan birində qeyd etmişdir:  «1941—1945-ci illər Azərbaycan xalqının tarixində 
çox görkəmli yer tutur və xalqımızın tarixində parlaq səhifələrdəndir... İkinci 
Dünya müharibəsi əyani şəkildə bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən 
ağır smaqlardan üzüağ çıxmağa, misilsiz şücaət və rəşadət nümunələri göstər- 
məyə qadir olan çox dözümlü və qəhrəman xalqdır.  Faşizm üzərində qələbə- 
dən  sonra  xalqımızm  keçdiyi  yol  Azərbaycanın  gələcək  milli  azadlığına, 
müstəqilliyinə gedən yol ölmuşdur... Azərbaycan yüksək inkişaf yolu keçdi və 
böyük  iqtisadi,  intellektual  potensial  topladı.  Bunlann  əsasında  xalqımız  öz 
müstəqilliyini əldə etdi və dünya birliyində öz yerini tutdu» [10, s.15].
Müharibə  Azərbaycanın  hər  yerinə,  o  cümlədən  onun  ayrılmaz  tərkib 
hissəsi olan DQMV-nin bütün təsərrüfatına çox ağır zərbə vurdu.  1945-ci ildə

vilayət sənayesində ümumi məhsul istehsalı  1940-cı illə müqayisədə təxmi- 
nən 22 faiz aşağı düşmüşdü. Müvafiq illərdə ipəkparça istehsalı 120 min m2-dən
93,6  min  m2-ə,  xam  ipək  98  tondan  76,4  tona,  pendir  istehsalı  61  tondan 
48 tona, şərab istehsalı 40000 dkl-dən 3120 dkl-ə, konyak istehsalı 1000 dkl-dən 
780 dekaletrə, taxta şalban 1300 m3-dən 1014 m3-ə, əhəng 120 tondan 94 tona, 
mebel istehsalı 26 min manatdan 20 min manata enmişdi [22,  s.186].  Müha- 
ribə  illərində DQMV-də istehlak mallan istehsalı kəskin surətdə aşağı  düş- 
müşdü.  1945-ci  ildə  1940-cı  ilə nisbətən pambıq  istehsalı  2,4  dəfə  azalmış, 
əkin sahəsi 4 min hektardan 1,2 min hektara enmişdi. Barama istehsalı 114 ton- 
dan  72  tona,  yun  istehsalı  109  tondan  85  tona  qədər azalmışdı.  DQMV-də 
1940-cı  ildən  1945-ci  ilin sonunadək iribuynuzlu mal-qaranm sayı  87,6 min 
başdan 78,5 min başa, davarlarm sayı isə 160,4 min başdan 140,2 min başa en- 
mişdi [22, s.186].  Kənd təsərrüfatımn maddi texniki bazası xeyli zəifləmişdi.
1940-cı  ildə Azərbaycanda əhalinin sayı 3304,1  min nəfər idi ki,  bundan 
151 min nəfəri DQMV-nin əhalisi idi. Müharibəyə səfərbərliklə bağlı əhalinin 
sayı  1945-ci ildə  17,65 faiz azalmışdı  [22,  s.186].  Müharibə dövründə Dağlıq 
Qarabağda  fəhlə  və  qulluqçulann  bacanqlı  və  işlək  hissəsinin  ön  cəbhəyə 
səfərbər edilməsi ilə əlaqədar onlann sayı 15 faiz aşağı düşmüşdü. Faşizm üzə- 
rində qələbədən sonra Respublikamızda xalq təsərrüfatı bərpa olunmağa baş- 
landı. SSRİ Dövlət Müdafiə Komitəsinin 26 may 1945-ci il «Silah istehsalmm 
azaldılması  ilə  əlaqədar olaraq sənayeni yenidən qurmaq sahəsində  tədbirlər 
haqqmda»kı qəranndan sonra Xankəndi şəhərində sənayenin bərpası və inki- 
şafı  üçün  mühüm  tədbirlər  görüldü.  Belə  ki,  müharibə  qurtardıqdan  sonra 
müəssisələrdə 8 saatlıq iş günü və illik məzuniyyətlər bərpa edildi. Həmçinin
1945-ci  il  dekabnn  1-dən  başlayaraq  müharibə  illərində  istifadə  edilməmiş 
məzuniyyətlərə görə pul kompensasiyasınm ödənilməsinə başlandı [17].
Sənaye və kənd təsərrüfatmı müharibədən əwəlki səviyyəyə çatdırmaq 
məqsədilə Azərbaycan SSR Ali Sovetinin 1946-cı il martm 18-dək keçirilmiş 
birinci  sessiyasmda  1946-1950-ci  illəri  əhatə  edən  dördüncü  beşillik  plan 
qəbul edildi [17].
1945-ci  ilin  sonlannda  Azərbaycan  XKS  qəran  əsasında  xalq  təsər- 
rüfatmın inkişaf etdirmək məqsədilə DQMV-nin ümumi büdcəsi 41  milyon 
294 min manat məbləğində təsdiq edilmişdir ki, bu da  1944-cü illə müqayi- 
sədə 12,2 faiz çox idi [12]. Apanlan tədqiqatlardan məlum olur ki, həmin dövr- 
də DQMV-ə aynlan vəsait, istər Naxçıvan MR-a, istərsə də Gəncə-Qazax və 
digər  bölgələrə  ayrılan  vəsaitdən  2  dəfə  çox  olmuşdur.  Təəccüb  doğuran 
odur ki, DQMV-ə aynlmış vəsaitin təxminən 70 faizi Xankəndi şəhərinə isti- 
qamətlənmişdi.
Xankəndi şəhərində dördüncü beşillik planda sənayenin bərpa və inkişafı 
üçün aşağıdakı tapşınqlann yerinə yetirilməsi planlaşdınlmışdı.  1950-ci ildə 
Xankəndi şəhərinin sənayesi:  600 min kərpic,  800 min tikinti daşı,  1300 ton 
əhəng,  1  milyon 200 min ədəd kirəmit,  300 min kubmetr taxta,  18500 kub- 
metr odun, 28 min metr pambıq parça, 548 min metr ipək parça, 3,1 min kvad- 
ratmetr xalça,  60 min cüt ayaqqabı,  200 min cüt corab,  48  min ədəd trikotaj 
üst paltan,  80 min ədəd trikotaj  alt paltan,  51  min ton yağ,  100 ton qənnadı 
malı,  110 dekaletr üzürn şərabı, 20 ton metal qab-qacaq və  1600 ədəd araba 
verməli  idi  [16].  Planda,  həmçinin  mövcud  mexaniki emalatxana  əsasmda 
mexaniki  zavod  tikilməsi  nəzərdə  tutulmuşdu.  Dağlıq  Qarabağda  tikiləcək 
həmin zavodun 3 sexi -  mexaniki, tökmə və avtomobil təmiri sexləri -  1950-ci 
ilin sonunda başa çatdırılmalı və sonrakı beşilliklərdə yeni sexlər yaradılmalı
[14], bünövrəsi  1945-ci ilin ortalarmdan qoyulan Xankəndi ağac emalı fabriki 
qısa bir müddətdə başa çatdınlmalı idi.  Həmçinin sonralar DQMV-nin mər- 
kəzinə  çevrilmiş  Xankəndi  şəhərində  yeni  əhəng  zavodu,  kirəmit  kərpic 
zavodu, faner sexi, «Qarabağ Çaxır Tresti» üçün şərab anban və yeni mətbəə 
binası tikmək planlaşdınlmışdır [16]. Xankəndi şəhərinin sənaye işçiləri qar- 
şıya qoyulan vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi üçün bütijn güc- 
lərini səfərbər etməyə başladılar.  Xankəndindəki rezin sənayesi, yağ pendir 
sənayesi, tikinti ləvazımatı, meşə emalı, toxuculuq, tikiş, gön-dəri, yeyinti və 
başqa sənaye müəssisələri  1946-cı ildə Bakıdan gətirilmiş avadanlıq hesabına 
yenidən qurularaq təmir olundu.  Artıq  1947-ci ildə Xankəndində  sənayenin 
ayrı-ayrı sahələrində xeyli irəliləmələr diqqəti cəlb edirdi.  Bu isə öz növbə- 
sində Azərbaycan hökumətinin bölgəyə olan xüsusi diqqətindən irəli gəlirdi.
Xankəndi  şəhərində  inkişaf etmiş  sənaye  sahələrindən  biri  ipək  emalı 
sənayesi idi.  Xankəndi ipək emalı sənayesi  1947-ci ildə planı  121,3  faiz ye- 
rinə yetirmişlər [16].  1950-ci ildə isə Dağlıq Qarabağ ipəkçiləri mərkəzə mə- 
lumat verib planı  artıqlaması  ilə və vaxtından əw əl yerinə  yetirməsi haqda 
məlumat vermişdilər. Əgər 1940-cı ildə Xankəndi şəhərindəki Qarabağ ipək 
kombinatı dövlətə 98 ton xam ipək vermişdisə,  1950-ci ildə bu rəqəm 120 tona 
çatmışdır [4]. Həmçinin müvafiq illərdə ipək parça istehsalı  120 min kvadrat- 
metrdən  163 min kvadratmetrədək artmışdır [25].
Ümummilli  liderimiz  H.Ə.Əliyev  çıxışlanndan  birində  1946-1950-ci 
illəri  təhlil  edərək  belə  qiymətləndirmişdir:  «Müharibədən  sonrakı  illərdə 
respublikamız  iqtisadiyyat  və  mədəniyyətin  yeni  yüksəliş  mərhələsinə 
qədəm  qoydu.  Artıq  1948-ci  ildə  respublika  sənayesi  müharibədən  əwəlki 
səviyyəni ötmüş,  ...energetika və  su təsərrüfatı tikintiləri genişlənmiş, kənd 
təsərrüfatınm maddi texniki bazası xeyli möhkəmlənmişdir» [10].

Xankəndi sənayesi, əsasən, kənd təsərrüfatı xammalı emal edir.  Şəhərin 
sənaye məhsulunun yarıdan çoxunu yeyinti sənayesi, əsasən, şərabçıhq verir. 
1946-1950-ci illərdə dövlətimizin bölgəyə ayırdığı vəsait hesabına Xankən- 
dində şərab-spirt sənayesi də sürətlə inkişaf edib genişlənirdi. Burada fəaliy- 
yət göstərən konyak spirt zavodu,  şərab və konyak zavodları,  spirtsiz içkilər 
zavodu,  likor zavodu və başqa zavodlar  1946-cı ildə yenidən qurularaq başa 
çatdırılmışdır [16].  Həmin zavodlar əsasında yaradılmış «karvintrest» müəs- 
sisələrinin gücü ildən-ilə artınlmışdır. «Karvintrest»in buraxdığı məhsulların 
tam olmayan siyahısı -  adi şərab, şirin şərab, konyak, spirt-rektifikat, tut spirti, 
üzüm spirti, texniki spirt, bəhməz, meyvə suları, turşaşirin içkilər, qazlı su və 
sair bu kimi məhsullar Xankəndi şəhərində spirt sənayesinin nə qədər güclü 
inkişaf etdiyini göstərir.  Ümumilikdə DQMV-də  1946-1950-ci illərdə spirt- 
şərab sənayesinin inkişafım aşağıdakı rəqəmlərdən də görmək olar.  Belə ki,
1940-cı  ildə  vilayətdə  40  min  dkl.  şərab  istehsal  edilmişdirsə,  1950-ci  ildə 
şərab istehsalı 4 dəfədən çox artaraq 165 min dkl. olmuşdur. Həmçinin müva- 
fiq illərdə konyak istehsalı  1000 dkl-dən artıb 6000 dkl-ə çatmışdır [4].
1946-1950-ci  illərdə Xankəndi  şəhərində  tikinti  ləvazimatı  sənayesi  də 
genişlənirdi. Kərpic, kirəmit, əhəng və mexaniki təmir zavodlanmn məhsul- 
lanndan təkcə vilayətin ərazisində deyil qonşu rayonlarda da istifadə olunurdu. 
Bəhs edilən dövrdə Xankəndi şəhərində iki böyük müəssisə yaradıldı. Bun- 
lardan biri  ağac  emalı fabriki  idi ki,  həmin fabrik vilayət əhalisinin mebelə 
olan ehtiyacım tam ödəyirdi.  Əgər  1940-cı ildə Xankəndində 26 min manat- 
lıq  mebel  istehsal  edilmişdirsə,  1950-ci  ildə  bu  göstərici  173  min  manata 
çatmışdır [2,  s.89, i.95, v.14]. Eyni zamanda taxta zavodunun da işə düşməsi 
tikintinin inkişafma təkan verdi.  Bölgədə  taxta şalban istehsalı  1940-cı  ildə
1,3 min kubmetrdən,  1950-ci ildə 2 min kubmetrədək yüksəlmişdi [25].
Xankəndi şəhərində yerli sənayenin daha böyük sürətlə inkişafi üçün hər cür 
şərait mövcud idi. Bu, ilk növbədə Azərbaycan hökumətinin bölgəni yeni texnika 
və ixtisash kadrlarla təmin etməsi, aynlan vəsaitin miqdannm ildən-ilə artmlması 
ilə bağlı idisə, digər tərəfdən bölgədə bir sıra mədən yataqlannın tapılması ilə əla- 
qədaridi. 1946-1950-ciillərərzindəDQMV-dəçoxböyükmiqdardamərmər, se- 
ment, İslandiya şpatı, litoqrafıya daşlan, gil, tabaşir və sair yataqlar aşkar edilmiş 
və yerli sənayenin inkişafma təkan vermişdir. Xankəndi şəhərində sənət koopera- 
siyası 100 çeşiddə məhsul buraxırdı. Yerli meşə materiallanndan, cır meyvələrdən 
və sair istifadə əsasmda külli miqdarda çoxişlənən mallar istehsal olunurdu [16].
Təsadüfı deyildir ki, DQMV-nin sənət kooperasiyası ittifaqımn müəssisə- 
ləri araba və kirəmit istehsalı cəhətdən 1950-ci ilin göstəricilərinə görə Azər- 
baycanda birinci yeri tutmuşdur [16,  s.19].
1946-1950-ci  illər ərzində Xankəndi  şəhərində  yeni  artellər,  tikinti ma- 
terialları,  saxsı qab,  trikotaj  mallar, corab,  ayaqqabı,  mebel,  şimiyyat və sair 
istehsal edən emalatxanalar açılmışdır. Bəhs edilən dövr ərzində şəhərdə sə- 
nət və əlillər kooperasiyasmm buraxdığı məhsullar 8,5  dəfə,  fəhlələrin sayı 
isə 25  dəfə  artmışdır.  Burda fəaliyyət göstərən mexaniki zavod isə ildən-ilə 
böyüyərək vilayətin kolxoz və müəssisələrinin ehtiyaclarmı ödəyirdi.  Digər 
sənaye sahələrindən oian xalça toxunması, yağ-pendir sənayesi,  aşfalt-beton 
istehsalı və çörək zavodunun da işində böyük irəliləyişlər diqqəti cəlb edirdi. 
Təkcə  pendir  istehsalmdakı  artım  1940-cı  ildəki  61  tona  qarşı  1950-ci  ildə 
113 tona çatmışdır [24,  s.54].
Bəhs edilən illərdə Azərbaycan hökumətinin Xankəndi şəhərinə yaxından 
qayğısı  nəticəsində  sənayenin bütün  sahələri  inkişaf edir və  qarşıya qoyulan 
vəzifələr vaxtında və artıqlaması ilə yerinə yetirilirdi. Nəticədə 1940-cı ilə nis- 
bətən  1950-ci  ildə Xankəndi  şəhərində  sənaye məhsulu istehsalı  74  faiz art- 
mışdır ki, bu da ümumi Azərbaycan üzrə olan orta göstəricidən 69 faiz, Naxçıvan 
Mujvtar 
Respublikasmın orta göstşricilərindən 30 faiz çox demək idi [3,  s.l 12]. 
Lakin  apanlan tədqiqatlar nətidəsində  məlum olur ki,  vilayət rəhbərliyi yeni 
sənaye sahələrinin yaradılmasmda ikili mövqe tutmuşdular. Təəssüflə qeyd et- 
mək lazımdır ki, uzun illər Qarabağımızm, sonralar isə DQMV-nin mərkəzi olmuş 
Şuşada  1946-1950-ci  illər ərzində  bir ədəd də  olsun müəssisə  açılmamışdır. 
Xankəndində, Hadrudda, Xocavənddə, Ağdərədə, Əskəranda açılan yeni sənaye 
sahələri isə ermənilərin daha çox məskunlaşdıqlan ərazilərdə yaradılmışdır.
Sənayedə müharibədən sonrakı birinci beşillik plan 4 il müddətində yerinə 
yetirildi.  1940-cı ilə nisbətən  1950-ci ildə Xankəndi sənayesinin ümumi məh- 
sulu 74 faizi ötüb keçdi. Belə ki, xam ipək istehsalı 22 faiz, ipək parça istehsalı
36  faiz,  şərab istehsalı 50 faiz, konyak istehsalı 5 dəfə, yağ istehsalı 4,9 dəfə, 
yağlı pendir istehsalı  85  faiz,  mebel istehsalı  6,8  dəfə,  əhəng  10  faiz,  kərpic
4,5 dəfə, kirəmit 12 faiz, ağae materiallan istehsalı 65 faiz, elektrik eneıjisi isteh- 
salı 3 dəfə artdı [9,10]. Xankəndi şəhərində fəaliyyət göstərən iri müəssisələr -  
Qarabağ ipək emalı müəssisəsi, Qarabağ Şərab Tresti, Yağ-pendir zavodu, Mebel 
fabriki, Qarabağ tikiş fabriki, Çörək fabriki və başqa müəssisələr- Azərbaycan 
hökuməti tərəfindən avadanlıqla təmin edilirdi. Nəticədə, istehsalın gücü artı- 
nldı, məhsullann çeşidləri genişləndirildi və keyfiyyəti yaxşılaşdmldı.
1950-1960-cı illərdə Azərbaycanda xalq təsərrüfatmı, o cümlədən, səna- 
yeni inkişaf etdirmək üçün V, VI, VII, VIII beşillik və yeddiillik (1959-1965) 
plan qəbul edilmişdir. Həmin planda sənayedə çətinliklər, onun aradan qaldı- 
rılması yollan, qarşıdakı vəzifələr müəyyən edilmişdir. Ən başlıca vəzifə kimi 
elektrik enerjisi istehsalınm artmlması,  yeni  sənaye  sahələrinin yaradılması

və inkişafi,  xalq istehlakı mallan  istehsal edən sənaye sahələrinin genişlən- 
dirilməsi nəzərdə tutulmuşdu.
DQMV-də  çoxsahəli  kənd  təsərrüfatınm  inkişafı,  Xankəndi  şəhərində 
əsasən kənd təsərrüfatı xammalı emal edən sənayenin inkişafma şərait yarat- 
mışdır.  XX yüzilliyin 50-60-cı  illərində Xankəndi  şəhərində yüngül və  ye- 
yinti sənayesi,  ipəkçilik,  şərabçılıq,  ağac  emalı, mebel,  süd emalı müəssisə- 
ləri, elektrotexnika,  tikinti materiallan kombinatı,  istehsalat kombinatı,  Şərq 
musiqi alətləri fabriki və başqa müəssisələr fəaliyyət göstərirdi [43].
İpəkçilik  Qarabağ  əhalisinin  qədim  sənəti  olmuşdur.  İstər  çar  Rusiyası 
dövründə, istərsə də sovet hakimiyyəti illərində Mərkəz, Azərbaycanda ipək- 
çiliyin inkişafma xüsusi diqqət yetirirdi.  Çünki ipək parça həm xarici bazar- 
larda baha qiymətə  satılırdı,  həm də Rusiya ərazisində ipəyə böyük tələbat 
var idi.  Bütün bunları nəzərə alan Azərbaycan hökuməti mərkəzin göstərişi 
ilə «ipəkçiliyin inkişafı üçün tədbirlər planx» işləyib hazırladı. Həmin planda 
göstərilirdi: XX əsrin 50-60-cı illərində Azərbaycan ərazisində ipəkçiliyi inki- 
şaf etdirmək məqsədilə əwəlki dövrlə müqayisədə qoyulan vəsaitin miqda- 
rmı 2 dəfə artırmaq, müəssisələrin xammala olan tələbatmı ödəmək, ipək emalı 
müəssisələrinin texniki səviyyəsini yüksəltmək, yeni toxuculuq kombinatlan 
yaratmaq, idarə sistemini təkmilləşdirmək və məhsulun maya dəyərini aşağı 
salmaq  məqsədilə  elmin  son  nailiyyətlərindən  istifadə  etmək,  məhsullann 
keyfiyyətini və növlərini təkmilləşdirməklə məhsulun istehsalmı artırmaq.
Xankəndi şəhərində ipək emalı müəssisələrinin xammala olan tələbatım 
ödəmək üçün  1950-1960-cı illərdə barama istehsalı  1940-cı illə müqayisədə 
təxminən 70 faiz artdı [24, s.94].
Xankəndi  şəhərində  1950-ci  ildə  Kiyev mütəxəssislərinin  layihəsi  əsa- 
sında ipək emalı fabriki tikilməyə başlamış və  1953-cü ildə başa çatdırılmış- 
dır  [13].  1959—1965-ci  illərdə  Xankəndi  ipək  emalı müəssisələrinin  sexləri 
yenidən qurularaq modemləşdirilmiş, onların mükəmməl avadanlıq və cihaz- 
larla təchiz olunması işi davam etdirilmişdir.  Sexlərdə Bakı, Moskva, Lenin- 
qrad,  Kuybışev,  Tibilisi  müəssisələrinin  buraxdıqlan  ən  yeni  dəzgahlar 
quraşdırılmışdır. Toxuculuq sənayesinin yeni korpusunda isə Çexoslovakiya- 
da istehsal edilmiş «jakkard» dəzgahlan işləyirdi [18].
1950-1960-cı illərdə Xankəndi şəhərində İpək emalı müəssisələrində ix- 
tisaslı kadrlann sayında artım müşahidə edilmişdir. Belə ki,  1945-ci ildə burada 
1 mühəndis, 16 texnik və texnoloq mütəxəssis işləyirdisə, 1970-ci ildə mühəndis- 
lərin sayı  100-ə çatırdı [29, i.95, v.94]. Həmin mütəxəssislər ipək sənayesini 
inkişaf etdirmək məqsədilə yeni səmərələşdirici təkliflər irəli sürür, avtomat- 
laşdırma,  mexanikləşdirmə,  yeni  avadanlığın  mənimsənilməsi  işini  uğurla
davam etdirirdilər. Məsələn,  1960-cı ildə müəssisələrdə 48 baramaaçma avto- 
matı quraşdırıldı ki, bu qurğu məhsuldarlığı 25 faiz yüksəltdi [154]. Həmçinin 
yeni  tətbiq  edilmiş  dəzgahlar  nəticəsində  barama  tullantılarmm  təkrar 
istehsalı ilə itkisiz və yiiksək keyfıyyətli məhsul əldə etmək mümkün oldu.
1960-cı ildə Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ İpək Kom- 
binatınm ipəkburma sexində  əlavə olaraq yeni 28  ipəkeşmə,  25  ipəksanyan 
dəzgah quraşdmldı.  1965-ci ildə ipək parça istehsaİ olunan sexdə isə 72 me- 
xaniki,  123 avtomatik dəzgahlan,  8 makara və  11  çillə maşmları quraşdmlıb 
işə salındı.  Yeni yaradılmış fabrikdə isə  569 müxtəlif nişanlı parça dəzgähı, 
25  çillə  və  makara,  2  şlixtləmə  (sap  yapışdıran)  maşın  quraşdmldı.  1945- 
1960-cı  illərdə Qarabağ İpək Kombinatında 46 maşın,  817  dəzgah quraşdı- 
rıldı  [29,  i.95, v.15].  Yeni avadanlıq və dəzgahlarm işə  salmması böyük sə- 
mərə vermiş, xam ipək istehsalmda iri həcmli artım müşahidə edilmişdir. Belə 
ki,  1970-ci ildə  1  kombinatda istehsal  edilən məhsulun həcmi  1914-cü  ildə 
Qarabağm 36 fabrikində istehsal olunan məhsulun həcminə bərabər idi [18]. 
1970-ci ildə yeni dəzgahlann quraşdmlması hesabına parça istehsalı artaraq 
1 gündə 36 min metrə çatdı. Parçalar müxtəlif adlarlä -  krepdeşin, zeps, atlaz, 
şotlandka, damasse, alpak və başqa ad altmda istehsal olunurdu.
XX yüzilliyin 50-60-cı illərində Xankəndi şəhərində ipək emalı müəssi- 
səsi xam  ipək,  rənglənmiş  parça,  ipək sap  istehsal  edirdi.  İstehsal  olunmuş 
xam ipəyin bir hissəsi Moskvaya göndərilir və istehsal prosesi axıra çatdırı- 
laraq  xarici  dövrlərə,  o  cümlədən  Yaponiya,  İtaliya,  Macarıstan  və  başqa 
dövlətlərə ixrac edilirdi. Xam ipəyin bir hissəsi isə xarici dövlətlərə birbaşa 
göndərilirdi.  Qarabağ İpək Kombinatında istehsal olunan rəngsiz xam parça 
isə Şəki ipək emalı müəssisəsinə gətirilərək rənglənir və satışa buraxılırdı.
Xankəndi ipək emalı sənayesinin texniki səviyyəsinin təkmilləşdirilməsi 
və  avtomatlaşdmlması  nəticəsində  1952-ci  ilə  nisbətən  1968-ci  ildə  boş 
dayanma  hallan  2,6  dəfə  təxirə  salmmışdı.  Nəticədə  hər  bir  fəhlənin  orta 
aylıq  istehsal  həcmində  sıçrayışlı  inkişaf baş  vermişdi  [18].  Xankəndi  ipək 
emalı müəssisələrində çoxdəzgahçılıq hərəkatı genişlənmiş, məhsul istehsalınm 
həcmi artmışdır.  Ona görə də hər bir fəhlənin orta aylıq əməkhaqqı  1958-ci 
ildə artaraq 200 manatı keçmişdir. 1968-ci ildə isə istehsalm həcmində 115 faiz 
artım müşahidə  edilmişdir  ki,  bunun  da nəticəsində  fəhlələrin  əmək haqqı 
1958-ci ilə nisbətən  112 faiz qalxmışdır.  Dövlətimizin bölgəyə dərin qayğı- 
sınm nəticəsi olaraq Xankəndi ipək emalı sənayesinin texnikaya, xammal və 
avadanlığa  olan  tələbatı  tamamilə  ödənilmiş  və  məhsulun  istehsalı  artaraq 
keyfiyyəti yaxşılaşmışdır. Təkcə  1966—1967-ci illərdə Qarabağ İpək Kombi- 
natında  1  milyon 765  min manatlıq məhsul  istehsal edilmişdir.  1961-ci  ildə

hazır məhsul istehsalmm həcmi  1913-cü ildəkindən 6 dəfə,  1940-cı ildəkin- 
dən 7 dəfə çox artmışdır [11, s. 117].
XX  yüzilliyin  60-cı  illərində  DQMV-nin  ipək  emalı  sənayesində  İpək 
parça  istehsalı  4  dəfə  artmışdır.  Ümumrespublika üzrə  isə  sənaye məhsulu 
istehsalmda 94 faiz artım müşahidə edilmişdir.
1964-cü ildən Qarabağ İpək Kombinatında yeni məhsul növü, süni lifdən 
ipək  parça  istehsalı  mənimsənilmiş  və  1965-ci  ildə  5  milyon  metr  parça 
istehsal edilmişdir [24, s.197].
1970-ci ilin məlumatına görə Xankəndi İpək emalı müəssisələrində 3 min 
nəfər fəhlə və qulluqçu işləyirdi. Kombinat həmişə qəbul edilmiş perspektiv 
və cari planları qısa müddətdə yerinə yetirirdi. Təkcə  1966—1968-ci il planını
5 ay tez, beşillikplanı isə 4 il 2 aya yerinə yetirmişlər. Sözsüz ki, bütün bunlar 
əmək  haqqma  öz  müsbət təsirini  göstərirdi.  Belə  ki,  1970-ci  ildə  fəhlə  və 
qulluqçulann  əmək  haqqı  1940-cı  illə  müqayisədə  2,7  dəfə,  1958-ci  illə 
müqayisədə isə 84 faiz artmışdır [25, s.271].
Dövlətimizin bölgəyə dərin qayğısmı yuxarıdakı faktlan nəzərdən keçir- 
məklə aydm görmək olur.  Lakin DQMV-də işləyən ipək emalı müəssisələri 
və onlann fıliallannın yerləşdiyi ərazilərin adlanm nəzərdən keçirərkən məlum 
olur ki, həmin sənaye mərkəzləri ermənilərin daha çox cəmləşdiyi ərazilərdə 
tikilmişdir. Dağlıq Qarabağm erməni rəhbərliyinin məqsədi ermənilərin yaşa- 
dıqlan  ərazinin  sosial-iqtisadi  inkişafım  təmin  etmək və  əhalinin  süni  artı- 
mma nail  olmaq olmuşdursa,  digər məqsədləri  azərbaycanhlarm yaşadıqları 
ərazilərə  baxımsızlıq  göstərməklə  əhalinin  süni  surətdə  köçürülməsinə  və 
ermənilərin say çoxluğunu yaratmağa nail olmaq idi. Ermənilər bu məsələni 
əwəlcədən  planlaşdırılmış  şəkildə  «DQMV-nin  Qanunu»na  daxil  edərək 
hazırlamışdılar.  Belə  ki,  həmin  «Qanun»un  19  və  20-ci  maddələrinin  1-ci 
bəndlərində göstərilir ki, «DQMV XDS-i Vilayət tabeliyindəki sənaye müəs- 
sisələri və birliklərə rəhbərlik etməklə onlarm yerləşdirilməsi və tikintisinə 
nəzarət edir [6]. Əlbəttə, belə bir «nəzarətin» necə apanlması göz qabağmdadır.
Azərbaycan  SSR-in  Xankəndi  şəhəri  çoxsahəli  sənayeyə  malikdir.  Şə- 
hərdə sənayenin 15 növü xüsusi olaraq inkişaf etmişdir [24, s.54]. Xankəndi- 
nin ümumi  sənaye məhsullarının 60  faizini yeyinti sənayesi verirdi.  Yeyinti 
sənayesi  istehsal  həcminə  görə  Xankəndində  birinci  yerdə  dayamrdı.  Xan- 
kəndi şəhərində yeyinti sənayesi əsas etibarilə yerli xammalla işləyirdi. Bu- 
rada yeyinti  sənayesinin aparıcı sahəsi şərabçılıq olmuşdur.  Azərbaycan hö- 
kuməti Xankəndi şəhərində şərabçılığı sənaye əsasmda qurmuşdur. Dövləti- 
miz  Xankəndi  şəhərində  şərabçılıq  sənayesinin  inkişaf etdirmək  üçün  ilk 
növbədə zavodlann texniki səviyyəsini yüksəltməyi qərara almışdı.  1955-ci
ildə  xarici  dövlətlərdən alman yeni dəzgahlar Xankəndi  şərab  emalı zavod- 
larında quraşdmlırdı [9, s.26].
Xammala  olan tələbatı  ödəmək məqsədilə  üzüm  əkini  sahəsi  genişlən- 
dirildi və üzüm istehsalmda yüksək artım müşahidə edildi.  1940-cı illə müqa- 
yisədə  1970-ci  ildə  şərab  və  konyak  istehsali təxminən  5,2  dəfə  artmışdır. 
1970-ci ildə Qarabağ Şərabçılıq Tresti ümumi sənaye məhsullannm 34 faizini 
verirdi [13].
Qarabağ  Şərab  Trestinin  məhsullanna  təkcə  keçmiş  SSRİ  məkanmda 
deyil xarici dövlətlərdə də böyük tələbat vardır.  1958-ci ildə Budapeşt ümum- 
dünya sərgisində «Qırmızı Martuni» süfrə şərabı gümüş medala layiq görül- 
müşdür.  DQMV-də  istehsal  olunan  «Qarabağ»,  «Qırmızı  Martuni»,  «Xin- 
doqni», «Çəhrayı Qişi», «Qarakənd», «Ağ Martuni», «Cartar» markalı yüksək 
keyfiyyətli  şətablan,  habelə  müxtəlif  növ  konyakları  hər  yerdə  şöhrət 
qazanmışdır. Macanstanla imzalanmış müqaviləyə əsasən hər il Qarabağ Şə- 
rab Trestindən  120 min dekalitr məhsul ixrac olunurdu [11, s.l 15]. Həmçinin 
Trestin  məhsulları  Çexoslovakiya  dövlətinə  də  göndərilirdi.  Onu  da  qeyd 
edək ki,  1968-ci ildə Qarabağ Şərab Trestinin ehtiyat pul vəsaiti  1965-ci ilə 
nisbətən 36 faiz artmışdı. Bu artım Qarabağ İpək Kombinatmda 20 faiz, Yağ- 
pendir  zavodunda  6  faiz,  Tikiş  fabrikində  9  faiz,  Elektro  zavodda  16  faiz 
olmuşdur.  Bəhs  etdiyimiz  illərdə  əmək  məhsuldarhğı  isə  Qarabağ  Şərab 
Trestində  150 faizə çatmışdır [29,  i.95, v.23].
Qarabağın bol xammala malik olması burada xalçaçılığm inkişafı üçün şərait 
yaratmışdır. Gəbə, kilim, xalı toxumaq Qarabağ qadınlannm qədim sənəti olmuş 
və həmin sənətin sirləri qorunub saxlamlaraq XX yüzillik ərzində intişar etmişdir.
Bəhs etdiyimiz dövrlərdə Daşbulaq və Tağlar kəndlərində xalçaçılıq fab- 
rikinin  2  fllialı  yaradıldı.  Həmin  müəssisələrin  hər  birində  60  nəfər  qadm 
işləyirdi. Dövlətimizin bölgəyə dərin qayğısı nəticəsində burada istehsal gün- 
dən-günƏ təkmilləşir və genişlənirdi. Aparılan tədqiqatlar nəticəsində məlum 
olur ki, 1970-ci ildə Qarabağ Xalçaçılıq fabrikinin buraxdığı məhsullann 85 faizi 
keyfiyyət nişamna layiq görülmüşdür. Orijinal və gözəl naxışları, əla yaradı- 
cılıq üslubu, müstəsna dərəcədə  davamlılığı, naxış incəliyi, rəng zənginliyi, 
süjetli  kompözisiyası  Xankəndi  şəhərində  istehsal  olunan  xalçalara  dünya 
bazarmda,  müxtəlif beynəlxalq  sərgilərdə  böjöik  müvəffəqiyyət  qazandır- 
mışdır. Xankəndində istehsal olunan xalçalara keçmiş SSRİ məkanında, İngil- 
tərədə,  İtaliyada,  İsveçdə, Danimarkada,  Misir Ərəb Respublikasmda böyük 
maraq  göstərilir  və  bazarlarda  həvəslə  alımrdı.  DQMV  xalçaçıları  1970-ci 
ildə 2000 kvadrat metrlik xalça toxumuşdular.  Dövlətə nəzərdə tutulduğun- 
dan 10 min manatdan artıq məhsul satılmışdır [12.  s.42].

Xankəndi şəhərində yerli xammala əsaslanan və inkişaf etmiş sənaye sa- 
hələrindən  biri  də  tikinti  materialları  sənayesidir.  Buraya  ağackəsən,  ağac 
emalı (taxta-şalban), kərpic, kirəmit, əhəng daşı, daşyonan sexlər daxil idi.
1950-1960-cı  illər  ərzində  Azərbaycan  hökuməti  Xankəndi  şəhərində 
tikinti materiallan  sənayesini  inkişaf etdirmək məqsədilə  bölgəyə  12 mütə- 
xəssis  göndərdi.  Həmçinin xarici dövlətlərdən alınan kəsici və yonucu dəz- 
gahlar, alətlər, yük maşınları verildi. Ayrılan vəsaitin həcmi artınldı. Nəticə- 
də asfalt-beton zavodu 1966-cı ildə 25 min manatlıq, meşə sənayesi  104 min 
manatlıq  gəlirlə  işləmişdir [24,  s.55].  Əmək məhsuldarhğınm inkişaf tempi 
1962-ci illə müqayisədə 1965-ci ildə 150% artmışdır [9, s.26]. Bəhs etdiyimiz 
illərdə Xankəndində yaradılmış beton zavodu ildə tənəkləri  qaldırmaq üçün 
3000  kubmetr  dəmir-beton  sütunlar  hazırlayırdı  [9,  s.26].  1970-ci  ildə  isə 
həmin göstərici 3  dəfədən çox artdı. Xankəndi kombinatımn buraxdığı mər- 
mər bloklarmdan təkcə DQMV-nin ərazilərində deyil Bakı, Moskva,  Kiyev, 
Daşkənd  və  başqa  şəhərlərdə  də  geniş  istifadə  oluııurdu.  Kombinatm  daş 
karxanalarmda  5-6  çeşiddə  əla növ  mərmər məmulatı  buraxılırdı  ki,  bu  da 
keçmiş  SSRİ-nin  160-dan çox  şəhər və rayonlarına göndərilirdi  [11,  s. 112]. 
Kombinat mişar daşı, kərpic, üzlük tavalar da istehsal edirdi. Ağdərə rayonu- 
nun Vənkli sənaye kombinatmm istehsal etdiyi dəyirman daşları Sovet İttifa- 
qınm  bir  çox  respublikalarma  göndərilirdi.  Ninki  kəndində  istehsal  olunan 
kərpic-kirəmit məhsullarma isə dünya bazannda böyük ehtiyac var idi. Ara- 
çazorda fəaliyyət göstərən kombinatda isə çirkli sulan təmizləyən daşlar ha- 
zırlayırdılar. Kombinatm hazırladığı materiallar təkcə ittifaq ərazisində deyil 
İran və  Türkiyə bazarlarmda da satıhrdı.  Yerli xammala əsaslanaraq gəlirlə 
işləyən tikinti materiallan sənayesində istehsahn həcmi ildən-ilə artırdı.
Tədqiqatlardan məlum olur ki,  1950-ci illə müqayisədə  1970-ci ildə tax- 
ta-şalban  istehsah  9  dəfə,  əhəng  istehsalı  5,3  dəfə,  kərpic  2  dəfə,  kirəmit 
25%, yonulmuş daş 30%, mebel istehsah  10 dəfədən çox artdı [23,  s.90].
XX  yüzilliyin  50-60-cı  illərində  Dağlıq  Qarabağ  sənayesində  Xankəndi 
elektrotexnika zavodu mühüm yer tuturdu. Həmin zavod əwəlcə Bakı elektrik 
maşmqayırma zavodunun fılialı kimi fəaliyyət göstərirdi. Bakı elektrik maşmqa- 
yırma zavodunun vəsaiti hesabma 50-ci illərin sonlannda tikilməyə başlayan za- 
vod 1962-ci ildə istifadəyə verilmişdi [8, s.40]. İlk illərdə zavod 212 min manat- 
lıq məhsul buraxmış və sonrakı dövrlərdə bu rəqəm bir neçə dəfə artmışdır. Mə- 
sələn,  1965-ci ildə zavodda  1  milyon manatlıq məhsul istehsal olunmuşdursa, 
1970-ci ildə istehsal həcmi 7 milyon 550 min manata çatmışdır [23, s.97]. Xan- 
kəndi elektrotexnika zavodunun DQMV-nin ümumi sənaye məhsullan istehsalm- 
da yeri 1967-ci ildə 10,9% olmuşdursa, 1970-ci ildə 14,5%-ə qədər qalxıruşdır [21].
Zavodda əmək məhsuldarhğı 60-cı illərdə 4 dəfədən çox artmışdır.  Xankəndi 
elektrotexnika məmulatlan zavodu lampa istehsah sahəsində ixtisaslaşdmlmışdır. 
Zavodun istehsal etdiyi məhsullar təkcə Azərbaycan ərazisində deyil, o cümlədən 
ittifaq miqyasaıda və xarici dövlətlərdə istifadə edilirdı. Misir Ərəb Respublikası 
və Əfqanıstanda zavodun buraxdığı məhsullar böyük həvəslə alınırdı [13]. Bakı 
elektrik maşmqayıranlan vaxtaşm olaraq Xankəndinə ixtisaslı  fəhlə və ustalar 
göndərirdilər. Təsadüfi deyildir ki, Xankəndində istehsal olunan yüksək keyfıy- 
yətli lüminessent lampalan Leypsik yarmarkasmda böyük müvəffəqiyyətlə nü- 
mayiş etdirilmişdir. Müəssisənin inkişafı çox sürətlə getmişdir. Təkcə 1970-ci ildə 
477000 ədəd lampa istehsal oluxımuşdur. Bu əwəlki ildən 35% çox idi [15, s. 176].
Xankəndi şəhərindəki əsas sənaye sahələrindən olan yağ-pendir və çörək 
zavodları da yerli xammala əsaslamrdı. Bölgədə mal-qaranın saymın artması 
və  cinsinin yaxşılaşması,  dövlətə taxıl tədarükü satışmm ildən-ilə  genişlən- 
n:əsi,  müxtəlif çeşidli xm məmulatlannm,  mal-qara yağımn,  pendir və  yağlı 
brmza istehsalımn da artmasma şərait yaratdı.
Belə ki,  1950-ci illə müqayisədə  1970-ci ildə Xankəndi yağ pendir və çö- 
rək  zavodlannda,  mal-qara  yağı  istehsalı  8,8  dəfə,  pendir  və  yağlı  bnnza 
istehsalı 4,1  dəfə, çörək məmulatlan isə təxminən 2 dəfə artdı [20, s.332].
Bəhs olunan dövrdə Xankəndi şəhərində sənayenin başqa sahələri Məişət 
xidməti idarəsi, Yerli sənaye müəssisəsi, Nəşriyyat,  Ərzaq məhsullan müəs- 
sisəsi, Asfalt-beton zavodu, 9 saylı Tikinti tresti də fəaliyyət göstərirdi. Xan- 
kəndindəki Yerli sənaye müəssisəsi 4 kombinatı -  Şuşa, Vənikli, Ağdərə və 
Hadrut kombinatlanm özünə birləşdirdi [11,  s. 113].  Həmin sənaye müəssisə- 
ləri sırf yerli sənayeyə əsaslanaraq getdikcə inkişaf edib daha da möhkəmlənirdi.
XX yüzilliyin 50-60-cı illərində Azərbaycanda energetika sənayesi sahə- 
sində çox böyük nailiyyətlər əldə edildi. 50-ci illərin ortalannda Ağdam-Xari- 
kəndi yüksək voltlu elektrik xətti çəkilib qurtardı. Mingəçevir SES-nin trubinlə- 
rində istehsal edilən elektrik eneıjisi bu magistral xətlə Dağlıq Qarabağın şəhər 
və  kəndlərinə,  sənaye  müəssisələrinə  və  tikintilərinə,  kolxoz və  sovxozla- 
nna verildi.  1950-1960-cı illərdə Dağlıq Qarabağda elektrik enerjisi istehlakı 
təxminən  15  dəfə  artmışdı.  Belə  ki,  1950-ci  ildə  bölgədə  elektrik  eneıjisi 
istehlakı 4 milyon 669 min kilovat, 1960-cı ildə 13 milyon 880 min kilovat idisə, 
1970-ci ildə 70 milyon kilovata çatmışdı [8, s.44]. Onu da qeyd edək ki,  1970-ci 
ildə Naxçıvan MSSR-də  5 milyon kilovat elektrik enerjisindən istifadə  edil- 
mişdir [23,  s.92].  1970-ci  ildə,  demək olar ki,  DQMV-nin bütün ərazisində 
elektrikləşmə işi başa çatmışdır. Belə ki,  1950-ci ildə ərazinin yalmz  12%-i, 
1960-cı ildə 55%-i,  1965-ci ildə 80%-i elektrik eneıjisindən istifadə edirdisə, 
1970-ci ildə  ərazinin 99,5%-i  elektrikdən istifadə  etməyə başladı [23,  s.92].

Apanlan tədqiqatlar nəticəsində məlum olur ki, elektrikləşməyən həmin 0,5% 
azərbaycanlılar yaşayan kəndlərin payına düşmüşdür. Eyni zamanda azərbay- 
canlılar yaşayan kəndlərə işıq fasilələrlə verilir, sıradan çıxan elektrik nizam- 
layıcılan,  süni  sürətdə  ləngidilir  və  aylarla  verilmirdi.  Sənədləşmədə  isə 
həmin azərbaycanlılar yaşayan kəndlərin «elektrikləşdirildiyi» göstərilirdi.
1950-1960-cı  illərdə  Xankəndi  sənayesi 4,2  dəfə,  1923-cü illə müqayi- 
sədə 1950-ci ildə 75%,  1960-cı ildə 135%,  1970-ci ildə 316%» artmışdır [653].
Bəhs  etdiyimiz  illərdə  Xankəndi  şəhərində  sənayenin bir  qolxmu təşkil 
edən sənətkarlıq da mövcud olmuşdur. Burada yun emalı, boyaqçıhq,  xalça- 
çılıq,  şərabçılıq, dərziçilik, papaqçılıq, kürkçülük, daşişləmə kimi qədim sə- 
nət sahələri fəaliyyət göstərirdi. Qədim yaşayış məskəni olan Şuşa şəhərində 
sənətkarlıq  xüsusi  olaraq  inkişaf etmiş  və  keçmiş  ənənəvi  xüsusiyyətlərini 
qoruyub  saxlamışdır.  Təsadüfi  deyildir ki,  son  dövrlərə  qədər.Şuşa  şəhəri 
özünün  keçmiş  sənətkarlıq  adlarım  -   dəmirçi,  boyaqçı,  misgər,  dərzi,  pa- 
paqçı, başmaqçı və başqa məhəllə adlanm qoruyub saxlamışdı.
Ümumiyyətlə,  60-cı illərdə Azərbaycanda ümumi sənaye məhsulu isteh- 
salı 94 faiz artmışdır. Həmin dövrdə bu göstərici Xankəndi şəhərində  181  faizə 
çatırdı.  Bu  yüksək  göstəricinin  ən  başlıca  amili  Azərbaycan  rəhbərliyinin 
Xankəndinə  göstərdiyi  qayğmın  nəticəsi  idi.  Təkcə  1946-1960-cı  illərdə 
Azərbaycan hökumətinin Xankəndi şəhərində sənayenin inkişafına qoyduğu 
vəsait 20 dəfə artmışdı [20].  Şəhərin sənayesi ixtisaslı kadr,  dəzgah və ava- 
danlıqla, xammalla tam təmin edilmişdir.
Xankəndi şəhərinin sənayesi özünün çoxsahəliliyi ilə fərqlənirdi. Burada is- 
tehsal olunan sənaye məhsullan dünyanın bir çox ölkələrinə ixrac edilirdi. Lakin
1945-1960-cı illərdə Xankəndi şəhərində sənayenin inkişafina baxmayaraq, zid- 
diyyətli anlar da mövcud olmuşdur. Belə ki, müəssisələrdə dövlət intizamının po- 
zulması,  köhnə  müəssisələrin yenidən  qurulması prosesinin  ləngiməsi,  Dağlıq 
Qarabağın erməni rəhbərlərinin ciddi nöqsanlan, onlann məhsulun keyfıyyətinə 
yox, kəmiyyətinə fikir verməsi, rəhbərliyin inzibati amirlik metodlan, müəssisə- 
lərdə işləyən az-çox azərbaycanlı fəhlələrə ögey münasibət, sənaye müəssisələ- 
rinin yerləşdirilməsində hökm sürən volyuntarizm və azərbaycanlılar yaşayan kənd- 
lərin bu siyahıdan çıxanlması və başqa bu kimi mənfi hallar müşahidə edilmişdir.
Beləliklə,  1945-1960-cı  illərdə  ziddiyyətli  və  qeyri-sabit də  olsa,  Xan- 
kəndi şəhərində yeni sərvaye sahəSəri əmələ gəldi və bununla da işsizlik prob- 
lemi aradan götürülməklə istehsal xeyli artdı. Mərkəz isə öz iqtisadi təməlini 
möhkəmləndirmək üçün Azərbaycanı öz xammal bazasına çevirməklə yeraltı 
və  yerüstü  sərvətlərimizin  talan  edilməsini  daha  da  sürətləndirdi.  İstehsal 
olunatı sərvaye məhsulları Rusiyaya və Ermənistana daşmırdı.
Yüklə 299,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin