Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə214/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   210   211   212   213   214   215   216   217   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Şari de Qollun 
rəhbərlik etdiyi 
Fransa antifaşist müqavimət hərəkatında 2 min nəfərə yaxın 
azərbaycanlı iştirak edirdi. Azərbaycanın igid oğlu 
Əhmədiyyə Cəbrayılov 
(təxəllüsü "Armed Mişel") bu hərəkatda fəal iştirakına və şəxsi şücaətinə görə 
Fransanın Milli Qəhrəmanı 
adma layiq görülmüş və hərbi paradda əsgərə 
generaldan irəlidə addımlamaq kimi çox şərəfli hüquq verən 
hərbi medalla 
təltif olunmuşdu. 
Azərbaycan mühacirəti müharibə illərində 
Milli legionun yaradılması 
Hitler Almaniyası ilə müharibəyə səfərbər olmuş azərbaycanlı zabit və 
döyüşçülərin bir hissəsi Vətənimizi istila etmiş bolşevik Rusiyasına nifrət 
etdiklərindən qəsdən əsir düşüb, alman əsgərləri ilə birlikdə Sovet rejiminə qarşı 
mübarizə aparmaq və Azərbaycanın istiqlaliyyətini bu yolla bərpa etmək 
niyyətində idilər. Bolşevik istilasından sonra vətəndən kənarda - mühacirətdə 
yaşamağa məcbur olan siyasi mühacirlərin bir hissəsi müharibə dövründə 
azərbaycanlı hərbi əsirlərdən 
milli hərbi hissələrin yaradılması 
və ən əsası 
Hitler Almaniyasının 
Azərbaycanın müstəqilliyini tanıması 
istiqamətində 
fəaliyyətə başlamışdılar. Azərbaycanın mühacirətdə olan bir çox nüfuzlu 
şəxsləri, 0 cümlədən 
Məmməd Əmin Rəsulzadə 
Berlinə dəvət edilmişdi. Siyasi 
mühacirlər hərbi əsirlər içərisindən azərbaycanlıların tapılaraq ölümdən xilas 
edilməsində böyük rol oynamışdılar. Belələrinin sayı isə 150 min nəfərdən çox 
idi. Müharibədə azərbaycanlı hərbi əsirlərdən ibarət olub, Almaniyanın 
tərəfində vuruşacaq 
Milli legionun 
yaradılmasında vətənpərvər zabit 
Əbdürrəhman bəy Fətəlibəyli > Düdənginskinin 
xüsusi rolu olmuşdur. 
1940-
cı ildə Moskva Hərbi Akademiyasını bitirərək Sovet ordusunda mayor 
rütbəsinədək yüksəlmiş Ə.Fətəlibəyli Baltik sahilləri uğrunda aparılan 
döyüşlərin birində almanlara əsir düşmüşdü. O, 1941-ci ilin noyabrında Hitlerə 
məktub yazaraq Azərbaycan legionlarmm yaradılmasının zəruriliyi fikrini 
bildirmişdi. Ə.Fətəlibəyli onun və digər azərbaycanlıların Hitler Almaniyası ilə 
nəyə görə əməkdaşlıq yolu tutduğunu Biçeraxova məktubunda belə izah edirdi: 
"Biz atalarımızın ənənələrini tapdalayıb, xalqımızı kölə halına salan, Hitlerlə 
Polşanı bölən. Baltik ölkələrinin müstəqilliyini əlindən alan, Finlandiyanı 
darmadağın edən böyük Rusiya uğrunda savaşa bilməzdik. Ona görə də 
almanların tərəfinə keçərək bolşevizmin kölə etdiyi digər xalqlarla birlikdə 
Vətənin azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qoşulmuşduq." 1942-ci 
ildə yaradılan 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin