Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


Ukraynanın  alman  faşistlərindən təmizlənməsində iştirak edən  223- cü Azərbaycan diviziyası



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə212/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   208   209   210   211   212   213   214   215   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Ukraynanın 
alman 
faşistlərindən təmizlənməsində iştirak edən 
223- cü Azərbaycan diviziyası 
eyni zamanda 
Bolqarıstan, Macarıstan, Rumıniya 
və 
Yuqoslaviyanın 
alman 
əsarətindən xilas edilməsində böyük hərbi rəşadət göstərmişdi. Yuqoslaviyanın 
paytaxtı Belqradı azad etdiyinə görə 
"Belqrad" diviziyası 
adlandırılan bu hərbi 
birləşmə 8200 kv.km. ərazini almanlardan azad edərək, düşmənin 45 mindən 
çox əsgər və zabitini məhv etmiş və 44 min nəfərə yaxınını isə əsir almışdı. 
Diviziyanın qəhrəman döyüşçüləri almanların 28 təyyarəsini, 113 tank və döyüş 
maşınını, 860 səhra topunu və minaatan qurğusunu məhv etmişdi. Diviziyanın 
20 nəfər azərbaycanlı döyüşçüsünə Sovet İttifaqı Qəhrəmanı 
adı verilmişdi. 
Görkəmli tarixçi - alimimiz Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun 
da 
bir zabit kimi sıralannda vuruşduğu 
271-ci Azərbaycan diviziyası
314 


("Qorlovka") Polşa və Çexoslavakiyanın azad edilməsində xüsusilə 
fərqlənmişdi. Şəxsi heyətinin 70%-i azərbaycanlı olan 227-ci atıcı diviziya 
SSRİ- nin sərhədlərinin bərpa olunması ilə nəticələnən Yassı - Kişinyov 
əməliyyatında, həmçinin Macarıstan və Çexoslavakiyanın azad edilməsində 
iştirak etmişdi. Ümumiyyətlə, Ukraynanın azad edilməsi uğrunda döyüşlərdə 
Azərbaycanın 20 igid oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 
Sovet ordu hissələrinin Dnepr çayını maneəsiz keçməsinin təmin edilməsində 
fövqəladə igidlik göstərərək Sovet İttifaqı Qəhrəmanı adını almış Səlahəddin 
Kazımov, Məlik Məhərrəmov və Məmməd Məhərrəmov da onların arasında idi. 
Müharibənin gedişində igid təyyarəçimiz Adil Quliyev düşmənin 18 
təyyarəsini məhv etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq 
görülmüşdü. 
Azərbaycanlı döyüşçülər SSRİ-nin və Avropanın işğal olunmuş 
ərazilərində partizan və müqavimət hərəkatında alman faşistlərinə qarşı 
qəhrəmanlıqla vuruşurdular. Belorusiyada Ələkbər Əliyevin başçılıq etdiyi 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin