Hüseynbala Əliyev 1941-ci ilin iyulun 17-də
Leninqrad uğrunda gedən qeyri -
bərabər döyüşdə almanların 6 hərbi təyyarəsini vurmuş, ölümcül yaralansa da,
öz təyyarəsini sağ - salamat yerə endirmişdi.
1941-ci ilin dekabr ayında
Moskva uğrunda gedən döyüşlərdə
İsrafil Məmmədov kiçik bir dəstə ilə hitlerçilərin bir batalyonunun hücumunun
qarşısını almış və şəxsən özü onlarla faşisti məhv etmişdi.
Göstərdiyi şücaətə görə İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını almış ilk azərbaycanlı oldu. Moskva uğrunda gedən qanlı döyüşlərdə Həzi Aslanov, Müseyib
Allahverdiyev və İdris Vəliyev qeyri - adi qəhrəmanlıq göstərmişdilər.
55-ci xüsusi tank alayının komandiri podpolkovnik
Həzi Aslanov 1942-
ci il noyabr - 1943-cü il fevral aylarında baş vermiş məşhur
Stalinqrad vuruşmasında mahir hərbi sərkərdə olduğunu bir daha sübut etmişdi. Onun tank
alayı düşmənin 49 tankını, 14 minamyot batareyasını, 3 piyada rotasmı məhv
etmiş, 144 nəfər alman hərbiçisini əsir götürmüşdü. 1942-ci ilin dekabrın 31-də
Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. Ümumiyyətlə, Sovet
ordusu Stalinqrad vuruşmasında Hitler Almaniyasına sarsıdıcı zərbə vurmuşdu.
Hitlerin ən çox inandığı feldmarşal Paülyüs başda olmaqla 24 general,
həddindən çox sayda - 330 min nəfər əsgər və zabit əsir alınmış və bu qələbə
nəticəsində müharibənin gedişində əsaslı dönüş baş vermişdi. Maraqlıdır ki,
Paülyüsün əsir alınmasında yaxından iştirak edən azərbaycanlı kəşHyyatçılar Əli Kərimov və
Həmzə Sadıqov bu zaman göstərdikləri igidliyə
görə Qırmızı Ulduz ordeninə layiq görülmüşdülər.
Hitler Almaniyasının bütün Qafqazı, Azərbaycanı və xüsusi strateji
əhəmiyyətli Bakı şəhərini zəbt etmək üçün hazırladığı