Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


Partiyasının əsas namizədinin "qələbəsi" təmin olunurdu. Xüsusilə, Ali Sovetə



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə205/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   201   202   203   204   205   206   207   208   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


Partiyasının əsas namizədinin "qələbəsi" təmin olunurdu. Xüsusilə, Ali Sovetə 
seçkilərdə partiyanın əsas namizədi olan kommunistlərin 
308 


çox yüksək faizlə qələbəsi elan edilirdi. Seçkilərdə İosif Stalinin "əsas məsələ 
kimin necə səs verməsində deyil, səslərin kim tərəfindən sayılma- sındadır" 
tezisi əsas götürülürdü. Xalqın seçkidə kimə səs verməsində kütləvi 
repressiyaların da böyük rolu olmuşdu. Seçki məsələsində repressiyaları "böyük 
nailiyyət" kimi qiymətləndirən Stalin 1939-cu ildə keçirilən partiya qurultayında 
çıxışında açıq şəkildə bildirmişdi. "1937-ci ildə Tuxaçevski, Yakir və başqa 
xainlər güllələnməyə məhkum edildilər. Bundan sonra SSRİ Ali Sovetinə 
seçkilərdə iştirak edənlərin 98,6 faizi sovet hakimiyyətinə səs verdi. 1938-ci ildə 
Rikov, Buxarin və başqa xainlər güllələndilər. Bundan sonra müttəfiq 
respublikaların (o cümlədən Azərbaycanın - Red.) Ali Sovetlərinə seçkilərdə 
iştirak edənlərin 99,4 %-i Sovet hakimiyyətinə səs verdi." Sərt nəzarət və kütləvi 
saxtalaşdırmalar şəraitində keçirilən seçkilərin nəticələrinin tam yüz faiz 
göstərilməməsi seçki prosesinə "demokratik" don geyindirmək məqsədi 
güdürdü. Əks halda, xaricdə Sovet hökumətini tənqid edən burjua 
siyasətçilərinin SSRİ-də mütləq monarxizmin və totalitarizmin bərqərar 
edilməsi haqqında söyləntiləri üçün “əsas” verilmiş olardı. SSRİ-də bütün 
hakimiyyəti inhisara almış Kommunist Partiyasının hegemonluğu şəraitində 
keçirilən seçkilərin nəticələri ölkənin, o cümlədən respublikamızın siyasi 
həyatında heç bir dəyişikliyə gətirib çıxartmırdı. SSRİ-nin və Azərbaycan Sovet 
Respublikasının rəhbərləri uzun müddət dəyişməz olaraq qalırdı. Stalin 1922-ci 
ildən 1953-cü ilə qədər SSRİ-ni bir diktator kimi təkbaşına 31 il idarə etmişdi. 
Nəticədə ölkədə onun şəxsiyyətinə pərəstiş yaranmış və Stalin bütə çevrilmişdi. 
Azərbaycanı isə Stalinin şəxsi diktəsi və L. Beriyanın xüsusi nəzarəti altında Mir 
Cəfər Bağırov 1933-cü ilin dekabrından 1953-cü ilədək, 20 ilə yaxın idarə 
etmişdi. 
XII FƏSİL. AZƏRBAYCAN İKİNCİ DÜNYA MÜHARİBƏSİ 
DÖVRÜNDƏ (1939 - 1945-Cİ İLLƏR) 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin