tar, saz və
kamançaya qarşı da, "mədəni
təqib" yürüşləri həyata keçirilirdi. Hətta o dövrün sosializm quruculuğunu
tərənnüm edən Azərbaycan şairlərindən biri olan
Mikayıl Müşfiqin "Oxu tar"
şerinə qarşı başqa bir sovet şairi Süleyman Rüstəm:
Oxuma tar, sus tar. Səni sevmir proletar, misraları ilə başlayan şeirlə cavab
vermişdi.
Qürur hissi ilə belə söyləməyə əsasımız var ki, Sovet hökumətinin
Azərbaycan xalqını milli və dini dəyərlərindən, öz tarixi köklərindən qoparıb
ayırmaq cəhdləri qətiyyən uğur qazanmadı. Məsələn, Azərbaycamn
Ü.Hacı- bəyov, M.Müşfiq, Qurban Primov kimi vətənpərvər ziyalılarımn səyləri
nəticəsində qədim musiqi alətimiz olan tara bəraət qazandırmaq mümkün oldu.
Kommunistlərin xalqımızı "allahsızlaşdırmaq" cəhdləri də yaxşı ki, iflasa
uğradı. Ağır təzyiq və repressiya şəraitində Azərbaycan xalqı milli - mənəvi
dəyərlərini, milli, dini bayram və mərasimlərini qoruyub saxlaya bildi.
Azərbaycanda inzibati - amirlik sisteminin formalaşması və kütləvi repressiyaların həyata keçirilməsi 1920-ci il aprel istilası nəticəsində Azərbaycanda yaradılmış
sovet idarə sistemi sözün tam və əsl mənasında
diktatura idi. Azərbaycanda siyasi
hakimiyyət sərt mərkəzləşdirmə prinsipləri əsasında həyata keçirilirdi. Dövlət,
hökumət orqanlan və ictimai təşkilatlar bütün hakimiyyəti öz inhisarına almış
Kommunist Partiyasının iradəsinə tabe edilmişdi. Bütün rəhbər orqanlannm
qeyri-azərbaycanlıların əlində olduğu
Azərbaycan Kommunist Partiyası heç
özü də müstəqil qurum deyildi və Moskvanın - Sovet dövlətinin başçısı İ.Stalinin
diktəsi altında fəaliyyət göstərirdi. 1933-cü ilin dekabnnda Azərbaycan K(b)P
MK-nm birinci katibi vəzifəsinə gətirilmiş