Komissarlığına başçılıq edirdi. O, Respublikada avtoritar rejimin bərqərar
edilməsi işində M.C.Bağırova sədaqətlə xidmət göstərirdi.
Ümumiyyətlə,
1939-
cu ilədək Azərbaycanın Daxili İşlər və Təhlükəsizlik orqanlarında
işləyənlərin əksəriyyətini qeyri - azərbaycanlılar
təşkil edirdi.
Azərbaycan
SSR-nin cəza orqanlarında o dövrdə çoxlu sayda erməni çalışırdı.
Azərbaycan SSR-də M.C.Bağırovun başçılıq etdiyi
avtoritar sovet
rejimi
xalqımızın vətənpərvər oğullarına, görkəmli ziyalılara, bütün açıq fikirli
adamlara, hətta sovet rejiminə sədaqətlə xidmət
etmiş partiya və dövlət
xadimlərinə qarşı da kütləvi şəkildə repressiyalar (divan tutma) həyata keçirirdi.
Bu zaman M.C.Bağırov türk və müsəlmanların düşməni olan Sumba- tov,
Qriqoryan, Markaryan və başqalan kimi
Azərbaycamn hüquq mühafizə
orqanlarında ən məsul və aparıcı vəzifələrdə çalışan ermənilərin xidmətindən
geninə - boluna istifadə edirdi. Moskvanın direktivlərini danışıqsız
yerinə
yetirən M.C.Bağırovun rəhbərliyi altında işləyən Y.Sumbatovun "məqsədyönlü
və səmərəli fəaliyyətinin" nəticəsi idi ki, Azərbaycamn 51 rayonundan 31-ində
Respublika Xalq Daxili İşlər Komissarlığının yerli şöbələrinə ermənilər başçılıq
edirdilər.
Bu isə Azərbaycanda həyata keçirilən kütləvi repressiyaların
başqa sovet respublikaları ilə müqayisədə daha amansız olmasına gətirib
çıxartmışdı.
Bolşeviklərin bütün Sovet İttifaqında, o cümlədən onun tərkibində
olan Azərbaycan SSR-də nəinki istismarçı siniflərə (kapitalistlər, mülkədarlar,
qolçomaqlar, din xadimləri və
Dostları ilə paylaş: