Partiya və sovet orqanlarının ciddi nəzarəti, ideoloji təzyiqi və sovet cəza
orqanlarının hər cür özbaşınalığı şəraitində də, Azərbaycanın əsl vətənpərvər
şair və yazıçılan kommunistlərin cəfəng ehkamlanna xidmət etmək istəmir,
milli irsimizi qoruyub saxlamağa çalışırdılar. Onlar milli mənafeyimizə uyğun
olan və xalqımızın düşdüyü ağır vəziyyəti açıb göstərən əsərlər yazmaqdan
qorxub çəkinmirdilər. Lakin belə fəaliyyət çox zaman onlann həyatı bahasına
başa gəlirdi.
1920 - 1930-cu illərdə Azərbaycan yazıçı və şairlərinin bir hissəsi yeni
sosialist cəmiyyəti quruculuğunu və sovet rejimini tərənnüm edərək yeni
proletar ədəbiyyatının yaradılması prosesinə fəal şəkildə qoşulmuşdular. Artıq
Süleyman Rüstəm, Səməd Vurğun, Mikayıl Müşviq, Məmməd Rahim, Rəsul
Rza, Mehdi Hüseyn və başqaları Kommunist Partiyasının direktiv göstərişlərinə
əməl edərək öz əsərlərində sovet gerçəkliklərini və yenilikləri partiya və
dövlətin tələb etdiyi şəkildə əks etdirirdilər. Partiya və hökumət bütün zorakılıq
və təzyiq üsullarını işə salsa da, Azərbaycan ədiblərinin böyük əksəriyyətini
yeni proletar ədəbiyyatının xidmətçisinə çevirə bilmədi. Nə qədər qəribə də
olsa, 1937-ci ilədək Azərbaycan ədəbiyyatında real hakimiyyət yeni proletar
yazarlarımn deyil. Əhməd Cavad və Hüseyn Cavidin başçılıq etdiyi "köhnə"
qələm sahiblərinin əlində idi. Mövcud rejim tərəfindən təqib olunan bu qələm
sahibləri 20 - 30-cu illərdə yazıb - yaratdıqları əsərlərdə diktatura rejiminə,
müstəmləkə zülmünə və xarici əsarətə qarşı çıxaraq azadlıq ideyalarını
tərənnüm edirdilər. Əhməd Cavad rus - sovet istilası nəticəsində müstəqil
dövlətçiliyini itirmiş ölkəsinin düşdüyü ağır vəziyyəti görün necə təsvir edirdi:
Gülmək zatən yox idi.
Ağlamaq oldu yasaq.
Zavallı məğlub ölkə.
Sənə nə hüquq, nə haqq...
Milli şairimiz Hüseyn Cavid isə yaşadığı sovet dövrünü belə qiymət-