Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə195/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   191   192   193   194   195   196   197   198   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

bir 
milyon xırda adama qarşı 
mübarizə apardınız." - 
”On milyonlara qarşı"- 
deyərək 
Stalin 
əlavə etmişdi: "Bu nə isə 
dəhşətli bir şey 
idi və dörd il davam 
etdi." 
1930-cu illərdə 
zorakı kollektivləşdirmə xəttinin həyata keçirilməsinə 
qarşı 
Azərbaycan kəndində güclü müqavimət hərəkatı olmuş, üsyan və çıxışlar 
baş vermişdi. 1930-cu ildə Azərbaycan kəndliləri kolxozlara qalmasın - deyə 
etiraz forması kimi kütləvi şəkildə ev heyvanlarını kəsməyə başladılar. Nəticədə 
respublikada mal və heyvanların sayı yarıbayarı azalmışdı. 1930-cu ildə 
Azərbaycanın 
Gəncə, Nuxa, Zaqatala, Naxçıvan 
və digər bölgələrində sovet 
hakimiyyətinə qarşı kütləvi 
silahlı üsyanlar 
baş vermişdi. Bu üsyanların əsas 
səbəbi zorakı kollektivləşdirmə olsa da, Azərbaycanda sovet hakimiyyət 
orqanlarının kəndli ilə yanaşı, ziyalılara, din xadimlərinə düşmən münasibət 
bəsləməsi və bütün milli qüvvələrə divan tutulması xalqın bütün təbəqələrinin 
sovet rejiminə qarşı silahlı mübarizəyə qoşulmasına təkan vermişdi. 
Qolçomaq və ortabab kəndlilərin də fəal şəkildə qoşulduğu bu üsyan və 
çıxışlar siyasi xarakter daşıyırdı və bütövlükdə 
sovet hakimiyyətinə qarşı 
yönəlmişdi. 1930-cu ildə 
Gəncədə 
sovet hakimiyyətinə qarşı baş vermiş 
üsyanda əhalinin bütün təbəqələri, hətta sovet hökumətinin əsas dayağı 
297 


sayılan 70 nəfər kommunist, 88 komsomol (kommunist gənclər) və 14 milis 
işçisi də fəal şəkildə iştirak etmişdi. Sovet rejimi onun qəsbkarlıq və terror 
siyasətinə qarşı çıxanlara "quldur" damğası vurur, xalqımızın vətənpərvər 
övladlarına qarşı ən amansız cəza üsullarından istifadə edirdi. Gədəbəy 
rayonunda sovet rejiminə qarşı üsyanı yatırmaq üçün hələ 1921-1927-ci illərdə 
Fövqəladə Komissiyanın sədri işləyərkən xalqımızın vətənpərvər övladlarına 
divan tutan, üsyan baş verərkən Baş Siyasi İdarənin sədri vəzifəsində çalışan 
Mir Cəfər Bağırovun başçılığı altında göndərilən Xüsusi cəza dəstəsi 
amansızlığı ilə hamını dəhşətə gətirmişdi. Üsyançılara qarşı əməliyyatın 
uğursuzluğundan hiddətlənən Mir Cəfər Bağırova Gədəbəyin Çay Oba kəndində 
heç bir quldurun gizlənmədiyi, kənddə yalnız dinc sakinlərin olması haqqında 
dəqiq məlumat verilməsinə baxmayaraq, o, 1930- cu il fevralın 19-da 
soyuqqanlıqla kəndin yox edilməsi əmrini vermişdi. Xüsusi amansızlıqla həyata 
keçirilən cəza əməliyyatı nəticəsində "Çay Oba faciəsi" törədilmişdi. Belə ki, 
kəndin 36 nəfər dinc sakini qətlə yetirilmiş, evləri isə yandırılmışdı. Qətlə 
yetirilənlər arasında qadınlar və 14 uşaq da var idi ki, onlardan 9-u 2 yaşla 6 yaş 
arasında idi. Bu faciədən təşvişə düşən Zaqafqaziya Baş Siyasi İdarəsinin 
göstərişi əsasında Azərbaycan K(b)P MK-nm qərarı ilə M.C.Bağırov 
vəzifəsindən götürülsə də, cinayət məsuliyyətinə cəlb edilməmişdi. 
1930-cu ildə Azərbaycanda ən böyük üsyan Şəki - Zaqatala qəzasında 
baş vermişdi. Üsyanın əsas səbəbləri aşağıdakılardır: 1) Sovet hökumətinin fərdi 
kəndli təsərrüfatlarına qarşı tətbiq etdiyi ağır vergi sistemi. Varlı kəndlilərə - 
qolçomaqlara məxsus təsərrüfatlar bütün kəndli təsərrüfatlarının cəmi 3 faizini 
təşkil etdiyi halda, kənd təsərrüfatından yığılan vergilərin 50 faizi onların 
üzərinə qoyulmuşdu. Hökumətin özünün müəyyənləşdirdiyi qaydaya görə bölgə 
əhalisindən kənd təsərrüfatı vergisinin yalnız bir növü alınmalı idi, lakin 12 və 
daha çox növdə vergi yığılırdı. 2) Ərzaq qıtlığı nəticəsində Şəki şəhərində 
qiymətlər 347 faiz artmışdı və fəhlələr gününü çörək növbəsində keçirməli 
olurdular. 3) Dövlətin inzibati - zorakılıq üsullarına və ağır vergi sisteminə 
əsaslanan iqtisadi siyasətinin fərdi kəndli təsərrüfatları ilə yanaşı, azad 
sənətkarlığı da iflasa uğratması. 4) Dini dəyərlərimizə və milli adət - 
ənənələrimizə dövlət səviyyəsində düşmən münasibət bəslənilməsi. Şərqin 
qabaqcıl Universitetlərində ali dini təhsil alanların, hacı, kərbalayı və məşədi 
adını daşıyanlann, oruc tutub, namaz qılanların "sovet hökumətinin düşməni" 
hesab edilərək repressiyaya uğradılması və məscidlərin bağlanması. 5) Sovet 
hökumətinin xalqımızın başına gətirdiyi bütün zülm və bəlaların dövlət 
müstəqilliyimizin itirilməsinin nəticəsi olduğunun əhali tərəfindən yaxşı dərk 
edilməsi və xilas yolunun Milli dövlətin bərpasında axtarılması. 
Heç də təsadüfi deyil ki, 1930-cu il aprel ayının 13-də Şəkidə üsyan 
"Qafqaz azad edilməlidir!" şüan ilə başlamışdı. Molla Mustafa Şeyxzadə- nin 
rəhbərliyi ilə üsyançılar sovet qoşunlarının müqavimətini qıraraq Şəki 
298 


şəhərini tutmuş və haqsız yerə həbs olunan 300 nəfəri həbsxanadan azad 
etmişdilər. Şəkinin ardınca Zaqatala və Balakəndə üsyanın genişlənməsindən 
(üsyançıların sayı 1000 nəfərdən çox idi) qorxuya düşən hökumət bu hərəkatı 
yatırmaq üçün Bakıdan M.C.Bağırovun rəhbərliyi ilə Azərbaycan Dövlət Siyasi 
İdarəsinin qoşunlarını və Daxili İşlər İdarəsinin rəisi erməni Sum- batovun 
başçılıq etdiyi süvari qoşununu və milis dəstələrini bölgəyə yeritmişdi. Hökumət 
qüvvələrinin sərəncamına əlavə olaraq 2 atıcı alay və hərbi maşınlar da 
göndərilmişdi. Hökumət qüvvələrinin apardığı 18 günlük hərbi əməliyyatlar 
nəticəsində 1930-cu il may ayının əvvəllərində üsyan amansızlıqla yatırılmışdı. 
Şəki - Zaqatala üsyanı zamanı 180 nəfər şəhid olmuş, 150 nəfər yaralanmış, 850 
nəfər həbs edilmişdi. Üsyan yatınlandan sonra hökumət qoşunları bölgədə 
qətliam törədərək 1300 nəfəri güllələmiş, həbs olunanlar isə Sibirə və 
Qazaxıstana sürgünə göndərilmişdi. 
Çox maraqlıdır ki, Cənubi Qafqazda təkcə 1930-cu ilin mart ayında baş 
vermiş 50-yə yaxın üsyanın 40-ı Azərbaycanda, qalanları isə Gürcüstan və 
Ermənistanın türk - müsəlman əhalisinin yaşadığı ərazilərdə qeydə alınmışdı. 
Gürcüstanda qolçomaqlarm bir sinif kimi ləğv edilməsinə Tiflis dairəsinin 
türklər yaşayan Qarayazı rayonunda başlanmışdı. Qarayazı rayonunda 1930-cu 
ildə başlayan üsyan o dərəcədə geniş miqyas almışdı ki, nəticədə Cənub - Şərqi 
Azərbaycan, Şimali Ermənistan və Qərbi Azərbaycanda kolxoz hərəkatı iflasa 
uğramışdı. Üsyançılar sovet ordusuna və milis dəstələrinə böyük təlafat 
vermişdilər. Qırmızı ordu hissələri bu hərəkatı da çox böyük çətinliklə 
yatırmışdı. 
1930-cu ildə Naxçıvanda və Ordubadda, Ermənistanın türklər yaşayan 
Vedibasar və Zəngəzur bölgələrində minlərlə kəndlinin qoşulduğu antisovet 
hərəkat çox geniş miqyas almışdı. Üsyançılar kollektivləşmə siyasətindən imtina 
edilməsini, ərzağın hökumətin qoyduğu qiymətlərlə deyil, sərbəst şəkildə 
satılmasını və terrora son verilməsini tələb edirdilər. Üsyançılar Naxçıvanda, 
hətta sovet hakimiyyətini devirib, yerli hökumət yaratmışdılar. Bu üsyan da 
yatırılmış və üsyançılara divan tutulmuşdu. 
1930-cu ildə Şəmkirin Bitdili kəndində "Şəfa verən imamın" zühur 
etməsi haqqında vətənpərvər qüvvələrin ruhanilərlə birlikdə uydurduğu şayiə 
sovet hökumətinin dinimizi kobud şəkildə sıxışdıran tədbirlərindən, amansız 
vergi sistemindən və ədalətsizliyin tüğyan etməsindən narazı qalan əhali 
içərisində çox sürətlə yayılmışdı. Minlərlə adam Bitdili pirinə pənah gətirməyə, 
bölgənin bütün üsyankar qüvvələri burada toplaşmağa başlamışdı. İzdihamdan 
qorxuya düşən sovet hökumətinin cəza orqanlan silaha əl ataraq qocaya, qadına, 
uşağa və şikəstə baxmadan pirə toplaşanlara qanlı divan tutmuşdu. Bununla da. 
Sovet hökuməti Azərbaycan xalqının qəddar düşməni olduğunu bir daha sübut 
etmişdi. 
1920 - 1930-cu illərdə 
Azərbaycan SSR-də mədəni quruculuq tədbirləri 
299 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin