yaradılmış kolxozlar bütün kəndli təsərrüfatlarının 86,5 faizini, bütün əkin
sahələrinin 93,5 faizini özündə birləşdirirdi. Kolxozların yaranması sovet
hökumətinə bütün zəhmətkeş kəndliləri
kollektiv şəkildə istismar etmək
imkanı qazandırmışdı.
Azərbaycan hökumətinin 1930-cu illərdə yaratdığı
Maşın Traktor
Stansiyaları
(MTS) kütləvi kollektivləşmənin dayaq məntəqəsi olub,
kolxozların yeni texnika ilə (traktor, toxum və s.) təmin edilməsində mühüm rol
oynayırdı. Kollektiv təsərrüfatda birləşən kəndlilər, demək olar ki, hüquqsuz
vəziyyətə düşmüşdülər. 1950-ci illərin sonuna qədər kəndlini vətəndaş
saymayaraq ona pasport verməyən sovet hökuməti əslində onları
təhkimli
vəziyyətinə
salmışdı. Kolxozçu kəndlilərin yaşadığı yeri tərk edərək başqa yerə,
şəhərə yaşayış üçün getməyə, hətta qonşu təsərrüfata köçüb orada yaşamağa
belə hüququ yox idi.
Kollektivləşdirmənin həyata keçirildiyi 30-cu illər Sovet hakimiyyətinin
tarixində ən faciəli dövrlərdən biri hesab olunur. Kollektivləşdirmə siyasəti
nəticəsində
SSRİ-nin bütün əsas taxılçılıq bölgələrində dəhşətli aclıq baş
vermişdi.
Çünki SSRİ-nin hər yerində, o cümlədən Azərbaycanda kolxozların
yaradılması prosesində ortababların, xüsusilə qolçomaqlarm təsərrüfatlarının
ictimailəşdirilərək ləğv edilməsi prosesi kənddə bütün əkin - biçin
kampaniyasını sıradan çıxarmışdı.
1942-ci ildə İngiltərənin baş naziri U.Çörçill SSRİ-nin rəhbəri
İ.Stalinlə
görüş zamanı Sovet dövlətinin kollektivləşdirmə siyasəti ilə bağlı onlar arasında
belə bir dialoq olmuşdu.
Ü.Çörçill
soruşur: "Belə düşünürəm ki, bu sizin üçün
çox ağır olub. Axı, siz on minlərlə aristokrata və iri mülkədara qarşı deyil,
Dostları ilə paylaş: