bir zərurət olmadan siyasi məqsəd güdərək əlifbamızı yenidən dəyişdirmişdi.
Elnu
Sovet hökuməti respublikamızın zəngin təbii sərvətlərini və
faydalı qazıntılarını iqtisadi cəhətdən mənimsəmək məqsədilə Azərbaycan
iqtisadiyyatının yalnız Moskvanın mənafeyinə uyğun olan sahələrinin inkişafına
xüsusi diqqət yetirirdi. Neft, neft - kimya və geoloji kəşfiyyat sahəsi öndə
gedirdi. 1923-cü ildə Azərbaycan SSR Geologiya Komitəsi yaradılmışdı.
Neft və neft - kimya sənayesinin tələbatına uyğun olaraq Azərbaycan
alimlərinin elmi axtarışları nəticəsiz qalmadı. SSRİ-nin ABŞ-dan valyuta ilə
satın aldığı benzol - koks məhsuluna ölkədə kəskin ehtiyacı nəzərə alan kimyaçı
alimlərimiz bu qiymətli məhsulun Bakı neft emalı tullantılarından alınması
metodunu kəşf etdilər. Azərbaycan alimlərinin mədən sularından yod alınması
üsulu əsasında Böyükşor gölü yanında Təcrübə yod zavodu inşa edildi.
Neft axtarışı və avtomat qazma işlərində Azərbaycan alimlərinin
hazırladıqlan yeni metodların tətbiqinə başlanıldı.
Fizika elmi sahəsində Azərbaycanlı alim X.İ.Əmirxanovun yarımkeçi-
ricilərin xassələrinin öyrənilməsinə dair nəticələri elmi kəşf kimi
qiymətləndirilmişdi.
Lozanna Universitetinin məzunu Sona Rəhimova Tibbin Oftalmologiya
(göz xəstəlikləri) sahəsində əldə etdiyi elmi nailiyyətlərə görə 1941-ci ildə
Nobel mükafatına təqdim olunmuşdu. 30-cu illərin sonlarında 35 yaşlı Validə
Xaspolad qızı Tutayuk biologiya elmləri doktoru adını alan ilk azərbaycanlı
qadın idi. Sonralar o, Azərbaycan Elmlər Akademiyasının ilk həqiqi üzvü
seçilmişdi.
1923-cü ildə yaradılan "Azərbaycanı öyrənən cəmiyyət" 1935-ci ildə
SSRİ EA-mn Azərbaycan filialına çevrilmişdi. "Azərbaycanı öyrənən
cəmiyyəf'in ictimai elmlər bölməsində Tağı Şahbazi, Vəli Xuluflu, Cəlil
Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Bəkir Çobanzadə, Məmməd
Həsən Vəlili (Baharlı) kimi görkəmli alim və ədiblərimiz Azərbaycamn tarixini,
coğrafiyasını, ədəbiyyatını və ümumiyyətlə, maddi və mənəvi mədəniyyətini
elmi mənbələr əsasında obyektiv şəkildə araşdırırdılar.
1923-cü ildə Azərbaycan Arxeologiya Komitəsi yaradılmışdı. 1926-
1927-ci illərdə İ.l.Meşşaninovun rəhbərliyi altında Azərbaycanın Naxçıvan və
Qarabağ bölgələrində apanlan arxeoloji qazıntılar nəticəsində tunc və ilk dəmir
dövrünə aid abidələr aşkar edilərək tədqiqata cəlb olunmuşdu.
Dostları ilə paylaş: