"kim kolxoza girməsə, o. Sovet hökumətinin düşmənidir," "ya kolxoza, ya da fövqəladə komissiyaya" (yəni güllələnməyə - Red.) şüarları kolxoz quruculuğunda əsas prinsipə çevrilmişdi.
Kollektivləşdirmə dövründə Azərbaycan kəndlisi üç təbəqədən ibarət idi:
yoxsullar, ortabablar, qolçomaqlar. 1930-cu ildən elliklə kollektivləşdirmə xəttinə keçilməsilə əlaqədar yoxsullara arxalanmaq, ortababları öz tərəfmə
çəkmək və qolçomaqları bir sinif kimi ləğv etmək vəzifəsi qarşıya qoyulmuşdu.
Bu siyasəti həyata keçirərkən varlı kəndlilər olan qolçomaqlar bir qayda olaraq
səs hüququndan məhrum edilir, bütün torpaqları və digər əmlakları müsadirə
edilirdi. Yaxşı təsərrüfat qurucusu və məhsul istehsalçısı olan qolçomaqlarla
(ABŞ-da belə kəndli fermer adlanır - Red.)
çox amansız davranan sovet cəza
orqanları tərəfindən onların bir hissəsi güllələnir, qalanlan ailəsi ilə birlikdə
Urala, Sibirə, xüsusilə
Qazaxıstanın çox sərt və soyuq iqlimli bölgələrinə sürgünə göndərilirdilər. Sovet rəhbərliyi, hətta ayrı-ayn bölgələr üzrə
qolçomaqları ləğv etmə planı da müəyyən etmişdi. Bu plan dolmayanda,
ortabab kəndliləri də qolçomaqlarm sırasına daxil edir, onlara da amansızlıqla
divan tuturdular.
Kollektivləşdirmə dövründə "qolçomäqhqdan salma" adı altında
Azərbaycanda 200 min nəfərdən çox kəndli güllələnmiş və ya sürgünə
göndərilmişdi. Azərbaycan SSR-in rəhbər orqanları kolxoz hərəkatım bir yarış
kompaniyasına çevirmişdilər.
Quba, Zaqatala və başqa bölgələr
elliklə kollektivləşdirmə rayonu elan edilmişdi. Gəncə və
Quba dairələri 1931-ci ilə
kimi elliklə kollektivləşdirməni başa çatdırmaq uğrunda yarışa qoşulmuşdular.
Azərbaycan rəhbərliyinin özünün etirafına görə kollektivləşdirmə prossesində
səhv, əyinti və özbaşınalıqlara görə Azərbaycan Sovet İttifaqında birinci yeri
tuturdu. Sovet hökuməti zorakılıq və amansız inzibati üsullarla nəhayət ki,
Azərbaycan kəndində kollektivləşdirmə tədbirlərini başa çatdıra bildi. 1937-ci
ildə Azərbaycan kəndində