neft sənayesinin daha da inkişaf etdirilməsi və texniki cəhətdən yenidən qurulmasının başa çatdırılması, yeni toxuculuq,
kimya və digər sənaye müəssisələrinin tikilməsi nəzərdə tutulmuşdu.
Azərbaycanda sənayeləşdirmənin özünəməxsusluğu onun
əsas və aparıcı sahəsinin neft sənayesi olması idi. Sovet hökuməti Azərbaycan neftinin
həm ümumittifaq, həm də beynəlxalq əhəmiyyətini nəzərə alaraq ilk növbədə
neft sənayesini maliyyələşdirirdi. Azərbaycan qəzalarında sənayenin inkişaf
etdirilməsi isə ikinci dərəcəli vəzifə hesab olunurdu. Sənayeləşdirmə dövründə
neft hasilatını artırmaq kimi birinci dərəcəli vəzifəni yerinə yetirmək üçün
Abşeronun müxtəlif yerlərində yeni neft yataqları istismara verildi. Neft
çıxarılmasında fırlama üsulu ilə quyu qazılmasına və neftin qapalı dərinlik
nasosları ilə çıxarılmasına başlanılması neft maşınqayırması sahəsinin yenidən
qurulmasını tələb edirdi. Hələ 1924-cü ildə işə salınmış Leytenant Şmidt adına
zavod yenidən qurularaq fırlama - qazma dəzgahları və dərinlik nasosları
istehsalına tamamilə yiyələndi. 1926-cı ildə
Suraxanıdakı maşınqayırma zavodu yeni dərinlik nasoslarının istehsalına başladı.
Sənayeləşdirmə dövründə yeni neft emali müəssisələri də yaradılırdı.
Məqsəd benzin və digər neft məhsulları istehsalını artırmaq və
respublikamızdan daşıyıb aparmaq idi. 1926-cı ildə
Bakıda ilk neftayırma - krekinq zavodunun tikintisinə başlandı. 1927-1928-ci illərdə Bakıda
neftayırma, ağ neft - benzin, kükürd turşusu zavodları istismara verildi. 1930-cu
ildə
Bakı - Batum neft kəmərinin (822 km) çəkilişi başa çatdırıldı. Kəmər
neftin ölkəmizdən daha tez və rahat daşınmasını təmin edirdi. Neft hasilatı
sənayesinin inkişaf etdirilməsi nəticəsində Azərbaycanda neft çıxaniması