yeyinti sənaye müəssisəsi 1921-ci ildə
xüsusi sahibkarlara
icarəyə verildi.
Azərbaycan Neft Komitəsinə
("Azəmeft") 1921-ci ildə xaricdən neft
avadanlıqları gətirilməsi, neft və neft məhsullarının xaricdə satışı sahəsində
sərbəstlik verildi. Ali Xalq Təsərrüfatı Şurasına tabe olan bir çox sənaye
müəssisələri təsərrüfat hesabına keçirildi.
Yeni iqtisadi siyasətin tətbiqi nəticəsində Azərbaycan iqtisadiyyatında
müəyyən canlanma baş verdi. Azərbaycan kəndində müəyyən iqtisadi
sərbəstlikdən yararlanan ortabab və varlı kəndli - qolçomaq təsərrüfatlannın
xüsusi çəkisi xeyli artdı. Özünü fəhlə - kəndli hökuməti adlandıran sovet
hakimiyyəti burjuaziyanın və istismarçı siniflərin güclənərək dövlət üçün
təhlükəyə çevrilməsini bəhanə gətirərək 1927-ci ildə yeni iqtisadi siyasətdən
imtina etdi.
Sənaveləsdirnw xəttinin həyata kecirilməsL
1925-ci ilin dekabnnda
SSRİ-də
sosialistcəsinə sənayeləşdirmə xətti
elan edildi. Məqsəd SSRİ-nin
dünyanın qabaqcıl ölkələrindən iqtisadi və texniki cəhətdən geriliyini aradan
qaldırmaqdan, müasir və yeni sənaye sahələri yaratmaqdan ibarət idi. 1926-cı
ilin mayında hazırlanan "Azərbaycan SSR-nin sənayeləşdirilməsinin beşillik
inkişaf proqramf'nda ilk növbədə
Dostları ilə paylaş: