Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


formal  xarakter daşıyırdı, sözdə müstəqil, faktiki isə Sovet  Rusiyasının əlində oyuncaq quruma çevrilmişdi. Çünki  Azərbaycan Sovet



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə184/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   180   181   182   183   184   185   186   187   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

formal 
xarakter daşıyırdı, sözdə müstəqil, faktiki isə Sovet 
Rusiyasının əlində oyuncaq quruma çevrilmişdi. Çünki 
Azərbaycan Sovet 
Sosialist Respublikasının dayağı Azərbaycan xalqı deyil, bu xalqın 
müstəqil dövlətini yıxmış və ərazisini zəbt etmiş işğalçı Rusiya ordusu, bir 
qrup yolunu azmış Azərbaycan kommunisti və erməni daşnak qüvvələri 
idi. 
Müstəqil elan edilmiş Azərbaycan SSR əslində milli kom
 
289 


munist Nəriman Nərimanov tərəfindən deyil, Rusiyanın bölgəyə göndərdiyi 
xüsusi və fövqəladə səlahiyyətli emissarlar S.Orconikidze, A.Mikoyan, S.Kirov 
və erməni daşnakları olan Sarkis, Mirzoyan və başqalan tərəfindən idarə 
olunurdu. Sovet Rusiyasının rəhbərləri Azərbaycanı müstəqil respublika deyil, 
bir əyalət, Bakım isə Rusiyanın əsas yanacaq bazası hesab etdiklərini qətiyyən 
gizlətmir, rəsmi yığıncaqlarda bunu dönə - dönə açıq şəkildə bəyan edirdilər, 
Azərbaycan 
Kommunist 
(bolşeviklər) 
Partiyasmın 
Mərkəzi 
Komitəsinin 1920-ci il noyabrın 8-də Sovet Rusiyasımn rəhbərlərindən biri 
İ.Sta- linin iştirakı ilə keçirilən plenimunda partiyanın tərkibində Azərbaycanın 
müstəqilliyinin tərəfdarı olan Nəriman Nərimanovun və müstəqilliyin əleyhdan 
olan Əliheydər Qarayevin dəstəsi arasında gedən siyasi mübarizə ilə bağlı 
müzakirəyə yekun vuran İ.Stalin açıq şəkildə bildirmişdi: "Mən Azərbaycanın 
müstəqilliyinə tərəfdar deyiləm. Kommunistlərin bir hissəsinin digərindən 
müstəqilliyi ola bilməz. Sovet Rusiyası Bakının yanacağı olmadan keçinə 
bilməz. Burjuaziyanın agentləri dedi - qodu yaradırlar ki, rus gəlib Azərbaycam 
uddu, onlar bu yolla ziyalıları bizim əleyhimizə qaldırırlar... Biz sözdə deməliyik 
ki, Azərbaycan müstəqil ölkədir və xoş niyyətlə Rusiya ilə ittifaqa girmişdir." 
Sovet Rusiyasımn rəhbərlərindən biri olan İ.Stalinin bu fikirləri göstərdi ki, 
1920-ci ilin aprelində milli kommımistlərin (N.Nəri- manov və b.) Azərbaycanın 
müstəqilliyini ölkənin daxilində deyil, onun sərhədlərindən kənarda axtarması 
artıq düzəldilməsi mümkün olmayan çox acı bir nəticə vermişdi. 
M.Ə.Rəsulzadənin sözləri ilə deyilsə, 1918-ci ildə böyük qurbanlar bahasına 
ucaldılmış istiqlal bayrağı qırmızı bir bezə dəyişdirilmişdi. N.Nərimanovun 
başçılığı altında azlıqda olan kiçik bir milli kommunist qrupunun Şərqin 
qapısında nümunəvi bir respublika olacağına ümid etdiyi Azərbaycan işğalçı 
bolşevik ordusunun süngüsü altında, müstəqilliyi ilə yanaşı, yüz minlərlə 
vətənpərvər övladım və çoxlu milli ərazilərini də itirmişdi. Azərbaycan SSR-in 
1920-ci ilin sentyabr ayının 30-da Sovet Rusiyası ilə məcburi surətdə bağladığı 
"hərbi iqtisadi ittifaq" adlandırılan müqavilə heç qeyri - bərabər saziş də deyildi, 
açıqdan - açığa təslim aktı idi. Bu alçaldıcı "müqaviləyə" görə Rusiya və 
Azərbaycan sıx hərbi və maliyyə ittifaqı bağlayır (maddə 1); Rusiya və 
Azərbaycan hökumətləri ən qısa vaxtda hərbi orqanlarını vo hərbi 
komandanlıqlarını, xalq təsərrüfatını, xarici ticarət və təchizat, maliyyə 
orqanlarını, dəmir yol nəqliyyatı və poçt - teleqraf orqanlarını birləşdirirdilər 
(maddə 2). Həmin sənədə əlavə olaraq daha 6 saziş bağlanmışdı; 1) Hərbi - dəniz 
məsələləri üzrə sazişə görə Rusiyanın Xəzər dənizindəki donanmasının 
komandanı, eyni zamanda Azərbaycan donanmasının da komandanı sayılırdı. 2) 
Başqa bir sazişə görə Rusiyanın poçt - teleqraf idarələri üçün müəyyən edilmiş 
qaydalar Azərbaycana da şamil edilir və Azərbaycan öz ərazisindən beynəlxalq 
poçt - teleqraf əlaqələrini Rusiyanın müvafiq orqanlannm nəzarəti altında apara 
bilərdi. 3) Ərzaq siyasətinin birləşdirilməsi haqqındakı sazişə görə əsas 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin