in iştirakı olmadan Sovet Rusiyası ilə menşevik Gürcüstan Respublikası
arasında 1920-ci il mayın 12-də Moskvada bağlanmış müqavilə ilə
Azərbaycanın doğma Zaqatala bölgəsi və digər tarixi əraziləri "mübahisəli"
hesab edilmişdi. Yalnız 1921-ci ilin fevral ayında Gürcüstanda Sovet
hakimiyyəti qurulduqdan sonra Gürcüstan
SSR Zaqatala dairəsinə olan
iddiasından əl çəkmişdi. 1922-ci ildə iki sovet respublikası arasında dövlət
sərhədlərinin müəyyənləşdirilməsi zamanı Moskva Gürcüstamn maraqlarını
əsas götürərək Azərbaycanın tarixi Qarayazı ərazisini iki yerə bölərək yuxarı
hissəsini Gürcüstana vermişdi. Tiflis qəzasından 79 min 600 desyatin ərazi
Azərbaycana qaytarılsa da, 1920-ci illərin ikinci yarısında bir sıra ərazilərimiz
Moskvanın təzyiqi ilə Gürcüstana güzəştə gedilmişdi.
1920-ci il aprel istilasından sonra Azərbaycan əslində Moskvadan
Bakıya göndərilmiş bolşevik və daşnak emissarları - S.Orconikidze, S.Kirov,
A.Mikoyan və başqaları tərəfindən idarə olunduğundan N.Nərimanovun başçılıq
etdiyi Azərbaycan hökuməti milli mənafeyi qorumaq iqtidarında deyildi.
1920-ci il aprel istilasından sonra Azərbaycanı işğal etmiş XI Qırmızı
Ordu hissələri daşnak Ermənistanın Azərbaycanın Qarabağ, Zəngəzur,
Naxçıvan və başqa bölgələrinə təcavüzünün və erməni quldur dəstələrinin
müsəlman əhalisinə qarşı törətdiyi qırğınların qarşısını almaq əvəzinə,
azərbaycanlıların tərk - silah edilməsi ilə məşğul idi. Bu zaman Sovet Rusiyası
Azərbaycan SSR-in iştirakı olmadan daşnak Ermənistanı ilə ərazi məsələləri ilə
bağlı gizli şəkildə danışıqlar aparırdı. Sovet Rusiyası ilə Ermənistan
Respublikası arasında 1920-ci ilin avqust ayının 10-da bağlanmış altı mad- dəlik
sazişlə Azərbaycanın Şərur - Dərələyəz bölgəsinin
Ermənistana məxsusluğu
təsdiq edilmiş, Zəngəzur, Naxçıvan və Qarabağ bölgələri isə "mübahisəli
ərazilər" hesab olunmuşdu. Azərbaycan hökumətinin başçısı N.Nərimanovun bu
sazişlə bağlı qəti etirazları Sovet Rusiyasının rəhbəri V.İ.Lenin və həmin sazişin
müəllifi olan Rusiya Xarici işlər naziri G.Çiçerin tərəfindən bir qayda olaraq
qulaqardına vurulurdu.
Naxçıvana gəlincə, xoşbəxtlikdən 1920-ci ilin mayından burada o
zaman Sovet Rusiyası ilə müttəfiq olan Türkiyənin qoşun hissələri yerləşmişdi.
Veysəl paşanın başçılıq etdiyi türk qoşunlan Naxçıvanın erməni təcavüzündən
qorunmasında həlledici rol oynayırdı. Qırmızı Ordu hissələri isə Naxçıvan
bölgəsinə 1920-ci il iyul ayında daxil olmuş və iyulun 28-də Naxçıvan SSR
yaradılmışdı. Naxçıvan İnqilab Komitəsi Naxçıvanı Azərbaycanın ayrılmaz
tərkib hissəsi elan etmişdi.
1920-ci il noyabr ayının 29-da Ermənistanda
Sovet hakimiyyəti
qurulduqdan sonra Sovet Rusiyasının mübahisəli hesab etdiyi ərazilər uğrunda
mübarizə yeni mərhələyə daxil oldu. 1920-ci il dekabrın 1-do Nəriman
Nərimanov rəhbərlik etdiyi Azərbaycan İnqilab Komitəsi adından Ermənistanda
Sovet hakimiyyətinin qurulması münasibətilə bəyanat verildi. Moskvanın
Qafqazdakı emissarı, Rusiya Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi
Komitəsinin Qafqaz Bürosunun üzvü
286
S.Orconikidzenin diktəsi altında çox tələskənliklə hazırlanmış həmin bəyanatda
deyilirdi: *’Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında
heç bir sərhəd
yoxdur. Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının
bölünməz ərazisidir, Dağlıq Qarabağın əməkçi kəndlilərinə (yəni ermənilərə -
Red.) isə öz müqəddəratını təyin etmək hüququ verilir. Sovet Azərbaycanının
qoşunları Zəngəzurun ərazisindən çıxarılır”. Bu bəyanat Türkiyə tərəfindən qəti
etirazla qarşılandı. Naxçıvanda isə əhali kəskin çıxışlara başladı. Azərbaycan
hökuməti tərəfindən gərginliyi azaltmaq üçün bölgəyə göndərilən Ədliyyə
Komissarı və Azərbaycanın Rusiyadakı səlahiyyətli nümayəndəsi Behbud bəy
Şahtaxtinski 15 dekabr
1920-
ci ildə Naxçıvan camaatı qarşısında böyük
vətənpərvərliklə etdiyi
çıxışında açıq şəkildə bildirmişdi: "Azərbaycan hökuməti sizi torpağınızla
birlikdə Ermənistana satıb. Siz torpağınızla birlikdə öz müstəqilliyinizi
saxlamaq istəyirsinizsə, burada arxalana biləcəyiniz yeganə qüvvə Türkiyə
qoşunlarıdır. Xalq bu qoşunların ətrafında sıx birləşməlidir.
Sizin
müstəqilliyinizi və torpağınızı yalnız onlar qoruyacaq və sizi ağır fəlakətdən
xilas edəcəklər”.
Dostları ilə paylaş: