üç milyon ton neft daşımb apanimışdı ki, bu Bakıda hasil
olunan bütün neftin 90%-i demək idi. Ən dəhşətlisi o idi ki, Azərbaycamn
ehtiyaclan üçün neft normasım da Rusiya müəyyənləşdirirdi. 15 faizlik bu payı
da Azərbaycan vaxtlı - vaxtında ala bilmirdi. Üstəlik
Azərbaycan əhalisinə neft Rusiya və digər Sovet respublikalarından baha satılırdı. Neft sənayesini çıxmaqla, iqtisadiyyatımızın milliləşdirilmiş bütün
sahələrini idarə etmək üçün Azərbaycan SSR
Ali Xalq Təsərrüfatı Şurası yaradıldı.
1920-
ci il may ayının 15-də dinin dövlətdən ayrılması haqqında dekret imzalandı və Azərbaycanda bütün dini ayin və mərasimlərin icrası
qadağan edildi. Beləliklə, Sovet hökuməti xalqımızın 1200 ildən çox ibadət
etdiyi dini etiqadına qadağa qoyaraq Azərbaycan vətəndaşlannm vicdan azadlığı
hüququnu kobud şəkildə pozdu. Azərbaycan İnqilab Komitəsinin
1920-ci il 23 sentyabr tarixli dekreti ilə kənd yerlərində
yoxsul komitələri yaradılmasına
başlandı. 1921-ci ilin yazında həmin komitələr kənd sovetləri ilə əvəz olundu.
1921-
ci il mayın 6-da Bakıda keçirilən I Sovetlər qurultayında
Azərbaycan SSR-nin ilk Konstitusiyası qəbul olundu. Bu Konstitusiya ilə
Azərbaycanda bolşeviklərin əslində Moskvanın əlində oyuncaq olan hakimiyyət
orqanlarının fəaliyyəti "qanuniləşdirildi". Zəhmətlə məşğul olmayanlar seçki
hüququndan məhrum edildi. Azərbaycan İnqilab Komitəsi ləğv edildi. Bundan
sonra Qurultayda seçilən
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi (MİK)
ölkədə ali qanunverici orqan elan olundu.
Azərbaycan SSR Xalq Komissarları Soveti (XKS) isə ali icra orqanı kimi fəaliyyət göstərirdi.
Sovet işğal rejiminə qarşı müqavimət hərəkatı 1920-ci il 28 aprel istilasından dərhal sonra bolşeviklərin Azərbaycanda
həyata keçirdiyi "qırmızı terror", XI Ordu hissələrinin Bakıda və bölgələrdə
özünü əsl işğalçılar kimi aparması, milli ordunun və donanmanın ləğv
edilməsinə və milli zabit kadrların məhv edilməsinə