Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


Koalisyon hökumətin təşkil edilməsi



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə174/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   170   171   172   173   174   175   176   177   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Koalisyon hökumətin təşkil edilməsi 
Azərbaycanı xarici işğaldan xilas etdi. 
Dekabnn 28-də müttəfiqlərin Bakıdakı nümayəndəsi 
general Tomson 
F.Xoyskinin sədrliyi ilə yaradılmış koalisiyon hökuməti Azərbaycanda yeganə 
qanuni hakimiyyət kimi tanıdı. Bunun ardınca 
İngiltərə hökuməti 
Azərbaycan 
dövlətini rəsmən tanıdığım bildirdi və 1919-cu ilin yayında qoşunlanm 
Azərbaycandan çıxartdı. 
Milli hökumət öz xarici siyasətində 
qonşu dövlətlərlə münasibətlərə 
böyük əhəmiyyət verirdi. 
Borçalı, Tiflis və Sığnaq qəzalarının 
başdan - başa 
müsəlmanlardan ibarət olan bölgələrinə 
Azərbaycanın 
haqlı ərazi iddiaları, 
Gürcüstanın isə Zaqatala dairəsinə 
haqsız torpaq iddiası ilk vaxtlar iki dövlət 
arasındakı münasibətləri kəskinləşdirmişdi. Lakin çar generalı De- nikin 
ordusunun Dağıstana hücumu və cənuba doğru irəliləməsi 
Azərbaycan - 
Gürcüstan əməkdaşlığını 
həyati əhəmiyyətli məsələyə çevirdi. 1919-cu il 
iyunun 16-da iki dövlət arasında üç il müddətinə 
hərbi - müdafiə paktı 
(ittifaqı) 
imzalandı. Bu pakta görə Azərbaycanın və Gürcüstanın müstəqilliyi və ərazi 
bütövlüyü hər hansı dövlət tərəfindən hərbi müdaxiləyə məruz qalardısa, tərəflər 
bir - birinə hökmən hər cür hərbi yardım göstərməli idilər. Azərbaycan və 
Gürcüstanın Ermənistanı da bu pakta cəlb etmək cəhdləri uğursuz oldu. 
Ermənilər əksinə, Denikinlə Azərbaycan əleyhinə gizli danışıqlar apa- nrdılar. 
16 iyun 1919-cu il müqaviləsinin şərtlərinə uyğun olaraq Gürcüstan 
Azərbaycana xeyli sayda hərbi texnika və silah - sursat göndərdi, hətta birgə 
Hərbi Şura 
da yaradıldı. 
Əlimərdan bəy Topçubaşovun 
başçılığı altında İstanbulda və Parisdə 
Azərbaycan diplomatlarının Qacar dövləti ( indiki İran) ilə apardığı danışıqlarda 
Qacar tərəfi mövcud şəraitdə müsəlmanların birliyinin və qardaşlı- ğımn tarixi 
zərurət olduğunu bildirirdi. Qacar hökümətinin xarici işlər naziri Əliqulu xan 
Ə.M.Topçubaşovla danışıqlar zamanı belə bir həqiqəti də dilə gətirmişdi: "İndi 
biz müsəlmanlar gərək bir yerdə olaq... Qafqazda ilk növbədə ruslar, sonra isə 
gürcülər və ermənilər əvvəl sizi, sonra isə bizi yeyəcəklər." Sözdə Azərbaycanın 
müstəqilliyinə tərəfdar olduğunu bildirən Qacar hökuməti işdə Paris sülh 
konfransında 1813-cü il Gülüstan sülhünə qədərki sərhədlərin bərpa edilməsi 
tələbini irəli sürərək Cümhuriyyətin bütün ərazisinə iddia qaldırmışdı. Lakin bir 
qədər sonra Tehran hökuməti Qafqaz 
274 


siyasətini dəyişərək təcavüzkar Sovet Rusiyasi ilə qonşu olmaqdansa, 
Azərbaycanı və digər Cənubi Qafqaz respublikalarım tanımaqla Rusiya ilə öz 
arasında qoruyucu bufer zona yaratmağı üstün tutdu. 1919-cu il noyabrın 1- də 
Parisdə iki dövlət ilə arasında saziş bağlandı, Qacar höküməti Azərbaycanın 
müstəqilliyini tanıdı. Nəticədə iki ölkə arasında diplomatik münasibətlər 
yaradıldı. 1920-ci il martın 20-də Azərbaycanla Qacar dövlə- ti(tran) arasında 
bağlanmış "sülh və dostluq haqqında" müqaviləyə görə Qacar hökuməti 
Azərbaycanın müstəqilliyini de - yure tanıyırdı. İki ölkə arasında gömrük, 
ticarət poçt - teleqraf və konsul əlaqələri haqqında sazişlər də imzalandı. 
Nəticədə Tehranda Azərbaycanın səfirliyi, Təbrizdə isə Azərbaycanın baş 
konsulluğu fəaliyyətə başladı. 
Milli hökumət indiki Dağıstan ərazisində yaranmış Dağlılar 
respublikası ilə 1918-ci ilin oktyabr - noyabr aylarında bir neçə müqavilə 
bağlayaraq bu respublikaya 10 milyon manat yardım da göstərmişdi. 1919-cu 
ildə Dağlılar respublikası Denikinin təcavüzünə məruz qalmış və bizim qədim 
Dərbənd şəhəri də işğal olunmuşdu. Denikinin əsas məqsədinin bütün 
Azərbaycanı işğal etmək olduğunu aydın surətdə dərk edən Cümhuriyyət 
hökuməti dərhal nizami ordu hissələrini Şimal sərhədlərimizdə yerləşdirmişdi. 
Milli hökumət mövcud olduğu iki il ərzində nə qədər səy göstərsə də. 
Sovet Rusiyası və Ermənistanla normal münasibətlər yarada bilmədi. Çünki 
Sovet Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan qətiyyətlə imtina 
edir, keçmiş Rusiya imperiyasını bərpa etmək üçün planlar hazırlayırdı. 
Ermənistan isə Azərbaycana düşmən münasibət bəsləyərək, daima ona qarşı 
haqsız ərazi iddiaları ilə çıxış edirdi. 
Cümhuriyyət hökuməti 1919-cu il yanvarın 18-də işə başlayan Paris 
sülh konfransında iştirak etmək üçün Əlimərdan bəy Topçubaşovun başçılığı ilə 
nümayəndə heyəti göndərmişdi. Əsas məqsəd Paris sülh konfransının Ali Şurası 
tərəfindən Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmaqdan ibarət idi. 
Müharibədə qalib gəlmiş Antanta dövlətləri - ABŞ, İngiltərə, Fransa, İtaliya Ali 
Şurada əsas rol oynayırdılar. Azərbaycan nümayəndə heyəti 1919-cu ilin may 
ayının 28-də ABŞ prezidenti Vudro Vilson tərəfindən qəbul edildi. Nümayəndə 
heyətimizin başçısı Əlimərdan bəy Topçubaşovun V.Vilsona təqdim etdiyi altı 
maddədən ibarət olan Memorandumda Azərbaycanın müstəqilliyinin tanınması, 
onun Millətlər Cəmiyyətinin üzvlüyünə qəbul edilməsi, ABŞ-la diplomatik 
münasibətlərin yaradılması, ABŞ-m Azərbaycana hərbi yardım göstərməsi və s. 
tələb olunurdu. Artıq 3 - 4 ay idi ki, Parisdə Azərbaycan və Türkiyənin əleyhinə 
geniş təbliğat aparan ermənilər V.Vilsona Qafqazda cərəyan edən hadisələr 
haqqında çoxlu sayda saxta məlumatlar çatdırmışdılar. Digər tərəfdən İngiltərə, 
Fransa kimi ABŞ da "vahid və bölünməz Rusiya" nm saxlanması mövqeyindən 
çıxış etdiyindən prezident V.Vilson Azərbaycamn tanınması məsələsini hələlik 
açıq saxlamışdı. 
Əlimərdan bəy Topçubaşovun başçılığı altında Azərbaycan diplomat- 
275 


lannın Paris sülh konfransında ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsiz 
qalmadı. Qafqaz üçün Rusiya təhlükəsinin getdikcə artdığı bir şəraitdə 
İngiltərənin xarici işlər naziri lord Kerzonun təklifi ilə 1920-ci il yanvar ayının 
11-də Paris sülh konfransı tərəfindən Azərbaycanın və onun müttəfiqi 
Gürcüstanın müstəqilliyi de - fakto tanındı. Yaponiya fevral ayının 7-də 
konfransın bu qəranna qoşulsa da, ABŞ rəsmi surətdə bundan imtina etdi. 
1920-ci il yanvarın 19-da Paris sülh konfransının Ali Şurasının 
iclasında Azərbaycan və Gürcüstan nümayəndələrinin qaldırdığı Sovet 
Rusiyasının Cənubi Qafqaza hərbi müdaxiləsinin qarşısını almaq üçün İngiltərə 
və Fransa tərəfindən ordu ilə köməklik göstərilməsi məsələsinə baxıldı. Ancaq 
Antanta dövlətlərinin Cənubi Qafqaz respublikalanna ordu göndərmək 
imkanına malik olmaması əsas gətirilərək Azərbaycan və Gürcüstana yalnız 
silah, hərbi sursat və ərzaq yardımı göstərilməsi haqqında qərar verildi. 
Azərbaycan Xalq Cümhuriyyətinin Paris sülh konfransı tərəfindən de - 
fakto tanınması münasibətilə 1920-ci il yanvar ayının 14-ü qeyri - iş günü elan 
olundu, həmin gün Bakıda bayram şənlikləri və hərbi parad keçirildi. 
Azərbaycan Xalq Cümhuriyyətinin tanınması ilə onun beynəlxalq 
vəziyyəti sabitləşmiş və dövlətimiz geniş beynəlxalq əməkdaşlıq dövrünə daxil 
olmuşdu. Artıq Bakıda dünyanın 20-dən çox dövlətinin diplomatik 
nümayəndəlikləri fəaliyyət göstərirdi. Türkiyə, Qacar(İran), Gürcüstan, 
Ermənistan, Dağlılar respublikası, Ukrayna, Krım, Mərkəzi Asiya və digər 
dövlətlərdə Azərbaycanın səlahiyyətli nümayəndələri diplomatik fəaliyyətə 
başlamışdılar. 1920-ci ilin əvvəllərində Qacar dövlətinin tərkibində olan Cənubi 
Azərbaycanın bütün böyük şəhərlərində Cümhuriyyət hökumətinin baş 
konsulluğu və yaxud konsulluğu fəaliyyət göstərirdi. 
Aprel istilası və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu 
Milli hökumətimiz xarici siyasət sahəsində böyük uğurlar qazandığı bir 
şəraitdə Azərbaycan Respublikasının müstəqilliyi üçün Sovet Rusiyasının 
timsalında Şimal sərhədlərimizdən böyük təhlükə yarandı. Sovet Rusiyası 
elementar beynəlxalq hüquq normalanna məhəl qoymayaraq Azərbaycan Xalq 
Cümhurriyətinə qarşı 1920-ci ilin əvvəllərindən hərbi təcavüz planı hazırlamağa 
başladı. Lenin başda olmaqla. Sovet Rusiyası beynəlxalq hüquqa və diplomatik 
münasibətlərin etik normalarına məhəl qoymayaraq tanımaq istəmədiyi 
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə 1920-ci il yanvar ayının 2-də nota 
verdi. 
Həmin 
notada 
Azərbaycan 
hökümətinə 
Rusiyanın 
cənubunda-Azərbaycanla sərhəddə Denikin “hökumətinin” Könüllü ordusuna 
qarşı hərbi ittifaq təklif edilirdi. Xarici işlər nazirimiz Fətəli xan Xoyski 
"Denikin məsələsi"ni Rusiyanın daxili işi sayaraq təklifdən imtina etmişdi. 
Sovet Rusiyasının 23 yanvar 1920-ci ildə göndərdiyi sayca ikinci və daha 
təcavüzkar ruhda olan notasına Azərbaycan hökuməti Denikinə qarşı birgə 
mübarizə aparılması üçün Azərbaycanın tanınmasını əsas şərt kimi 
276 


irəli sürdü. Sovet Rusiyasının əsl niyyəti Azərbaycanı Denikinin qüvvələri ilə 
toqquşdurub sıradan çıxarmaqdan ibarət idi. Maraqlıdır ki, Rusiyadan fərqli 
olaraq Denikin “hökuməti” Azərbaycanı rəsmən tanımışdı. 
1920-ci ilin yazında Denikinçi qüvvələri məğlubiyyətə uğradan Sovet 
Rusiyası Azərbaycan sərhədlərinə qoşun toplamağa başladı. Azərbaycan 
daxilindəki ruspərəst və xəyanətkar qüvvələrin də səfərbər edilməsinə başlandı. 
1920-ci ilin fevralında Moskvanın birbaşa göstərişi ilə yaradılmış Azərbaycan 
Kommunist (bolşeviklər) Partiyasından Rusiya ölkəmizin daxilində dövlət 
çevrilişi hazırlamaq və həyata keçirmək üçün istifadə etməyə çalışırdı. Milli 
hökumətin düşməni olan bolşevik Əliheydər Qarayev 1920-ci il martın 30-da 
Dağıstanda olan sovet qoşunlarının komadanına yazırdı: "ən yaxın günlərdə 
Bakıda çevrilişə hazırlaşınq." Leninin göstərişi ilə Rusiyadan Azərbaycan 
Komunist (bolşeviklər) Partiyasına çevrilişi həyata keçirmək və hərbi məqsədlər 
üçün 15 milyon manat pul, 2 minə yaxın tüfəng və çoxlu silah göndərilmişdi. 
Sovet Rusiyasının Azərbaycana qarşı əvvəl diplomatik təzyiqdən istifadə 
etməsi, sonra hərbi hazırlıqlara başlaması ilk növbədə Bakı neftini ələ keçirtmək 
məqsədi ilə sıx bağlı idi. Sovet Rusiyasının başçısı V.İ. Leninin 1920-ci il 
martın 17-də Qafqaz cəbhəsinin Hərbi İnqilab Şurasına göndərdiyi teleqramda 
açıq şəkildə yazılmışdı: “Bakım ələ keçirtmək bizə (Rusiyaya) olduqca və 
olduqca vacibdir.” Sovet Rusiysısı nəinki Bakını, Azərbaycanı, Gürcüstan və 
Ermənistan Respublikalarını da işğal etməyi planlaşdırmışdı. Bu məqsədlə 
Azərbaycanın şimalına 120- 130 min nəfərə yaxın hərbi qüvvə, çoxlu döyüş 
texnikası cəmləşdirmiş, hətta aviasiya, zirehli qatarlar və Xəzər dənizindəki 
hərbi gəmilər hazırlıq vəziyyətinə gətirilmişdi. 
Sovet Rusiyası ilə gizli danışığa girən Ermənistan daşnak hökumətinin 
bolşeviklərlə qurduğu plana görə Azərbaycanın şimaldan müdafiəsini 
zəiflətmək və xüsusilə, Bakı şəhərini müdafiəsiz qoymaq üçün 1920-ci ilin 
martında Qarabağda qiyamlar təşkil olundu. Eyni zamanda Ermənistanm ordusu 
Qazax və Naxçıvan bölgələrinə hərbi təcavüzə başladı. Azərbaycan 
Cümhuriyyətinin əsas hərbi hissələri erməni daşnaklanna qarşı savaş aparmaq 
üçün Qarabağa, Qazax və digər bölgələrə göndərildiyindən şimal sərhədlərimiz 
tamamilə müdafiəsiz qalmışdı. Bakıda saxlanılan çox kiçik - 2 minlik hərbi 
qüvvə isə dövlət idarələrini qoruyurdu. 1920-ci il aprel ayımn son ongünlüyünə 
qədər Azərbaycanın milli ordusu erməni daşnak qüvvələrini həmin bölgələrdə 
tamamilə darmadağın etdi. Ermənistan hökuməti aprel ayının 26-da banşıq 
təklif etməyə məcbur oldu. Ancaq artıq Azərbaycanın taleyi Sovet Rusiyası 
tərəfindən həll olunmuşdu. Rusiyanın XI Qırmızı ordusu elə həmin gün 
Azərbaycanın sərhədlərini keçmiş və aprelin 27-də Quba və Qusar işğal 
edilmişdi. 
Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasının əsas 
səbəblərindən biri Sovet Rusiyası kimi böyük əraziyə malik, iqtisadi və hərbi 
qüvvə baxımından çox güclü olan bir dövlətin açıq hərbi müdaxiləsinə məruz 
277 


qalmasıdır. Qərbi Avropanın aparıcı dövlətləri gənc Respublikaya hərbi yardım 
göstərməkdən imtina etmişdilər. Üstəlik Sovet Rusiyasının tələbi ilə İngiltərə 
bölgədən və Xəzər dənizindən öz hərbi qüvvələrini çıxarmışdı. 
Sovet Rusiyası geniş sosial bazaya malik olmayan Azərbaycan 
Kommunist (bolşeviklər) Partiyasının Milli Hökumətimizə qarşı hər hansı bir 
üsyan və ya çevriliş təşkil etmək gücündə olmadığını yaxşı dərk etdiyindən, 
Azərbaycana qarşı açıq hərbi müdaxilə variantını seçmişdi. Azərbaycan 
bolşevikləri ilə birlikdə o dövrdə antimilli qüvvəyə çevrilən “İttihad” partiyası 
olsa-olsa, müəyyən pozuculuq işləri və təxribatlar aparmağa yarayırdı. 
Heç şübhəsiz, Cümhuriyyətin yıxılmasında müəyyən daxili amillərin də 
rolu olmuşdur. 1920-ci il martın 30-da Beşinci hökumət kabinetinin istefaya 
çıxması, lakin yeni hökumət kabinetinin yaradılmaması. Parlament daxilində 
Rusiyameylli qüvvələrin fəallaşması, müxtəlif partiya və fraksiyalar arasında 
mübarizənin kəskinləşməsi, hökumət üzvləri arasında Rusiyaya münasibətdə 
fikir ayrılığının mövcudluğu və s. kimi amillər dövlətimizin Rusiyanın açıq 
hərbi təcavüzündən qorunması üçün lazımı tədbirlərinin görülməsini 
çətinləşdirmişdi. Sovet Rusiyasımn XI Qırmızı Ordu hissələri şimaldan hərbi 
təcavüzü davam etdirərək artıq 1920-ci il aprel ayının 27-də Bakı şəhərinin 
yaxınlığına, Biləcəri stansiyasına gəlib çatmışdı. Bu orduya arxalanan 
Azərbaycan kommunistləri aprel ayının 27-də Respublika Parlamentinə 
hakimiyyəti təhvil vermək haqqında ultimatum göndərdi. Ultimatumda 
“yubanmadan hakimiyyətin Nəriman Nərimanov başda olmaqla Azərbaycan 
fəhlə - kəndli hökumətinə təhvil verilməsi tələb olunur, əks halda Xəzər 
dənizindəki Qırmızı donanma tərəfindən Bakı şəhərinin atəşə tutulucağı” 
bildirilirdi. 
Aprelin 27-də Parlamentin M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi sonuncu 
iclasında sosialist fraksiyası və ona yaxın qüvvələr hakimiyyətin bolşeviklərə 
təhvil verilməsi tələbini müdafiə etdilər. Parlamentdə azlıqda qalan qüvvələri 
təmsil edən Məmməd Əmin Rəsulzadə bu tələbə kəskin etiraz edərək 
bildirmişdi: “yalan təbliğata əl atan düşmən bizi aldadır ki, Rusiyadan gələn bu 
ordu guya Türkiyəni xilas etmək üçün gedir. Ancaq Anadolunun imdadına 
getmək bəhanəsi ilə yurdumuza girən işğalçı ordu buradan bir daha çıxmaq 
istəməyəcəkdir.” 
Azərbaycan Parlamenti aprel ayının 27-də rus ordusunun təzyiqləri 
altında hakimiyyətin Azərbaycan müsəlman kommunistlərinə təhvil verilməsi 
haqqında qərar qəbul etdi. Hakimiyyətin təhvil verilməsi haqqındakı 
razılaşmada Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, Azərbaycan 
Kommunist Partiyasının yaratdığı hökumətin müvəqqəti orqan olacağı. Qırmızı 
Ordunun döyüşlə Bakı şəhərinə daxil olmasına yol verilməyəcəyi və s. kimi çox 
mühüm şərtlər əks olunsa da, bımlardan heç birinə əməl olunmadı. 
Razılaşmadan bir neçə saat sonra XI Qırmızı Ordu Bakıya daxil olaraq şəhəri 
işğal etdi. Beləliklə, bütün beynəlxalq hüquq normalarına zidd olaraq Rusiya 
278 


nın hərbi təcavüzü nəticəsində dünya ölkələri tərəfindən tanınmış Azərbaycan 
Xalq Cümhuriyyəti süquta uğradıldı və dövlətimizin ərazisi işğal edildi. 
Bolşeviklər hakimiyyəti qəsb etdilər. Bu hadisələrin fəal iştirakçısı olmuş yerli 
kommunist Həmid Sultanov Azərbaycanda Sovet hakimiyyətinin necə 
qurulmasını belə etiraf etmişdi: “Sovet hakimiyyəti Azərbaycana hazır formada, 
Rusiyanın XI ordusunun süngüsü ilə gətirildi.” 
Azərbaycan Xalq Cümhuriyyəti uğursuz sonluğa baxmayaraq, 
xalqımızın tarixində mühüm rol oynadı. Cümhuriyyətin yaranması ilə 
Azərbaycan XIX əsrin əvvəllərində itirdiyi dövlətçiliyi yenidən bərpa etdi. 
Azərbaycan Xalq Cümhuriyyətinin yaranışı bütün Müsəlman Türk Dünyası 
üçün çox əlamətdar hadisə idi. Çünki Cümhuriyyət Qərb ölkələri tərəfindən 
rəsmi şəkildə tanınan ilk türk və müsəlman respublikası idi. 
XI FƏSİL. AZƏRBAYCAN XX ƏSRİN 20 - 30-CU İLLƏRİNDƏ 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin