Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə182/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   178   179   180   181   182   183   184   185   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR və DOMV-nin təşkili.
Naxçıvan bölgəsinin kimə məxsusluğu ilə bağlı məsələnin ədalətli və tarixi 
gerçəkliyə uyğun olaraq həll edilməsində bölgə əhalisinin ciddi müqaviməti ilə 
yanaşı, qardaş Türkiyənin misilsiz rolu olmuşdur. Naxçıvanın Azərbaycanın 
tərkibində qalmasında həlledici rol oynayan Türkiyə dövlətini və türk 
əsgərlərini indiki nəsillərimiz bu gün də minnətdarlıq hissi ilə yad edirlər. 
Bölgədəki reallığı nəzərə almağa məcbur olan Sovet Rusiyası 
1921-
ci ilin yanvarında Türkiyə, Azərbaycan və Ermənistan nümayəndələrinin 
iştirakı ilə yerli əhali içərisində sorğu keçirmişdi. Sorğunun nəticələrinə görə 
Naxçıvan əhalisinin 90%-i Azərbaycan SSR-in tərkibində qalmaq istədiyini 
bildirmişdi. 
Naxçıvanın Azərbaycanın tərkibində saxlanılmasında Sovet Rusiyası 
ilə Türkiyə arasında 1921-ci il mart ayının 16-da bağlanmış Moskva müqaviləsi 
mühüm rol oynadı. 16 maddədən və 3 əlavədən ibarət olan Moskva 
müqaviləsinin 3-cü maddəsi və birinci əlavəsi Naxçıvana aid idi. Müqavilə ilə 
hər iki tərəf əlavədə göstərilən sərhədlər daxilində Naxçıvan vilayətində 
Azərbaycanın himayəsi altında və Azərbaycanın həmin protektoratlığı heç bir 
üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təşkil etməsinə razı 
olduğunu bildirirdi. Müqavilədə üçüncü dövlət dedikdə heç şübhəsiz 
Ermənistan nəzərdə tutulurdu. Moskva konfransında Naxçıvan məsələsinin 
ədalətli həlli Azərbaycanın maraqları və Türkiyənin təhlükəsizliyi baxımından 
Türkiyə diplomatiyasının böyük qələbəsi idi. Moskva müqaviləsindən sonra da 
Ermənistan Naxçıvana qarşı təxribatlar törətməkdən əl çəkmir, Sovet Rusiyası 
isə bütün bunlara göz yumurdu. 
1921-ci ilin oktyabrında Sovet Rusiyası ilə Türkiyə arasında Qarsda 
aparılan danışıqlarda Azərbaycan Türkiyənin deyil, Ermənistan və Gürcüs 
287 


tanla birlikdə Sovet Rusiyasının tərəfində yer almağa məcbur edilmişdi. 1921-ci 
il oktyabr ayının 13-də Rusiyanın iştirakı ilə Türkiyə və Cənubi Qafqaz 
respublikaları olan Azərbaycan, Gürcüstan və Ermənistan arasında Qars 
müqaviləsi imzalandı. 20 maddədən və 3 əlavədən ibarət olan Qars 
müqaviləsinin beşinci maddəsində Ermənistan Naxçıvanın Azərbaycanın 
himayəsinə verildiyini, Azərbaycan isə bu himayəni qəbul etdiyini təsdiq edirdi. 
Sovet Rusiyasının təzyiqi altında Azərbaycan nümayəndələri Türkiyənin qəti 
etirazına baxmayaraq həmin himayədarlığın Azərbaycanın heç bir üçüncü 
dövlətə güzəştə getməməsi bəndinin Qars müqaviləsində yer almaması ilə 
razılaşmışdılar. Müqavilədə Naxçıvanın bir muxtar ərazi kimi dəqiq sərhədləri 
də müəyyənləşdirilmişdi. 
Uzun sürən çəkişmə və müzakirələrdən sonra nəhayət, 1924-cü il fevral 
ayının 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet 
Sosialist Respublikası (MSSR) yaradılması haqqında dekret imzaladı. 
Yaradılan Muxtar Respublikanın ərazisi 5988,5 kv.km müəyyən olunmuşdu. 
1921-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycanın Zəngəzur 
bölgəsinin böyük hissəsinin Ermənistana verilməsi Naxçıvanın ərazicə 
Azərbaycanın digər torpaqlarından ayrı düşməsinə səbəb oldu. 1929 - 1930-cu 
illərdə Zəngilana və Naxçıvanın Ordubad rayonuna məxsus xeyli ərazinin 
Ermənistana güzəştə gedilməsi nəticəsində muxtar respublikanın ümumi ərazisi 
azalaraq 5,5 min kv.km-ə düşdü. 
Bütün daxili və xarici siyasəti müsəlman və türk xalqlanna qarşı 
yönələn Sovet Rusiyasının Qafqaza geri dönərək bu bölgələri qəsb və işğal yolu 
ilə sovetləşdirməsindən ən çox Ermənistan və Gürcüstan qazandı. 1921- ci ilin 
iyulun 7-də Rusiya Kommunist (bolşeviklər) Partiyasının (RK(b)P) Mərkəzi 
Komitəsinin Qafqaz Bürosunun qərarı ilə Gürcüstan SSR-in iddia etdiyi Lori 
ərazisi və əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Borçalı qəzasının 
mərkəzi hissəsi, 1922-ci ildə Sovet Rusiyasının köməyilə Zəngəzur qəzasından 
405 min desyatin ərazi Ermənistana verilmiş, tarixi türk torpaqlan olan 
Axalkələk və Axısxa isə Gürcüstan SSR-nin tərkibində saxlamimışdı. 
Moskvanın rəhbərliyi altında həyata keçirilən ərazi - sərhəd dəyişiklikləri 
nəticəsində sovet hakimiyyəti dövründə Şimali Azərbaycanın ərazisi 97,3 min 
kv.km-dən azalaraq 86,6 min kv.km-ə düşmüş, tarixi Azərbaycan torpaqları 
hesabına Ermənistanın ərazisi 10 min kv.km-dən 29,8 min kv.km-ə, 
Gürcüstanın ərazisi isə 69,7 min kv. km-ə çatdırılmışdır. 
Azərbaycan hökumətinin 1920-ci il 1 dekabr tarixli satqın bəyanatına 
baxmayaraq, Ermənistan SSR Qarabağın dağlıq hissəsinə olan ərazi iddialarını 
təmin edə bilmədi. Bir qədər sonra səhvini başa düşən Azərbaycan hökumətinin 
başçısı N.Nərimanov 1921-ci il iyunun 8-də Ermənistan hökumətinin Dağlıq 
Qarabağı "Ermənistan SSR-in bir hissəsi" elan edən bəyanatını qətiyyətlə rədd 
etdi. Rusiya Kommunist Partiyasmm Qafqaz Bürosunun 1921-ci il iyulun 4-də 
1. Stalinin iştirakı ilə keçirilən plenumunda çox qəribədir ki, Azərbaycan 
Kommunist Partiyasmm başçısı olmuş S.Kirov və 
288 


Cənubi Qafqaz Sovet Respublikalarına birbaşa rəhbərlik edən S.Orconi- 
kidzenin lehinə səs verməsi ilə Dağlıq Qarabağın Ermənistan SSR-nin tərkibinə 
daxil edilməsi haqqında qərar qəbul olunmuşdu. N.Nərimanovun qəti 
etirazlarından sonra Qafqaz Bürosunun plenumunun 1921-ci il iyul ayının 5- də 
keçirilən iclasında hər halda tarixi ədalət prinsipi bərpa olunaraq tamamilə yeni 
bir qərar qəbul edilmişdi: a) müsəlmanlarla ermənilər arasında milli sülhün 
zəruriliyini, Yuxarı və Aşağı Qarabağın Azərbaycanla daimi əlaqələrini nəzərə 
alaraq, Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın, inzibati 
mərkəzi muxtar vilayətin tərkibindəki 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin