Şuşa şəhəri olmaqla, ona geniş vilayət
muxtariyyəti verilsin; b) Azərbaycan K(b)P MK-ya tapşırılsın ki, muxtar
vilayətin sərhədlərini müəyyən etsin.
Azərbaycan Kommunist (bolşeviklər) Partiyası və Azərbaycan
hökuməti daxilində milli mənafeyimizi qorumağa çalışan qüvvələr bu qərarın
həyata keçirilməsinə müqavimət göstərirdilər. Lakin 2 il keçdikdən sonra
Moskvanın kəskin təzyiqləri altında və S. Orconikidzenin sərt ultimatum
formasında göndərdiyi göstəriş əsasında Azərbaycan Mərkəzi icraiyyə
Komitəsi 1923-cü il iyul ayının 7-də Azərbaycanın tərkibində
Xankəndi mərkəz olmaqla
Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında dekret imzalamağa məcbur oldu. Hələ üstəlik 1923-cü ilin sentyabr ayının
18-də DQMV-nin Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xankəndinin adı
dəyişdirilərək türk düşməni Stepan Şaumyanm şərəfinə Stepanakert
adlandırıldı.
Azərbaycan kommunistlərinin lideri Nəriman Nərimanov Dağlıq
Qarabağa muxtariyyət verilməsini haqlı olaraq Rusiya tərəfindən Azərbaycanın
başına gətirilən fəlakətlərin sonu deyil, başlanğıcı hesab edərək yazırdı:
"Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilir. Azərbaycan Kommunist Partiyası Orconikidze və Stalinin simasında biz türklərə etibar etmir və Azərbaycanın taleyi erməni daşnaklarına tapşırılmışdır". Rusiyanın Qarabağda azlıqda olan ermənilərə Azərbaycanın tərkibində
muxtariyyət verməklə onları siyasi cəhətdən təşkilatlandırması son nəticədə
zamanın sınağından uğurla çıxdı.
Qarabağ məsələsi SSRİ dağılandan sonra
regiona nəzarət etmək üçün Rusiyanın əlində çox güclü təsir vasitəsinə
çevrilmişdir.
Azərbaycan SSR-in formal müstəqilliyinə son aovulmasL 1920-ci il
aprelin 28-də elan olunmuş
Azərbaycan Sovet Sosialist Respublikası yaranışından