ərzaq növləri (çörək, kartof, ət, süd, yağ, yumurta və
s.)
üzrə Rusiyada tətbiq
edilən dövlət inhisarı tədricən Azərbaycana da şamil edilməli idi. 4)
Maliyyə
sazişinə görə
Rusiyanın maliyyə müvəkkili həlledici səs hüququ ilə Azərbaycan
XKS-nin yanında təmsil olunmalı idi. 5)
İqtisadi siyasət haqqında sazişə görə
Azərbaycan öz iqtisadi həyatının bir sıra vacib sahələrini Rusiyanın ixtiyarına
verirdi. 6) İmzalanan sənədlər içərisində ən biabırçısı
xarici ticarət məsələsi
üzrə
saziş idi. Bu sazişə görə Azərbaycan, nəinki xarici ticarət üçün, hətta daxili
ehtiyaclarını ödəmək üçün neft və neft məhsullarını yalnız Rusiya Xarici Ticarət
Komissarlığı və Ali Xalq Təsərrüfatı Şurası ilə müqavilə əsasında ala bilərdi. Ən
maraqlısı o idi ki,
nə Moskva müqaviləsində, nə də 6 sazişin heç birində
Azərbaycanın müstəqilliyinin tanınması, ərazi bütövlüyü haqqında bircə
kəlmə də yox idi.
Müstəqil dövlətin fəaliyyəti üçün mühüm hesab edilən əsas
vəzifələrin və hüquqların Sovet Rusiyasına
təslim edilməsi Sovet
Azərbaycanının iqtisadi müstəqilliyini əlindən almış, onun siyasi müstəqilliyinə
isə yalnız görüntü xarakteri vermişdi. Moskva sazişindən sonra Azərbaycan
SSR-in düşdüyü ağır vəziyyət xalqımız tərəfindən kəskin narazılıqla
qarılanmışdı. 1921-ci ilin mayında Birinci
Ümumazərbaycan sovetlər
qurultayında çıxış edən N.Nərimanov tərəfindən Azərbaycan hökumətinin
yeritdiyi siyasət belə qiymətləndirilmişdi: "Rusiyanı əvvəllər tanımayan
ingilisləri Rusiya ilə müqavilə bağlamağa nə məcbur etdi?- Sözsüz ki, neft. Biz
elan
edəndə ki, bizim neft Sovet Rusiyasına məxsusdur, bu. Sovet
hakimiyyətinin əlində əsas vasitəyə çevrildi". Sonra Nərimanov belə bir acı
etiraf etmişdi ki, "bu zalda sizin yerinizdə müsavatçılar otursaydılar, bunu heç
vaxt etməzdilər,
Dostları ilə paylaş: