Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


biz kommunistlər üçün Sovet Rusiyası neftdən daha



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə186/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   182   183   184   185   186   187   188   189   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

biz kommunistlər üçün Sovet Rusiyası neftdən daha 
qiymətlidir".
1920-ci ilin noyabrında 
Ermənistanda 
və 1921-ci ilin fevralında 
Gürcüstanda 
Sovet hakimiyyəti qurulduqdan sonra Sovet Rusiyası Cənubi 
Qafqazın üç sovet respublikasını bir ittifaqda birləşdirmək, sonra isə bu ittifaqı 
Sovet Rusiyasının tərkibinə qatmaq üçün öz məkrli planlarını həyata keçirtməyə 
başladı. 1921-ci ildə ilk addımlar atılaraq 
Zaqafqaziya respublikaları 
arasında 
gömrük və sərhəd postlannm aradan qaldırılması, xarici ticarət idarələrinin və 
dəmir yollarının birləşdirilməsi haqqında qərarlar verildi. 1922-ci ilin martın 
12-də isə 
Azərbaycan, Gürcüstan və Ermənistan 
sovet respublikaları 
arasında ittifaq müqaviləsi bağlanaraq 
Zaqafqaziya Sovet Sosialist Federativ 
Respublikaları İttifaqı 
(ZSSFRİ) yaradıldı. 1922- ci il dekabrın 4 - 13-də 
Bakıda keçirilmiş Birinci Zaqafqaziya Sovetlər qurultayında yeni ittifaq 
dövlətinin - 
ZSSFRİ-in 
Mərkəzi İcraiyyə Komitəsinin təşkili və 
Konstitusiyasının qəbul edilməsi ilə 
Zaqafqaziya Sovet Federativ Sosialist 
Respublikasının 
(ZSFSR) yaradılması prosesi başa çatdı. Nəticədə 
Azərbaycanın onsuz da tamamilə formal xarakter daşıyan "müstəqilliyinə" son 
qoyuldu. 
Üç sovet respublikasının federasiya şəklində birləşdirilərək vahid 
iqtisadi məkanın və vahid büdcənin yaradılması təkcə Azərbaycan üçün 
sərfəli deyildi. Çünki iqtisadiyyatı zəif olan Gürcüstan və Ermə
291 


nistan Azərbaycanın zəngin sərvətlərindən müftə şəkildə yararlanaraq 
sürətli iqtisadi inkişaf imkanı qazanmışdılar. 
Sovet Rusiyası ZSFSR yaranan 
kimi prosesləri dərhal sürətləndirdi və 1922-ci ilin dekabrın 30-da Moskvada 
Birinci Sovetlər qurultayını çağıraraq Sovet Rusiyası, Ukrayna SSR, Belarusiya 
SSR və ZSFSR-dən ibarət vahid dövlətin - Sovet Sosialist Respublikaları 
İttifaqının (SSRİ) yaradıldığını elan etdi. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin