Neft emalı sənayesinin qısa inkişaf tarixi



Yüklə 24,86 Kb.
səhifə1/7
tarix02.01.2022
ölçüsü24,86 Kb.
#36686
  1   2   3   4   5   6   7
mühazirə 1


Neft emalı sənayesinin qısa inkişaf tarixi
İnsanlara çox qədimdən bəlli olan neftin ilk vaxtlar heç bir sənaye əhəmiyyəti yox idi, ondan yalnız yandırıcı qatışıq hazırlanır, təbabətdə istifadə edilirdi. Neft yalnız XVIII əsrdən başlayaraq sənaye əhəmiyyəti qazandı.

XIX əsrin əvvəllərində sadə texnologiyalı neft emalı qurğuları tikilib istifadəyə verildi. Əsas məqsəd neftdən kerosin aımaq idi. Neftdən alınan benzin və qalıq hissə olan mazut lazımsız bir maddə kimi xüsusi çalalara tökülərək yandırılırdı.

1876-cı ildə rus mühəndisi V.Q.Şuxov tərəfindən maye yanacaqla işləyən forsunkalar ixtira edildi ki, bu da mazutdan yanacaq kimi istifadə olunmasına imkan verdi. XIX əsrin axırlarında daxili yanma mühərrikləri ixtira edildi. Bununla da neftdən alınan məhsullar müxtəlif nəqliyyat vasitələrində işlədilən əsas yanacaq növünə çevrildi. Hazırda digər faydalı yanacaqlara nisbətən neftin çıxarılması, nəql edilməsi, istismarı asan olduğu və ucuz başa gəldiyi üçün neft və neft məhsulları sənayedə daha geniş miqyasda işlədilməkdədir.

Neftin çıxarılması və emalı sahəsində rus alimləri ilə yanaşı, Azərbaycan alimləri də böyük rol oynamışdır.

Xalqımızın ilk neftçi alimi və kimya elmlər doktoru Mövsüm bəy Məmmədbəy oğlu Xanlarov (1857-1921) Azərbaycan neft sənayesinin inkişafına xidmət göstərmiş şəxsiyyətlərdəndir. Bakıda neft sənayesi işçiləri üçün təlim məktəbinin açılması və neft zavodlarında laboratoriyaların yaradılması onun adı ilə bağlıdır.

1928-1932-ci illərdə texniki cəhətdən qabaqcıl neft emalı sənayesi yaradıldı, neftin fiziki emalı üçün yüksək, məhsuldar qurğular işə salındı. 1932-ci ilin sonunda artıq Azərbaycanın neft emalı sənayesində neft və mazutun distilləsi üçün bir sıra güclü, borulu qurğulardan istifsdə edilirdi. Yüksək səmərəliyinə baxmayaraq, bəzi göstəriciləri aşağı olduğu üçün bu qurğularda alınan məhsullar tələbatı ödəmirdi. Yalnız aşqarlar vasitəsilə bu məhsulların keyfiyyətini yüksəltmək mümkün idi. Belə aşqarlar ilk dəfə Azərbaycan alimi akademik Əli Musa oğlu Quliyev və onun əməkdaşları tərəfindən istehsal edildi.

II Dünya müharibəsi illərində Azərbaycan alimlərinin əsas elmi tədqiqatları cəbhəyə lazım olan yanacaq istehsalına yönəldilmişdi. Bu zaman zəngin qarışıqda benzinlərin oktan ədədini (çeşidliyini) yüksəltmək problemi qarşıya çıxdı. Yeksəkoktanlı komponentlər sintez etmək yolu ilə həmin problemi həll edən alimlər sırasında akademik Y.H,Məmmədəliyevin yeri diqqətəlayiqdir.

Hazırda neft emalını daha da dərinləşdirmək, qalıqsız emal texnologiyasını işləyib hazırlamaq, neft məhullarını qənaətlə işlətmək, istilik-elektrik stansiyalarında, iri qazanxanalarda neft məhsullarından imkan daxilində daha az istifsdə etmək və s. Qarşıda duran mühüm vəzifələrdəndir.

Müəyyən mülahizələrə görə Yer kürəsində 90-95 milyard ton neft vardır və onun geoloji ehtiyatı 250-270 milyard tona qədərdir. Neft yataqları dünyanın müxtəlif rayonlarında qeyri-müntəzəm yerləşir. Daha iri neft yataqları Ərəb ölkələrində, Şimali Afrikada, İranda, İndoneziyada, Şimali və Cənubi Amerikadadır.

Qafqazda neft ilk vaxtlar Abşeron yarımadasında, Maykop və Qroznı rayonlarında çıxarılırdı. Sonralar ikinci Bakı adı aalmış Volqaboyu-Ural rayonlarında neft yataqları kəşf edildi.

Kəşflərə əsasən demək olar ki, yerin dərin qatlarında 60 trilyon kub metrə qədər təbii qaz ehtiyatı vardır. Təbii qaz yataqları Qərbi Sibirdə, Komidə Orta Asiyada tapılmışdır.

XX əsrin ikinci yarısında Qərbi Avropa ölkələrində cəmi 20 milyon ton neft çıxarılmışdır. Halbuki hmin ölkələrin zavodları 545 milyon ton neft emal etmək iqtidarında idi. Əksinə, Yaxın Şərq ölkələri 600 milyon tondan çox neft istehsal etdikləri halda, bunun yalnız 10%-ini emal edə bilərdilər. Yerdə qalan hissə Avropa ölkələrinə, ABŞ-a və Yaponiyaya ixrac edilirdi.

Neft və qazın çıxarılması və neft emalı zavodlarına nəql olunması.
Hazırda qazma alətləri vasitəsilə diametri 0,15-0,25 m olan quyular qazımaqla Yerin dərin qatlarından (7000 m və daha artıq) neft çıxarılır. İki əsas qazma üsulundan istifadə edilir: vurma və fırlanma. Vurma üsulunda quyunun dibindəki süxur şaquli istiqamətdə yuxarı-aşağı hərəkət etdirilən və mexaniki bucurqadın köməyilə vaxtaşırı qaldırılıb-endirilən xüsusi baltanın zərbələri nəticəsində parçalanır. Parçalanmış süxur hissəcikləri su ilə qarışaraq, quyu dibində palçıq əmələ gətirir və qatı maye şəklində jelonka vasitəsilə quyudan çıxarılır.

Fırlanma üsulunda isə quyu dibindəki süxur fırlanan baltanın aşağıya doğru hərəkəti nəticəsində parçalanaraq, fasiləsiz dövran edən gilli məhlul vasitəsilə yer səthinə qaldırılır.

Hazırda neft quyuları, demək olar ki, ancaq fırlanma üsulu ilə qazılır. Fırlanma üsulunun iki variantı vardır:

a) Rotor qazıması. Bu halda quyu dibinə endirilmiş balta qazıma boru kəməri vasitəsilə hərəkətə gətirilir;

b) Elektrik qazıması. Bu halda elektrik mühərriki baltanın üstündə yerləşdirilir və quyu dibinə onunla birlikdə endirilir. Burada enerji mənbəyi kimi elektrik cərəyanından və ya dövran edən gilli məhluldan istifadə edilir. Bu üsula turbin qazıması da deyirlər.

Hazırda neft quyuları üç üsulla istismar olunur: fontan, dərinlik nasosu və kompressor.

Fontan üsulu, adətən, təzə qazılmış neft quyularına aiddir. Bu üsulda layın və neftdə həll olmuş qazların təzyiqi nəticəsində neft quyunun ağzına qalxıb, yüksək təzyiqli xüsusi borulardan və trapdan (qazayrıcından) keçərək qapalı çənlərə yığılır.

Trapda qaz neftdən ayrılaraq borularla qazayrıcı zavodlara göndərilir. Orada absorbsiya və kompressiya üsulu ilə yüngül benzin qazdan ayrılır. Benzinsizləşdirilmiş qaz ya tələb olunan yerlərə göndərilir, ya da qazayırıcı qurğularda fərdi karbohidrogenlərə ayrılır və ondan neft-kimya sintezi sənayesində xammal kimi istifadə edilir.

Müəyyən vaxtdan sonra lay təzyiqi azalır. Bu halda neftdən ayrılmış qazlar kompressor üsulu ilə neft quyularına vurulur.

Kompressor üsulunda quyuya iç-içə yerləşdirilmiş iki boru kəməri endirilir. Bu boruların arasındakı halqavari boşluq kompressorla sıxılmış hava və ya neft qazı vurulduqda neft orta qaldırıcı borunun içərisindəki neft-qaz qarışığının sıxlığı laydakı neftin sıxlığına nisbətən azalır. Buna görə də neft orta boru ilə quyunun ağzına qalxıb boru kəmərləri vasitəsilə çənlərə yönəldilir.

Dərinlik nasosu üsulunda neft quyularına böyük dərinlikləərdən neft vura bilən xüsusi (plunjer tipli) nasoslar endirilir.

Son illərdə alimlər tərəfindən öyrənilmiş və neft sənayesində tətbiq olunmuş daha yeni səmərəli üsuldan- neft layında yüksək təzyiq saxlamaqla neft çıxarılmasında fontan üsulundan istifadə edilir.

Qaz yataqlarından qazın çıxarılma üsulu fontan üsulu ilə neft çıxarılmasının eynidir.

Quyulardan çıxarılan neft yüksək təzyiqli trapdan keçərək boru kəmərləri vasitəsilə nisbətən alçaq təzyiqli trapa daxil olur. Burada təzyiqin düşməsi nəticəsində neftdə həll olan qazlar ayrılaraq qaz tutumlarına, oradan da qazayırıcı zavodlara nəql edilir. Qazlardan təmizlənmiş neft öz axını ilə tutumlara yığılır və burada onun tərkibindəki su və mexaniki qarışıqlar çökdürülür. Çökdürülmüş neft susuzlaşdırıcı və duzsuzlaşdırıcı qurğulara daxil olub, su və duzlardan tamamilə təmizlənir və mədən çənlərinə vurulur. Yüngül neftlər həm də sabitləşdirici qurğularda sabitləşdirilir. Susuzlaşdırılmış və sabitləşdirilmiş neft ya magistral boru kəmərləri, ya da dəmiryolu və su nəqliyyatı ilə neft emalı zavodlarına nəql edilir.

G İ R İ Ş

Azərbaycanda zəngin neft və qaz yataqlarının kəşf оlunması, оnun mənimsənilməsi, istehsalı, köməkçi оbyektlərin yerləşdirilməsi və tikilməsi böyük tarixi keçmişə malikdir. Bu xrоnоlоgiya aşağıdakı kimidir.

Yunan tarixçisi Plutarx (b.e.ə 50 – 120 –ci il), ərəb tarixçiləri Əhməd əl-Bəlazuri, Məsud –Əbdül – Hüseyn, Məhəmməd Bərkan, Venesiya səyyahı və taciri Markо Pоlо (1254 - 1324) qeyd etmişlər ki, Abşerоn yarımadasında qara və ağ neft (kerоsin) çıxarılır ki, bu da işıqlandırma, tibb, isitmə məqsədləri üçün istifadə оlunur, dəvə karvanları ilə Şərq ölkələrinə daşınır.

Balaxanı kəndində 35 metr dərinliyində quyudan tapılmış daş üzərindən həkk оlunmuş yazıya görə həmin quyu Allahyar Məmməd Nurоğlu tərəfindən 1594 – cü ildə qazılmışdır.




Yüklə 24,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin