Qrup: Müəllim: Hacıyev Murad



Yüklə 160,43 Kb.
səhifə1/5
tarix25.06.2023
ölçüsü160,43 Kb.
#135039
  1   2   3   4   5
Makroiqtisadiyyat-Azerbaycanda qeyri neft sektorunun UDM-de payi (1)


BAKI AVRASİYA UNİVERSİTETİ


Fənn:Makroiqtisadiyyat 2
Mövzu:Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də payı
Kurs:III

Qrup:

Müəllim:Hacıyev Murad

Tələbə


BAKI2022
Azərbaycanda qeyri-neft sektoru İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, milli iqtisadiyyatda neft sənayesinin sürətli inkişafı fonunda ölkəyə daxil olan investisiyalardan, həmçinin sürətlə artan dövlət büdcəsi gəlirlərindən səmərəli istifadə edilməsi xüsusilə mühüm əhəmiyyət kəsb edir. Dövlətin struktur siyasətinin həyata keçirilməsi bütün bunlarla sıx əlaqəli olub eyni zamanada iqtisadiyyatın digər sahələrinə məqsədli investisiya yatırımları edilməsindən də əhəmiyyətli dərəcədə asılıdır. Milli iqtisadiyyatda neft sənayesinin sürətli inkişafı son nəticədə ixracın strukturunda neft məhsullarının xüsusi çəkisinin artmasına gətirib çıxarır. Buna görə də ixrac gəlirlərinin əsas hissəsi neft gəlirlərindən formalaşır. Bütün bunlar isə son nəticədə milli iqtisadiyyatın, o cümlədən dövlət büdcəsinin neftdən asılılığının yaranmasına gətirib çıxarır. Dünya bazarında neft məhsullarının qiymətində baş verən dəyişikliklər isə bütövlükdə milli iqtisadiyyatın konyuktur asılılığını şərtləndirir. Azərbaycan Respublikası müstəqilliyini qazandığı ilk illərində iqtisadi tənəzzüllə qarşılaşmışdır. 1995-ci ildən etibarən iqtisadi artım təmin edilmişdir. Tədqiqatlar göstərir ki, bu iqtisadi artımın əsəs səbəbi neft sektoruna cəlb olunan investisiyaların və bu sektorla əlaqəli tikinti işlərini artmasının payına düşür. Bu səbəbdən qeyri-neft və neft sektorunda istehsal artım dinamikasını üzrə olan məlumatlar hər iki sektorda iqtisadi artımın eyni sürətli olmadığını qeyri-neft sektorunda iqtisadi artım tepminin daha az olduğu göstərilməkdədir.
Bildiyimiz kimi, qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet istiqamət kimi dövlətimizin iqtisadi siyasətində getdikcə aktual bir məsələyə çevrilmişdir. Bu sahənin ÜDM-da xüsusi çəkisinin artması ölkəmizin sosial-iqtisadi inkişafı fonunda 2016-cı ilin son dövrləri ərzində də davam etmişdir. İqtisadçı ekspertlərin proqnozlarına görə bu il ölkənin ümumi daxili məhsulunda baş verəcək artım birbaşa qeyri-neft sektoru ilə əlaqəli olub, neft sektorunun isə payının azalması ilə müşayət olunacaqdır. Hazırki ildə isə qeyri-neft sektorunun artım sürətinin 12 faizdən çox olacağı gözlənilir. Bu inkişaf prosesinin gələcək illərdə də davam edəcəyi müəyyənləşdirilmişdir. Belə ki, 2013-ci ildəki göstəricilərə görə qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 52,4 faizdən 2018-ci ildə 72,3 faizə yüksələcəkdir. Dövlət büdcəsinin gəlirlərinin bu dövr ərzində formalaşmasında neft sektorunun payı ciddi dərəcədə azalacaqdır ki, bunu da ölkə iqtisadiyyatının diversifikasiya etdirilməsi hesabına iqtisadiyyatımızın neftdən asılığının ildən ilə azaldılması göstərir.

Yüklə 160,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin