Qrup: Müəllim: Hacıyev Murad


Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də payı



Yüklə 160,43 Kb.
səhifə2/5
tarix25.06.2023
ölçüsü160,43 Kb.
#135039
1   2   3   4   5
Makroiqtisadiyyat-Azerbaycanda qeyri neft sektorunun UDM-de payi (1)

Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də payı


Qeyri-neft sektorunun xüsusiyyəti ondan ibarətdir ki, bu sektorda istehsalın real artım sürəti neft sektoru ilə müqayisədə xarici tələbin tərəddüdlərindən ciddi şəkildə asılı deyildir. Bu sektorda real istehsalın artım dinamikası əsasən cəlb olunmuş investisiyalardan, daxili tələbin dəyişməsindən, ölkədə aparılan struktur və institutsional dəyişikliklərdən daha çox asılıdır.
Araşdırmalara görə, Azərbaycan iqtisadiyyatında neft sektorundan fərqli olaraq qeyri-neft sektorunda istehsalın real artımı zəif inkişaf etməkdədir. Bu xüsusilə neft sektoru ilə müqayisədə həmin sektora daha az xarici investisiyaların cəlb olunması və bu sektorun məhsullarına qarşı xarici tələbin zəif olması ilə əlaqədardır.

Yuxarıdakı qrafikdə diqqət yetirsək görərik ki, ÜDM-nin neftdən asılığı yüksəkdir. 2005-ci ildən neftin qiymətinin yüksəlməsi ilə ÜDM artm tempi yüksəlmişdir.
Amma 2008-ci ildə dünyada baş verən qlobal böhranla əlaqi olaraq neftin qiymətinin düşməsi və bu sektora invesstisiyanın azalması ilə 2008 və 2009-cu illərdə ÜDM-nin artım tempi azalmışdır. ÜDM-nin artım tepmi qeyri stabildir. Beynəlxalq Valyuta Fondunun proqnozuna müvafiq olaraq, 2010-cu ildə isə ÜDM-in real artımı 7,4 % təşkil etmişdir. Bu 7,4 %-lik ümumi artım zamanı ölkənin neft sektorunun 11 faizlik artımı, qeyri-neft sektorunun isə 4 faizlik artımı proqnozlaşdırılır.
Ümumilikdə isə, 2009-cu il ərzində ölkə iqtisadiyyatında əsas kapitala yönəldilmiş 7358,7 milyon manatlıq investisiyanın 5374,1 milyon manatı (73,0 faizi) qeyri-neft sektorunun payına düşmüşdür.
2005-2009-cu illər arasında qeyri-neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dinamikası isə aşağıdakı diaqramda göstərildiyi kimi olmuşdur

Son illərdə ölkə iqtisadiyytaında qeyri-neft sektoru bir neçə dəyişikliyə məruz qalmışdır. İstehsalın strukturunda tikinti, kənd təsərrüfatı, rabitə və telekominikasiya, xidmətlər sektorunun xüsusui çəkisi artmış, sənayenin qeyri-neft sektorunun ümumi istehsalda payı xeyli isə azalmışdır.

Yüklə 160,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin