Qrup: Müəllim: Hacıyev Murad


Ticarət və sosial xidmət sahələrinin qeyri-neft sektoru



Yüklə 160,43 Kb.
səhifə3/5
tarix25.06.2023
ölçüsü160,43 Kb.
#135039
1   2   3   4   5
Makroiqtisadiyyat-Azerbaycanda qeyri neft sektorunun UDM-de payi (1)

Ticarət və sosial xidmət sahələrinin qeyri-neft sektorunda xüsusi çəkisi də artmaqdadır. Əhalinin mal və xidmətlərə istehlak tələbin artması və bu sahədə kiçik və orta biznes üçün əlverişli şəraitin qurulması ticarət və xidmət sektorunda yüksək inkişafa səbəb olmuşdur.
Xüsusilə, kapitalın özünü ödəmə prosesinin qısamüddətli və riskin aşağı olması bu sektora investisiyanın artmasına və hal-hazırda bazarın artan tələbini kifayət qədər ödəyə biləcək ticarət və infrastrukturun formalaşması üçün şərait meydana gətirmişdir. Ancaq, təklif potensialı yüksəlməsinə baxmayaraq bazar qiymətləri çox yüksəkdir. Kiçik və orta bizneslər üçün şərait olsa da, böyük bizneslər üçün əlverişli şərait yoxdur. Bu səbəbdən böyük biznesli işlər müəyyən əllərdə cəmlənməkdədir. Bu da qiymət faktorunun birtərəfli olaraq yüksəlməsinə səbəb olur.
Tikinti sahəsində baş verən sıçrayışlı artım infrastruktur layihələrinin artmasıyla yeni yolların çəkilməsi və yeni körpülərin salınması, neft sektoruna cəlb olunan investisiyaların tikinti-quraşdırma işlərinə, lüks yaşayış evlərini tikilməsi, restoran, şadlıq sarayı və hotel və s. binaların tikintisinə olan tələbin artması ilə əlaqədardır.
Bu sahədə çox saylı şirkətlərin və onların arasında rəqabətin movcudluğunu müvafiq bazarda mövcud tələbi kifayət qədər qarşılamaq imkanında olan təklifi təmin etmişdir. Tikinti qeyri-neft sektorunun qeyri-ticari sahəsi olduğundan tikinti bazarında təklif səviyyəsi daxili istehsalın potensiyalından asılıdır. Tikinti bazarında tələbin artan hər bir hissəsi mövcud istehsal potensiyalından artıq olduqda bazar tələb artıqlığına və bunula qiymətlərin artması ilə reaksiya verir. Bu səbəbdən, hal-hazırda tikinti bazarında qiymətlərin ciddi artımının müşahidə edilməsi tələb potesialının çox yüksək olmasıdır.
2009-cu ildə telekommunikasiya və poçt müəssisələri tərəfindən təsərrüfat subyektlərinə və əhaliyə 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz çox, başqa sözlə 684,2 milyon manatlıq rabitə xidmətləri göstərilmişdir. İl ərzində əsas kapitala yönəldilmiş investisiyanın 1,9 faizi,yəni 142,2 milyon manatı rabitə sektorunun payına düşmüşdür və ölkənin regionlarında 19 rabitə müəssisəsinin tikintisi başa çatmışdır.
İnformasiya-kommunikasiya texnologiyalarının dövlət orqanlarında istifadəsinin səmərəliliyinin artırılmasının, əhalinin bu orqanlarla əlaqələrində ünsiyyətinin asanlaşdırılmasının və bürokratik əngəllərin aradan qaldırılmasının, ölkədə yaradılan müxtəlif təyinatlı informasiya sistemlərinin qarşılıqlı uzlaşmasının əsasını qoyulmuşdur.
Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi inkişafını davam etdirir. Bu illər ərzində bu sahəyə ümumi investisiya qoyuluşunun həcmi təxminən 500 milyon ABD təşkil etmişdir və bunun 70 faizi xarici investisiyalar olmuşdu. Xüsusi qeyd olunmalıdır ki, daxili investisiyaların həcmi ildən-ilə artmaqdadır. Nəticədə müxtəlif sahələrdə fəaliyyət göstərən yeni birgə müəssisələr yaradılmışdır.
İqtisadiyyatın infrastrukturu olan nəqliyyatın öncül inkişafı nəticəsində 2008-ci ildə bu sahədə ümumi buraxılışın həcmi 3053,2 milyon manat təşkil edərək, 2003-cü ilin səviyyəsini 2,9 dəfə ötmüşdür. 2003-cü illə müqayisədə 2008-ci ildə nəqliyyat vasitələri ilə istehlakçılara çatdırılmış yüklərin həcmi 73 milyon ton və ya 66,4% artaraq
183 milyon tona çatmışdır. Son 5 ildə dəmir yolu nəqliyyatında yük daşınması 34,6%, avtomobil nəqliyyatında 48,9%, boru kəməri nəqliyyatında 3,2 dəfə artmışdır.
2009-cu ildə nəqliyyat xidmətlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 2263,4 milyon manat təşkil etmişdir. İl ərzində əsas kapitala yönəldilmiş investisiyanın 23,8 faizi, yəni 1749,6 milyon manatı nəqliyyat sektorunun payına düşmüşdür.
2009-cu ildə qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin 6,5 faizi qeyri-neft sənayesinin payına düşmüşdür. Belə ki, 2009-cu ildə qeyri-neft sənayesi üzrə 1025,2 milyon manatlıq əlavə dəyər yaradılmışdır. 2009-cu il ərzində ölkənin regionlarında 71 sənaye müəssisəsinin tikintisi başa çatdırılmış, 92 müəssisənin tikintisi isə davam etdirilmişdir.
2009-cu ildə ÜDM-in 15,7 milyard manatlıq hissəsi, yəni 45,4%-i qeyri-neft sahələrinin payına düşmüşdür.
2005-2009-cu illər ərzində qeyri-neft sektorunda davamlı olaraq iqtisadi artım qeydə alınmışdır. Sadəcə olaraq 2009-cu ildə artım tempi azalmışdır. Bu azalışın səbəb isə qlobal maliyyə böhranı olmuşdur. 2007-ci ilə qədər dünya bazarında neftin qiymətinin yüksəlməsi ilə ölkənin ÜDM-da neft sektorunun payı yüksəlmişdir. Əksinə olaraq isə neftin dünya bazarında bahalaşmasıyla, ölkə iqtisadiyyatında da qeyri-neft sektorunun payı azalmışdır. Lakin 2008-ci il meydana çıxan qlobal maliyyə böhranıyla neft sektorun ÜDM-dəki payı azalmışdır.
2005-2009-cu illər arasında qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin ÜDMdə xüsusi çəkisi və real artım tempi aşağıdakı qrafikdə göstərildiyi kimidir.


Yüklə 160,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin