Qrup: Müəllim: Hacıyev Murad


Kənd təsərrüfatı qeyri neft sektoru



Yüklə 160,43 Kb.
səhifə4/5
tarix25.06.2023
ölçüsü160,43 Kb.
#135039
1   2   3   4   5
Makroiqtisadiyyat-Azerbaycanda qeyri neft sektorunun UDM-de payi (1)

Kənd təsərrüfatı qeyri neft sektorunun prioriter sahəsi hesab olunur. Bu sahə ölkədə istehlak tələbinin əsas komponenti olan ərzaq məhsullarının bilavasitə və dolayı olaraq təklifini təmin edir. Son illərdə kənd təsərrüfatının məhsullarının genişlənməsi üçün şəraitlər artmışdır. Lakin, daxili bazarda olan xarici məhsullarla rəqabətin, habelə məhsuldarlığın aşağı olması kənd təsərrüfatı istesalatının stimullaşmasına imkan vermir. Xüsusilə, bu sahəyə investisya axının az olması bu sahədə istehsal riskinin yüksək olmasıyla əlaqədardır.
2009-cu ildə kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı üzrə yaradılmış əlavə dəyər faktiki qiymətlərlə 2320,6 milyon manat olmuş və 2008-ci illə müqayisədə 3,5 faiz artmışdır. Bu dövrdə əsas kapitala yönəldilmiş investisiyanın 3,5 faizi, yəni 254,0 milyon manatı kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı sektorunun payına düşmüşdür.
Bu il ərzində ölkənin regionlarında 25 kənd təsərrüfatı müəssisəsi tikilib istifadəyə verilmişdir və tikinti sektorunda 2562,2 milyon manatlıq əlavə dəyər yaradılmışdır. İl ərzində əsas kapitala yönəldilmiş investisiyanın 0,4 faizi, yəni 31,3 milyon manatı tikinti sektorunun payına düşmüşdür ki, bu da ötən ilin müvafiq göstəricisindən müqayisəli qiymətlərlə 3,0 dəfə çoxdur.
Regionların inkişaf proqramı çərçivəsində kənd təsərrüfatına dövlətin maliyyə dəstəyi olmasına baxmayaraq, bu sahədəki xərclər azalmamış və onun rəqabət qabiliyyəti istənilən səviyyəyə yüksəlməmiş və bununla ölkə ixracatında kənd təsərrüfatı məhsullarının payı kiçik yer tutmaqda davam edir. Hal-hazırda əsas problemlərdən biri də bu sahədə effektiv aqroservis sisteminin olmamasıdır.

Xarici ticarətdə qeyri neft sektoru


Yüksək ixracat potensialına sahib olmasına baxmayaraqqeyri-neft sektoru ölkə iqtisadiyyatında cəmi 5 %-lik paya sahibdir və bu sahənin real imkanlarına qətiyyən adekvat deyil.
Heç bir qeyri-neft sektoru sahəsinin ixracatdakı xüsusi çəkisi 1 %-ə çatmır, halbuki vaxtilə kimya, maşınqayırma, toxuculuq və aqrar sahənin əhəmiyyətli çəkisi olmuşdur. Bu səbəbdəndir ki, xarici ticarət dövriyyəsi qlobal böhran və ona müvafiq olaraq neftin qiymətinin aşağı düşməsi səbəbindən azalmışdır.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda isə göstərilir ki, son 10 ildə qeyri-neft sektoru 2,6 dəfə artmışdır.
Dövlətin qeyri-neft sektorunun inkişafına verdiyi dəstək sayəsində son 8-10 ildə bu sahədə qazanılan uğurlara rəqəmlərin dili ilə qısa nəzər salaq. Məsələn, 2012-ci ildə 53 milyard 995 milyon manatlıq Ümumi Daxili Məhsulun (ÜDM) 28,5 milyard manatını qeyri-neft sektoru məhsulları təşkil etmişdir. Beləliklə, əvvəlki ilə - 2011-ci ilə nisbətən qeyri-neft sektorunun məhsul həcmi 109,4 faiz artmışdır.
2016-cı ildə həmin rəqəmlər müvafiq olaraq 60 milyard manata yaxın və 39,5 milyard manat olub. Yəni 28,5 milyard manat 39,5 milyard manata yüksəlib.
2020-ci il ərzində iqtisadiyyatın qeyri-neft sektorunda 50792,5 milyon manatlıq əlavə dəyər yaradılmışdır. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 70.1% təşkil etmişdir.
2020-ci ildə qeyri-neft sektorunda ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsinin xüsusi çəkisi 16,4%, tikintinin 11%, nəqliyyat və anbar təsərrüfatının 10.1%, kənd, meşə və balıqçılıq təsərrüfatlarının 9,9%, qeyri-neft sənayesinin 7,5% olmuşdur. Qeyri-neft sektorunun əksər sahələrində yaradılmış əlavə dəyərin artım tempi əvvəlki ilin müvafiq dövrünə nisbətən yüksək olmuşdur.
2019-cu ilin müvafiq dövrünə nisbətən qeyri-neft sənayesində 12%, nəqliyyat və anbar təsərrüfatı sahəsində 4,6%, kənd, meşə və balıqçılıq təsərrüfatları sahəsində 1,9%, informasiya və rabitə sahəsində 0,6% artım qeydə alınmışdır.
Qeyri-neft sənayesi. 2020-ci il ərzində qeyri-neft sənayesində yaradılan əlavə dəyərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12% artaraq 3822,9 milyon manata çatmışdır. Qeyri-neft sənayesində yaradılan əlavə dəyərin strukturunda mədənçıxarma sənayesinin xüsusi çəkisi 4%, emal sənayesinin xüsusi çəkisi 72,1%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının xüsusi çəkisi 20,2%, su təchizatı, tullantıların təmizlənməsinin xüsusi çəkisi isə 3,7% təşkil etmişdir. 2020-ci ildə qeyri-neft sənayesində 11681 milyon manatlıq məhsul istehsal edilmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı 12,5% artmışdır.
Qeyri-neft sənayesinin məhsul istehsalında mədənçıxarma sənayesinin payı 3,9% və ya 450,4 milyon manat, emal sənayesinin payı 76,5% və ya 8937,6 milyon manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının payı 16,9% və ya 1974,4 milyon manat, su təchizatı, tullantıların təmizlənməsinin payı isə 2,7% və ya 318,6 milyon manat təşkil etmişdir.
2021-ci ildə Azərbaycanın qeyri-neft sənayesində əlavə dəyər 17,8 faiz, qeyri-neft sənayesinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 2021-ci ildə 9,6 faizə çatıb ki, bu da 2020ci (8,5 faiz) və 2019-cu (7,6 faiz) illərlə müqayisədə daha yüksək göstəricidir.
Qeyri-neft iqtisadiyyatında artım tempi 7,2 faiz təşkil edib. Qeyri-neft sənayesi təxminən 20 faiz artıb.
2021-ci ildə dünya ticarətinin 10,8 faiz həcmində artımı proqnozlaşdırıldığı halda, Azərbaycanın qeyri-neft ixracı 47,2 faiz artıb. Qeyri-neft ixracının bu cür artımı rekord göstəricidir.
2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2020-ci illə müqayisədə 870 milyon dollar artıb və 2,7 milyard dollar təşkil edib. Ötən ilin yekunlarına əsasən, qeyri-nef ixracında meyvət-tərəvəz məhsullarının payı 630,4 milyon dollar təşkil edib. 2021-ci ildə Azərbaycanda qara metalların və bu məmulatların ixracı iki dəfə, pambıq mahlıcının ixracı 3,1 dəfə, şəkər ixracı 19,2 faiz, kimya sənayesi məhsulları ixracı 2,9 dəfə, pambıq lifi ixracı 58,3 faiz, aluminum və bu məmulatların ixracı 66,2 faiz artıb.
Azərbaycanın qeyri-neft məhsullarının ən iri idxalatçıları Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və digər ölkələr olub.
Yaxın gələcəkdə Azərbaycan hökumətinin böyük diqqət verdiyi sənaye zonaları qeyrineft sənayesinin başlıca aparıcı qüvvəsi qismində çıxış edəcək.
Qeyri-neft sektorunun iqtisadi artımın əsas mənbəyi qismində rolunun artması sayəsində dövlət büdcəsində qeyri-neft gəlirlərinin payının dayanıqlı artımı da gözlənilir.


Yüklə 160,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin