Makroiqtisadiyyat-Azerbaycanda qeyri neft sektorunun UDM-de payi (1)
İl
ÜDM-in həcmi (milyard manat)
ÜDM-də qeyri-neft sektorunun payı və həcmi (milyard manat və %)
ÜDM-də neft sektorunun payı və həcmi (milyard manat və %)
2021
82,2
55,1 milyard manat (67,0%)
27,1 milyard manat (33,0%)
2022
87,5
59,6 milyard manat (68,1%)
27,9 milyard manat (31,9%)
2023
92,4
64,5 milyard manat (69,8%)
27,9 milyard manat (30,2%)
2024
97,9
69,5 milyard manat (71,0%)
28,4 milyard manat (29,0%)
2025
102,6
74,8 milyard manat (72,9%)
27,8 milyard manat (27,1%)
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, artıq 2025-ci ilədək ÜDMdə qeyri-neft sektorunun payı 72,9 faiz, neft sektorunun payı 27,1 faiz təşkil edəcək. 2021-2025-ci illərdə Azərbaycan ÜDM-nin proqnozlaşdırılan həcmi və ÜDM-in neft və qeyri-neft sektorunda xüsusi çəkisinin cədvəli Hazırda dövlət prioritet istiqamət qismində qeyri-neft sektorunun inkişafını seçib. Ona görə də ölkənin diqqəti əhalinin rifahının yüksəldilməsinə, ixracyönümlü iqtisadiyyata keçidə və rəqabətqabiliyyətliliyin artırılmasına yönəlib.
Qeyri-neft sektorunun inkişafı iqtisadiyyatın şaxələndirilməsini tələb edir. Bununla əlaqədar olaraq dövlətin qarşısında dayanan vacib məsələlərdən biri şaxələndirmə prosesinin sürətləndirilməsidir. Bu sahədə mühüm rolu həm də ayrı-ayrı bölgələrin inkişafı oynayır. Azərbaycanda qeyri-neft ixracının inkişafı üçün əlverişli mühitin yaradılması və özəl sektorun iqtisadi fəallığının stimullaşdırılması dövlət qarşısında dayanan vacib tapşırıqlardandır.
Demək olar ki, qeyri-neft sektorunun inkişafı Azərbaycanın milli iqtisadi təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır.