hissələri Ş.M.Xiyabaninin nəzarətində olan
Cənubi Azərbaycana
keçməyə
məcbur oldu.
Sovet rejiminə qarşı 1920-ci il iyunun 5-də
Zaqatalada
başlayan
üsyanın əsas hərəkətverici qüvvələrini kəndlilər təşkil etsə də, milli ordunun
bölgədəki süvari alayı da ruslarla savaşa qoşulmuşdu. Üsyana Hafiz Əfəndiyev
və Əhmədiyev başçılıq edirdilər. Üsyançılar rus qoşunlanna qalib gəlib, əvvəl
Zaqatalanı,
sonra
Qaxı
düşməndən azad etsələr də,
XI
ordu hissələrinə əlavə
hərbi yardım göndəriləndən sonra iyunun 18-də üsyan yatırılmışdı. Nəticədə
Zaqatala
yenidən ruslar tərəfindən zəbt edilmişdi.
1920-ci ilin yayında Sovet rejiminə qarşı
Şəmkir qəzasında
baş vermiş
üsyanda kişilərlə yanaşı, hətta qadın və uşaqlar da ruslara qarşı qəhrəmanlıqla
vuruşurdular. Sovet hakimiyyəti bu üsyanı
XI
ordunun dörd diviziyasını
bölgəyə yeridəndən sonra çox çətinliklə yatırmışdı. 1920-ci ildə Lənkəranda baş
verən üsyanı isə rus ordusu çox çətinliklə 1921-ci ilin əvvəllərində yatıra
bilmişdi.
Azərbaycanda Sovet işğal rejiminə qarşı müqavimət hərəkatının
genişlənərək ölkənin bütün bölgələrini bürüməsi Sovet Rusiyasını o dərəcədə
qorxutmuşdu ki, heç olmasa, Abşeronu və neft Bakısını əldə saxlamaq üçün XI
Ordu komandanlığı 1920 -ci ilin iyunun 2-də şəhərin ətrafında müdafiə
istehkam xəttinin yaradılması haqqında əmr imzalaımşdı. Azərbaycanı
tamamilə itirəcəyindən ehtiyatlanan
Sovet Rusiyası
ölkəmizə təcili olaraq əlavə
7 diviziya
göndərmişdi.
§ 39. Azərbaycanın ərazi bütövlüyünün pozulması.
Naxçıvan MSSR və DQMV-nin yaradılması
Sovet Rusiyasının
onunla eyni quruluşa malik olan Azərbaycan Sovet
Sosialist Respublikasına
Dostları ilə paylaş: