Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


-ci il avqustun 26-da Azərbaycan SSR-də taxıl məhsulları



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə176/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   172   173   174   175   176   177   178   179   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

1920-ci il avqustun 26-da Azərbaycan SSR-də taxıl məhsulları 
üzərinə dövlət inhisarı 
qoyularaq həmin məhsulların satışı kəndlilərə qadağan 
edilmişdi. Sovet Azərbaycanında yerləşən və 
şəxsi heyəti 70 min nəfərdən çox 
olan Qırmızı Ordunu və fəhlələri çörək və digər kənd təsərrüfatı məhsulları 
ilə təmin etmək kimi çox ağır vəzifə 
Azərbaycan kəndlilərinin boynuna 
yüklənmişdi. Qırmızı Ordunun müşayiəti ilə Azərbaycan kəndinə göndərilən və 
Bakı şəhərinin erməni və rus əhalisinin nümayəndələrindən təşkil edilən 
Xüsusi 
ərzaq ekspedisiyaları 
əhalinin əlində olan bütün taxıl və digər kənd təsərrüfatı 
məhsullarını 
ərzaq şapalağı 
adı ilə zorla alıb aparırdılar. On ay ərzində XI 
ordunun böyük miqdarda ərzaq və paltara olan ehtiyacının ödənilməsinin "kiçik 
Azərbaycan üçün həddindən artıq ağır olması" hətta rəsmi sənədlərdə açıq 
şəkildə göstərilmişdi. Məcburi qaydada ərzaq şapalağının yığılması Azərbaycan 
kəndlisini tamamilə müflisləşdirmişdi. Kəndlilərin haqlı narazılığı özünü "xalqın 
hakimiyyəti" adlandıran Azərbaycan Sovet hökumətini 1920-ci ilin noyabrında 
Lənkəran və Quba qəzalarından 
başqa, Azərbaycanın bütün ərazisində hər cür 
taxıl yığımını dayandırmağa məcbur etmişdi. 
Azərbaycan İnqilab Komitəsinin 1920-ci il mayın 12-də verdiyi iki 
dekretlə bütün zümrələrin və mülki rütbələrin ləğv edilməsi, bundan sonra bütün 
əhalinin Azərbaycan SSR-nin vətəndaşı adlandırılması və xalq məhkəmələrinin 
yaradılması qərara alındı. Eyni zamanda Fəhlə - kəndli milisinin təşkilinə 
başlandı. Fövqəladə Komissiya və Ali Hərbi Tribunal da yaradıldı. Ancaq 
bolşeviklərin törətdiyi "qırmızı terror" şəraitində Azərbaycan vətəndaşının hər 
hansı bir hüququndan və bu hüququn qorunmasından danışmağa dəyməzdi. 
1
920-ci il mayın 7-də 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin