Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


§ 38. Şimali Azərbaycanda sovet rejiminin qurulması



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə175/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   171   172   173   174   175   176   177   178   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


§ 38. Şimali Azərbaycanda sovet rejiminin qurulması. 
İşğalçılara qarşı müqavimət hərəkatı 
Azərbaycanda sovet hakimiyyətinin qurulması,
1920-ci ildə Sovet 
Rusiyasının təcavüzkar xarici siyasətində gündəliyində duran ən vacib 
"Azərbaycan məsələsi" açıq hərbi müdaxilə nəticəsində həll edildi. İşğalçı XI 
Qırmızı Ordu Bakıya daxil oldu və 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet 
hakimiyyətinin qurulduğu elan edildi. Azərbaycan Kommunist (bolşeviklər) 
Partiyeısınm ölkəmizdə ali siyasi hakimiyyət orqanı elan etdiyi Azərbaycan 
Müvəqqəti İnqilab Komitəsinin aprelin 28-də formalaşdırdığı yeni hökumət 
Azərbaycan SSR Xalq Komissarları Soveti (XKS) adlan- dınldı. Azərbaycan 
XKS-nin sədri təyin edilən Nəriman Nərimanovun başçılıq etdiyi yeni 
hökumətin tərkibi başdan - ayağa azərbaycanlılardan ibarət idi. Lakin Sovet 
Rusiyasının rəhbərləri nə Müvəqqəti İnqilab Komitəsinə, nə Azərbaycan 
XKS-yə, nə də N.Nərimanova real siyasi hakimiyyət və səlahiyyət vermək 
fikrində deyildilər. Sovet rəhbərləri V.Lenin və İ.Stalin özlərinin də dedikləri 
kimi. Azərbaycanlı bolşevik N.Nərimanovdan ”bir bayraq və dekorasiya” kimi 
istifadə edirdilər. Yeni hökumətin başçısı N.Nərimanov 1920-ci il may ayının 
16-da Bakıya gələndə Naxçıvanı çıxmaqla, demək olar bütün Azərbaycanda 
silah gücünə və zorakılıqla Sovet hakimiyyəti qurulmuşdu. XI Qırmızı Ordunun 
xüsusi şöbəsi V.Pankratovun başçılığı ilə Azərbaycanda siyasi prossesləri 
tənzimləyən əsas terror təşkilatına çevrilmişdi. Xüsusi şöbənin istənilən qərarı 
sorğu - sualsız icra olunurdu. M.Ə.Rəsulzadə haqlı olaraq V.Pankratovu 
Azərbaycanın həqiqi diktatoru adlandırmışdı. Azərbaycanda sovetləşmənin ilk 
günlərində yaradılan Fövqəladə Komissiya və Ali İnqilabi Tribunal terror 
törətməkdə xüsusi 
279 


şöbədən heç də geri qalmırdı. Həm ali qanunverici, həm də ali icraedici 
hakimiyyətin başında duran Nəriman Nərimanov bu terrorun, azğınlığın və 
talanların qarşısını almaqda tamamilə aciz idi. 1920-ci ilin payızında Bakıda 
olmuş bir fransız yazırdı ki, "bir vaxtlar Şərqin ən çiçəklənən şəhəri olan Bakını 
bolşeviklər altı ay ərzində demək olar ki, məhv etmişlər. Əgər onların 
hakimiyyəti bir neçə ay da davam etsə, Azərbaycan səhraya dönəcəkdir." Sovet 
cəza orqanları 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək siyasi 
mülahizələrə görə, Azərbaycanda əksəriyyətini milli ziyalı kadrların təşkil 
etdiyi 48 min adamı güllələmişdilər. Cümhuriyyətin sonuncu hökumətinin baş 
naziri Nəsib bəy Usubbəyli Kürdəmirdə qətlə yetirilmişdi. Aprel işğalından 
sonra Gürcüstana mühacirət etmiş baş nazir Fətəli xan Xoyski və Azərbaycan 
Parlamentinin bütün iclaslarına sədrlik etmiş Həsən bəy Ağayev erməni 
terrorçuları tərəfindən Tiflisdə qətlə yetirildilər. Bolşevik cəza orqanları 
tərəfindən Azərbaycanda kütləvi qətllərlə yanaşı, açıq qarət və soyğunçuluq 
siyasəti yeridilirdi. 
XI Qırmızı Ordunun əsgər və zabitləri Azərbaycanın türk-müsəlman 
əhalisinin evlərinə soxulur, istədiyi şəxsi güllələyir, həbs edir, əlinə keçəni isə 
soyub - talayırdı. Müsadirələr nəticəsində azərbaycanlı əhalidən qarət olunan 
zinət əşyaları, xalılar, hətta mebellər, qiymətli qablar qatarlara və gəmilərə 
yüklənərək Sovet Rusiyasına göndərilirdi. Bu zaman həyasızlıq o həddə 
çatmışdı ki, qarət olunmuş əşyaları aparan gəmi və qatarların üzərinə bizi ələ 
salan belə şüarlar yazırdılar: "Bakı şəhərinin xeyirxah əhalisinin hədiyyəsi" və 
yaxud "Sovet Azərbaycanının Rusiyaya hədiyyəsi." Bolşeviklərin Bakıda 
törətdikləri qırğınlar və talanlar 1918-ci il mart hadisələrini xatırladırdı. 
1920-ci ilin iyulunda bolşevik hökuməti Bakıda hətta "soyğunçuluq 
həftəsi" təşkil edərək şəhəri 700 sahəyə bölmüş və hər birinə xüsusi hərbi 
dəstələr göndərmişdi. Qırmızı Ordu qəzalara irəlilədikcə, Bakıda baş verən 
terror və soyğunçuluq əməlləri əyalətlərdə də təkrar olunurdu. Mayın 29-da 
Şuşada bolşeviklərlə əlbir olan daşnaklar tərəfindən 30 müsəlman kəndi 
yandırılmış, çoxlu qadın və uşaq öldürülmüşdü. Göyçayda, Yevlaxda, Bər- 
dədə, Qubada Qırmızı Ordu hissələri tərəfindən çoxlu azərbaycanlı güllələnmiş 
və həbs olunmuşdu. Qırmızı Ordu hissələrində çoxlu sayda erməni olduğundan 
müsəlman əhali bu orduya daha çox nifrət və qəzəblə yanaşırdı. Sovet 
Rusiyasının rəhbərlərinə sadəlövcəsinə inanan Nəriman Nərimanov XI Qırmızı 
Ordunun mənəvi cəhətdən pozulması və sovet hakimiyyətinin müsəlman 
əhalisinin içərisində nüfuzdan düşməsi haqqında göndərdiyi həyəcan dolu 
məlumatlara mərkəzdə məhəl qoyan yox idi. Çünki mərkəz Azərbaycanda nə 
etdiyini yaxşı bilirdi. Sovet Azərbaycanında real hakimiyyət Nərimanovun 
başçılıq etdiyi hökumətin deyil, Azərbaycan Kommunist Partiyası Mərkəzi 
Komitəsinə etibar edilmişdi. Həmin partiyanın rəhbərliyi isə erməni və 
gürcülərin əlində idi. Aprel çevrilişindən sonra Moskva Azərbaycan 
Kommunist Partiyasının yerli təşkilatı olan Bakı Komitəsinə 
280 


çox böyük və fövqəladə səlahiyyətlər vermişdi. Bakı Komitəsinə əvvəllər 
daşnak olub, indi isə qatı kommunistə çevrilən A.Mikoyan rəhbərlik edirdi. 
Sonra o, bu vəzifəni Sarkisə, Sarkis isə L.Mirzoyana ötürmüşdü. Bolşevik - 
daşnak yuvasına çevrilən Bakı Komitəsi, hətta Azərbaycan XKS-nin sədri N. 
Nərimanovun verdiyi qərarları ləğv edə bilirdi. Cümhuriyyətin devrilməsində 
məsum rol oynamış müsəlman kommunistlərinin lideri N.Nərimanov Sovet 
Azərbaycanının müstəqilliyinin boş bir şey olduğunu özü də aydın şəkildə dərk 
edirdi. Lakin artıq çox gec idi. 
Aprel çevrilişindən sonra Azərbaycana rəhbər işə göndərilmiş N.So- 
lovyov V.İ.Leninə göndərdiyi məruzədə yazırdı: "Azərbaycanda Sovet 
hakimiyyətinin təntənəsi müsəlmanların düşmənlərinin təntənəsidir və ümumilli 
fəlakətdir." N.Solovyova görə bolşeviklər tərəfindən Ermənistanla sərhəd 
rayonlannda yaşayan müsəlman əhalinin silahlarının yığılması müsəlmanların 
ermənilər tərəfindən qırğına məhkum edilməsi ilə nəticələndi. Artıq 
Ermənistanda 250 müsəlman kəndi "ləğv edilmiş" və indi orada bir nəfər də 
olsun, müsəlman qalmamışdır. Bütün bu qırğınlar isə müsəlman əhalini tərk - 
silah etmiş Qırmızı Ordunun gözü qarşısında baş vermişdi. Azərbaycan SSR-in 
Rusiyadakı səlahiyyətli nümayəndəsi Behbud bəy Şahtaxtinski V.Leninə 
1920-ci il 20 sentyabr tarixli məktubunda yazırdı: "Çevriliş zamanı özünü əla 
aparan Qırmızı Ordu, indi mürtəce qüvvəyə çevrilmişdir. Azərbaycan kəndlisi 
yalnız bir şeyi xahiş edir və yalvarır ki, nə istəyirsiniz, hamısını birdəfəlik alın, 
lakin hər gün evlərə soxulub ailə ocağımızı təhqir etməyin. Həmişə öz çörəyi ilə 
yaşayan Azərbaycan, indi çörəksiz qalıb. Ancaq həmişə ac - yalavac olan 
Ermənistan və Gürcüstanın isə indi artıqlaması ilə çörəyi var". 
Sovet rejiminin “inqilabi” tədbirləri.
Sovet Rusiyasının direktivləri və 
Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının diktəsi altında fəaliyyət 
göstərən Azərbaycan Müvəqqəti İnqilab Komitəsi Rusiya təcrübəsini əsas 
götürərək Azərbaycanın sosial - iqtisadi həyatı və “dövlət quruculuğu” 
sahəsində bir sıra “inqilabi” tədbirləri həyata keçirməyə başladı. Azərbaycanın 
aqrar ölkə olması, əhalisinin əksəriyyətinin, yəni 77,6 faizinin kənddə yaşaması 
əsas götürülərək tələm - tələsik torpaq məsələsinin həllinə başlanıldı. 
Azərbaycan İnqilab Komitəsi tərəfindən 1920-ci il may ayının 5-də imzalanmış 
torpaq haqqında dekretdə (fərman) “xanlann, bəylərin, mülkədarların bütün 
torpaqlarının, bütün monastr, kilsə, vəqf və məscid torpaqlarının iş heyvanları və 
avadanlıqları ilə birlikdə ödəncsiz olaraq torpaqdan bərabər şəkildə istifadə 
əsasında zəhmətkeş xalqa (yəni kəndlilərə) verilməsi” nəzərdə tutulmuşdu. Qəza 
və kəndlərdə yaradılan torpaq komitələri bu dekretin həyata keçirilməsinə 
başlamadığı şəraitdə, 1920-ci ilin avqust ayından Azərbaycanda “hərbi 
kommunizm” siyasəti tətbiq olunmağa başladı. Sovet Rusiyasında vətəndaş 
müharibəsi və xarici hərbi müdaxilə şəraitində həyata keçirilən hərbi 
kommunizm siyasəti heç bir zərurət olmadan Azərbaycan kəndində də tətbiq 
edildi. Bu siyasətlə kəndlilər üzərinə qoyul 
281 


muş zorakı ərzaq şapalağına görə kəndli öz məhsulunun yalnız az bir hissəsini 
acından ölməmək üçün özünə saxlayıb, qalanını hökmən dövlətə təhvil verməli 
idi. Beləlilklə, 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin