Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə171/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   167   168   169   170   171   172   173   174   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

əlifba 
islahatı 
layihəsi bəyənilmişdi. 
270 


Milli məktəblərin pedaqoji kadrlara ehtiyacım ödəmək kimi birinci 
dərəcəli vəzifəni həyata keçirtmək üçün Qori Müəllimlər Seminariyasının 
müsəlman şöbəsi 1918-ci ildə Qazaxa köçürüldü və müstəqil seminariyaya 
çevrildi. 
Cümhuriyyət hökuməti qarşısında duran ən vacib vəzifələrdən biri 
respublikada ali təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması idi. 
Odur ki, Azərbaycan parlamenti 1919-cu il sentyabrın 1-də Bakı Dövlət 
Universitetinin yaradılması haqqında qanun verdi. Hökumətin böyük dövlət 
əhəmiyyəti verdiyi bu məsələ ilə bağlı xüsusi bir komissiya da yaradıldı. 
Universitetin normal fəaliyyət göstərməsi üçün dövlət büdcəsindən beş milyon 
manat pul ayrılmışdı. Universitet qanununa görə 4 fakültə: tarix - filologiya, 
tibb, fizika - riyaziyyat və hüquq fakültələri açılmalı idi. Universitetdə tədrisin 
rus dilində aparılması nəzərdə tutulsa da, bütün fakültələrdə Azərbaycan türk 
dili məcburi fənn kimi keçilməli idi. Qəbul zamanı Azərbaycan vətəndaşlarına 
üstünlük verilirdi. Milli kadrların azlığı şəraitində Universitetdə tədrisin rus 
dilində olması parlamentdə ciddi mübahisələr doğurmuşdu. Görkəmli maarifçi 
Məmmədağa Şaxtaxtinskinin haqlı olaraq göstərdiyi kimi, "Universitet tədricən 
milliləşdirilərək və türkləşdirilərək Azərbaycan dövlətinə və türk 
mədəniyyətinə xidmət edəcəkdir". 1919-cu ilin noyabrın 15-də tarix - filologiya 
və tibb fakültələrində ilk dərslərin başlaması ilə Bakı Dövlət Universiteti açıldı. 
Bu hadisə milli hökumətin mədəniyyət sahəsində çox böyük qələbəsi hesab 
olunur. 
Azərbaycan Parlamentinin qərarı ilə 1919 - 1920-ci tədris ili üçün xarici 
ölkələrin qabaqcıl ali məktəblərinə 100 azərbaycanlı gəncin göndərilməsi və 
bunun üçün büdcədən yeddi milyon manat pul ayrılması nəzərdə tutulmuşdu. 
Türkiyə, İngiltərə, İtaliya, Fransa və Rusiyanın ali məktəblərində təhsil alacaq 
həmin gənclər qayıdandan sonra hökumətin təyin etdiyi yerdə hökmən 4 il 
işləməli idilər. Vətənpərvər və millətpərəst sahibkar Hacı Zeynalabdin Tağıyev 
xaricə oxumağa göndərilən həmin tələbələrdən 20 nəfərinin bütün xərcini öz 
boynuna götürmüşdü. Hökumətin həmin tələbələr üçün ixtisas seçimi də xüsusi 
maraq doğurur. Onlar Avropanın ən yaxşı universitetlərində memarlıqdan 
gəmiqayırma və təyyarə düzəldilməsinə- dək ən müasir peşələrə yiyələnmək 
üçün göndərilmişdilər. 
Xalqın milli ruhda maarifləndirilməsi, azərbaycançılıq və türkçülük 
ideyalarının geniş şəkildə təbliğ olunması işində H.Z.Tağıyevin sədrlik etdiyi 
"Nəşri - maarif’ cəmiyyəti, 1918-ci ildə yaradılmış "Türk ocağı" cəmiyyəti 
böyük rol oynayırdı. 1919-cu ilin martında çoxlu sayda kitab fondu olan ilk 
Milli kitabxana açıldı. 1919-cu il dekabrın 7-də "İstiqlal" muzeyinin açılması 
milli mədəniyyətimizin tarixində böyük hadisə hesab edilir. 
1919-cu ildə Bakı Universitetinin nəzdində yaradılmış "Müsəlman 
Şərqini öyrənən Cəmiyyət" Azərbaycan tarixinin araşdırılması və təbliğ 
olunmasında böyük iş görürdü. Milli hökumət Azərbaycanın tarixi yer adlarının 
özünə qaytarılması sahəsində də mühüm addımlar atmışdı. 1918-ci ildə 
271 


Yelizavetpol yenidən Gəncə, Qaryagin isə Cəbrayıl qəzası adlandırılmışdı. 
Milli hökumət respublikamızda söz, mətbuat və vicdan azadlığının 
təmin olunması sahəsində əvvəlcədən elan etdiyi demokratiya prinsiplərinə 
uyğun olan addımlar atmışdı. Belə ki mətbuat üzərindən senzura götürülmüş və 
1919-cu ildə parlament mətbuat haqqında çox demokratik qanun qəbul etmişdi. 
Cümhuriyyət dövründə (1918 - 1920) ideya istiqamətinə görə bir- 
birindən tamamilə fərqlənən 83 qəzet və jurnal nəşr olunurdu ki, bunun 39-u 
Azərbaycan türkcəsində, 44-ü isə rus və başqa dillərdə idi. Hökumətin rəsmi 
orqanı olan "Azərbaycan" qəzeti Azərbaycan və rus dillərində hər gün çıxırdı. 
"Azərbaycan" qəzeti ilə yanaşı, "İqbal", "Birlik" və "Açıq söz" qəzetləri xalqın 
milli şüurunun formalaşmasında mühüm rol oynayırdı. Azərbaycanın milli 
dövlətçiliyinə düşmən olub. Sovet Rusiyasımn əlaltısı kimi çıxış edən bolşevik - 
kommunist ideologiyah qüvvələr demokratik mühitin imkanlarından 
yararlanaraq sərbəst şəkildə müxtəlif qəzet və jurnallar çap etdirirdilər. Əli bəy 
Hüseynzadənin "qırmızı qaranlıq" adlandırdığı bolşevik mətbuat orqanları 
yalan, şəratma üsullarından və ideoloji təxribat taktikasından istifadə edərək 
Cümhuriyyətin bütün fəaliyyəti və onun xalqımızın xeyrinə atdığı mütərəqqi 
addımlar haqqında xalqda yanlış təsəvvürlər yaratmağa çalışırdı. 
Hökumətin ciddi səyləri nəticəsində 1920-ci ilin mart ayında 
Azərbaycan Teleqraf Agentliyi (Azər TAC) yaradıldı. 
1919-cu ildə fransız mütəxəssislərinin Gəncə radiostansiyasında qu- 
raşdırdıqlan yeni qurğuların köməyi ilə ilk Azərbaycan radiosu fəaliyyətə 
başladı. 
Cümhuriyyət dövründə Azərbaycan ədəbiyyatı və incəsənəti də öz milli 
kökünə bağlanmaqla milli zəmin üzərində inkişaf etdirilirdi. Hüseyn Cavid, 
Məhəmməd Hadi, Cəlil Məmmədquluzadə, Əhməd Cavad, Cəfər Cabbarlı, 
Üzeyir Hacıbəyov və başqalarının bədii əsərlərində müstəqillik ideyalarına və 
müstəqil dövlətimiz üçün milli qürur və vətənpərvərlik hisslərinin aşılanmasına 
xidmət edən mövzulara daha çox müraciət edilirdi. 
1918 - 1920-ci illər Azərbaycanda milli teatrın inkişafında mühüm 
mərhələ hesab olunur. Üzeyir və Zülfüqar Hacıbəyli qardaşlarının rəhbərlik 
etdiyi teatr truppasının böyük səyləri nəticəsində 1919-cu ilin noyabrında 
Azərbaycan Dövlət Türk Opera Dram Teatrı yaradıldı. 
1919-cu ildə Bakıda musiqi və rəssamlıq studiyalan açılmışdı. 1918 - 
1920-
ci illərdə bütövlükdə mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət 
milli dövlətin qayğısı və himayəsi nəticəsində öz yüksəliş dövrünü keçirirdi. 
Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin