Çox maraqlıdır ki, indikindən fərqli olaraq o dövrdə Azərbaycan Xalq
Cümhuriyyəti və Ermənistan respublikası bir-birini tanımışdı. Cümhuriyyətin
Ermənistanda diplomatik nümayəndəliyi açılmış və 1919-cu il yanvarın 29- da
Məhəmməd xan Təkinski İrəvana səfir təyin edilmişdi.
1919-
cu ildə Zəngəzur bölgəsində Azərbaycan və Ermənistanın silahlı
qarşısdurmasını aradan qaldırmaq və iki dövlət arasında normal dinc qonşuluq
münasibətləri yaratmaq üçün ABŞ-m vasitəçiliyi ilə aparılan danışıqlar həmin
ilin noyabrın 23-də Tiflisdə saziş bağlanması ilə nəticələndi. Tərəflər bir daha
bir - birlərinə qarşı silah işlətməməyi və bütün mübahisəli məsələləri sülh yolu
ilə həll etməyi, sərhəd məsələsini isə növbəti sülh konfransında qəti şəkildə həll
etməyi öhdələrinə götürmüşdülər. Cümhuriyyət hökuməti sazişə əsasən üzərinə
götürdüyü öhdəliyə sadiq qaldı və xain erməni sözünə səmimi şəkildə inanaraq
qısa müddətdə Zəngəzurdan öz qoşun hissələrini çıxartdı. Bu fürsətdən dərhal
yararlanan Ermənistan höküməti bölgəyə əlavə olaraq 7 minlik nizami qoşun
hissələri yeritdi. Nəticədə Zəngəzurda daha 40 Azərbaycan kəndi talan edildi,
əhalisi isə qətlə yetirildi.
Azərbaycan Xalq Cümhuriyyətini yıxmaq üçün erməni daşnak
hökuməti 1920-ci ildə Rusiyamn bolşevik hökuməti ilə gizli danışıqlar
aparmağa başladı. Ermənistan 1920-ci ilin mart ayında Qarabağda milli
hökumətimizə qarşı qiyamlar təşkil etdi və hərbi əməliyyatlara başladı.
Nəticədə təcili surətdə əsas qoşun hissələrini Qarabağ bölgəsinə cəmləşdirməyə
məcbur olan Azərbaycan respublikasının şimal sərhədləri tamamilə müdafiəsiz
qaldı. Bu da 1920-ci ilin aprel ayında Sovet Rusiyası tərəfindən Azərbaycanın
işğalını xeyli asanlaşdırdı.
Cümhuriyyət hökumətinin sosial-iqtisadi tədbirləri
Azərbaycan
Cümhuriyyətinin, sərhədləri dəqiqliklə müəyyən olunmuş ərazisinin sahəsi 97,3
min kvadrat kilometr idi. Qonşu Gürcüstan və Ermənistanla mübahisəli sayılan
və Cümhuriyyətin ona məxsusluğu haqqında iddia qaldırdığı 16,6 min kv.
kilometrlik ərazi ilə birlikdə Azərbaycanın ümumi ərazisi 113,9 min kvadrat
kilometrə çatırdı. Bütün bu ərazilərdə 3,3 milyon nəfərə yaxın əhali yaşayırdı.
Yarandığı gündən tarixi ərazilərimizə və milli sərvətlərimizə sahib
çıxan Cümhuriyyət hökuməti dünya müharibəsi, bolşevik - daşnak talanları
nəticəsində dağılmış iqtisadiyyatımızı bərpa etməyə başladı. Milli hökumət
dövlətimizin inkişafı və millətimizin rifahına yönəlmiş iqtisadi siyasət
yeritməyə çalışırdı. Cümhuriyyət Qərbi Avropa ölkələrində olduğu kimi,
mülkiyyət formalarının müxtəlifliyinə və bütün vətəndaşlara bərabər iqtisadi
imkanlar verən demokratik məzmunlu iqtisadiyyat qurmağa səy göstərirdi.
Milli hökumət ilk növbədə sərvətlərimizin xaricə daşınmasının
qarşısını almaq üçün 1918-ci il 27 iyun fərmanı ilə taxıl məhsullarının,
heyvanların və ət məhsullarının, pambıq, yun, ipək məmulatlarının
Azərbaycandan kənara çıxarılmasını qadağan etdi. Bütün sərhəd keçid
məntəqələrində gömrük xidmətinin yaradılmasına başlandı. 1918-ci il avqustun
27-də ölkə
Dostları ilə paylaş: